TELEVİZİYA TƏSVİRİ (image/picture) – Bir qayda olaraq, elektron-şüa borusunun ekranında yaranan və gözlə görünmək üçün nəzərdə tutulan görüntü. T.t.-nin formalaşma prinsipi, onun parametrləri işığın görmə sisteminin xarakteristikasına uyğun olmalıdır. T.t.-nin keyfiyyəti, formatı, ölçüsü, parlaqlığı, dəqiqliyi əsas parametrlərdən sayılır.
TELEVİZİYA TƏSVİRLƏRİNİN KEYFİYYƏTİ (telepicture quality)– Bilavasitə müşahidə obyekti ilə onun TV təsvirinin (TT) bənzərlik dərəcəsi. Təsvirin dəqiq canlandırılmasına nail olmaq texniki cəhətdən çətindir. T.t. bir neçə parametr qrupu – koordinat, zaman, parlaqlıq və rəng ilə səciyyələnir. Koordinat (miqyas) parametrlərinə təsvirin ölçüləri, həndəsi uyğunluq və dəqiqlik anlayışları aiddir.