KOMPAKT (compact) – 1) Sıx, yığcam, sıxılmış, məsafəsiz, aralıqsız yerləşdirilmiş, az yer tutan.
KOMPAKT VİDEODİSK (compact video disk) – Kompakt lazer diski. K.v. videokasetlərlə müqayisədə daha yaxşı və uzunmüddətli səslənməni, lazımi fraqmenti, eləcə də yüksək keyfiyyətli stop-kadrı daha asanlıqla və daha tez əldə etməyə imkan verir. Amma istifadəçi K.v.-ə heç nə yaza bilməz və ondan köçürə bilməz.
KOMPANDER SİSTEM (compander system)– Kanalın girişində qoşulan kompressordan və çıxışında qoşulan ekspanserdən ibarət sistem. Kanaldakı siqnallar iki dəfə cilalanır. Bu qurğuların məcmusu K.s.-i adlanır.
KOMPANİYA (company) – TV və radio yayımını həyata keçirən; yayımın təşkilatçısı, qurum.
KOMPENDİUM (compendium/digest) – Müxtəlif təyinatlı süzgəcləri (işıq və s.), kaşeləri (maskaları) və buna bənzər cihazları saxlaya biləcək şəkildə uyğunlaşdırılmış böyük günəş blendası. Kinoçəkiliş aparatlarında tətbiq edilir. K.-u mövcud çertyoj əsasında hər kəs düzəldə bilər. Belə bir K. 2 mm qalınlığında möhkəm rezinlə, yaxud hər hansı bir materialla yapışdırılır, amma rezin K.-u daşınmaq üçün daha da asan edir. Belə K. asan geydirilir və obyektivdə möhkəm dayanır.