Азярбайъан шифащи халг ядябиййатына даир тядгигляр ●


Xalqın milli mənlik şüuru və milli kimiliyi məsələsi də Heydər Əliyevin daima diqqət mərkəzində olmuşdur



Yüklə 1,4 Mb.
səhifə4/91
tarix02.02.2022
ölçüsü1,4 Mb.
#114051
1   2   3   4   5   6   7   8   9   ...   91
Xalqın milli mənlik şüuru və milli kimiliyi məsələsi də Heydər Əliyevin daima diqqət mərkəzində olmuşdur. Onun Azərbaycanın folk­lor örnəklərinə və mütəfəkkir ziyalılarına (H.Caviddən B.Vahabzadəyə, X.R.Ulutürkdən Z.Bünyadova və Anara qədər) göstərdiyi qiqqət və qayğı milli mənlik şüurunun formalaşmasında əvəzsiz rol oynadı. Ulu öndər Heydər Əliyev Azərbaycan ədəbiyyatının şah əsəri olan «Dədə Qorqud» eposuna yalnız alim-tarixçi, filosof kimi deyil, həm də dövlət rəhbəri, siyasi xadim kimi yanaşırdı. Heydər Əliyevin təhlillərində ilkin olaraq müqəddiməyə diqqət yönəltməsi təsadüfi deyildi. Heydər Əliyevi Bayın­dır xandan, Salur Qazandan daha çox Dədə Qorqud düşündürürdü. Çünki Dədə Qorqud dövləti deyil, dövlətçilik şürunu təmsil edirdi. Ulu öndər çox gözəl bilirdi ki, xalqda dövlətçilik düşüncəsi formalaşmasa, dövlət mövcud ola, yaşaya bilməz. Məhz buna görə də ulu öndərin diqqətini ilk növbədə müqəddimə, onun ilk cümləsi və onun müdrik qəhrəmanı Dədə Qorqud cəlb etmişdir.

Mir Cəfər Bağırov bu zəngin xalq sərvətindən – «Kitabi-Dədə Qor­qud»dan imtina edərək onu yasaqlayırdısa, Heydər Əliyev ona müstə­qilliyin, el-yurd birliyinin, dövlətçilik düşüncəsinin təməli kimi baxaraq sahib və yiyə çıxır, eyni zamanda gənc nəsli «Dədə Qorqud» ənənələri ruhunda tərbiyələndirməyi tövsiyyə edirdi. Heydər Əliyev «KDQ»u həm də ona görə təqdir edirdi ki, "Kitabi-Dədə Qorqud" Azərbaycan xalqını, bütün türkdilli xalqları dünya sivilizasiyasında təmsil edir. Heç təsadüfi deyildir ki, ulu öndər «KDQ» 130 illik yubileyinə azadlıq və dövlət müstəqilliyi bayramı kimi baxırdı.

Heydər Əliyev «Kitabi-Dədə Qorqud»un milli mənəviyyatımızdakı yerini müəyyənləşdirmiş, dastanın Azərbaycan xalqının milli ruhunun ayrılmaz hissəsi olduğunu göstərmiş və onu «Azərbaycan xalqının tarixi­nin, etnik yaddaşının, arxaik təfəkkürünün güzgüsü», «nitqimizin, dilimi­zin, mənəviyyatımızın, ruhumuzun nəğməsi» hesab etmişdir (1, 9).

Bizə elə gəlir ki, xalqın milli mənlik şüurunun formalaşmasına təsir göstərən çox ciddi amillərdən biri də H.Cavidin dönüşü idi.

Heydər Əliyev böyük siyasi ustalıqla 59 yaşında pantürkist-millətçi kimi Sibirə sürgün edilən Hüseyn Cavidi 100 yaşında vətənə gətirdi.

Fikrimizcə, 1982-ci ildə Vətənə gətirilən təkcə Cavidin cənazəsi deyildi, həm də turançılıq-türkçülük baxışlarımızın dönüşü idi.

Fikrimizcə, Vətənə gətirilən təkcə şair-dramaturq Cavid əfəndi deyildi, həm də milliliyimiz idi.

Fikrimizcə, Vətənə gətirilən təkcə filosof Cavid əfəndi deyildi, həm də dini-irfani düşüncəmiz, sufi-təsəvvüf əxlaqımız idi.

Fikrimizcə, Vətənə gətirilən təkcə şair-dramaturq Cavid əfəndi deyildi, həm də milli mənəvi əxlaqi dəyər və sərvətlərimiz idi.

Sanki ulu öndər millətçilərin ən dahisini, ən dühasını vətənə gətir­məklə milli hissə və duyğuya malik olan şəxsiyyətlərin hamısının cəna­zəsini, hamısının ruhunu, öz doğma vətənlərinə – Azərbaycana qaytardı. Lakin Cavid əfəndinin nəşini Sibirdən gətirmək onu Sibirə sürgün etməkdən qat-qat çətin idi. Bununla Heydər Əliyev sovetlər dönəmində mümkün olmayanı mümkün etdi.




Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin