KOMPENSASİYA (compensasion) – Hansısa itkinin, zərərin əvəzini vermə, əvəzini ödəmə.
KOMPETENTLİ (competent) – İnformasiya mənbəyi kimi istinad olunan şəxsin mövcud sahədə səlahiyyətli olması; hər hansı bir sahədən xəbəri olan, hər hansı bir sahəni bilən şəxs.
KOMPİLYASİYA TELEPROQRAMLARI (compitation television program)– Ümumi adla birləşdirilən müxtəlif film və şoulardan, konsert və tamaşalardan seçilmiş fraqmentlərdən tərtib olunur. Ahəngdar iş və peşəkar hazırlıq nəticəsində iştirakçılar böyük auditoriya cəlb edən verilişlərin hazırlanması üçün TV vasitələrinin spesifikasından, onların dinamikasından, ifadəliliyindən, həyatiliyindən və rəngarəngliyindən istifadə edə biləcək təşəbbüskar işçi qrupları yaradırlar.