Азярбайъанда фялсяфи фикрин инкишаф мярщяляляри


Tədqiqatın metod və priyomları



Yüklə 403,48 Kb.
səhifə23/50
tarix11.01.2022
ölçüsü403,48 Kb.
#110935
1   ...   19   20   21   22   23   24   25   26   ...   50
Tədqiqatın metod və priyomları. Metodologiya - gerçəkliiyin dərki və dəişdirilməsi metodları haqqında təlimdir. Metod praktiki və nəzəri fəlaiyyətin tənzimləyici prinsipləri sistemidir.

Metod metodikada konkretləşir. Metodika- faktiki materialın əldə olunması və emalının priyom və vasitələri deməkdir. O, metodoloji prinsiplərdən törəmə olmaqla onlara əsaslanır.

Tədqiqatın metodlarının seçimi öyrəninləm hadisənin təbiətindən və tədqiqatçının qarşısında duran vəzifələrdən irəli gəlir. Təfəkkürün metodları praktiki fəaliyət zəminində yaranmışdır. Elm tarixində metodlar kəşflərin, yeni nəzəriyyənin yaradılmasının nəticəsi kimi meydana gəlirdi. Keçmiş tədqiqat praktikasında formalaşmaqla metod sonrakı tədqiqatların çıxış nöqtəsini, praktika və nəzəriyyəni birləşdirən amili kəsb edir.

Elmdə metod bəzən tədqiqatın taleyini həll edir. Müxtəlif yanaşmalar tətbiq etdikdə eyni bir faktiki materialdan bir-birinə əks nəticələr əldə etmək olar. Elmi idrakda düzgün metodun rolunu xarakterizə edərkən F.Bekon onu yolşuya qaranlıqda yolu işıqlandıran çıraqla müqayisə edirdi.

Düzdür, öz-özlüyündə metod tədqiqatın uyöurlu olacağına zəmasnət vermir, çünki ondan ustalıqla istifadə etməyi də bacarmaq lazımdır.Elmi idrak prosesində müxtəlif metodlardan istifadə olunur. Hər elmin öz xüsusi tədqiqat metodlları var.

Lakin müxtəlif məsələlrin həlli zəruri şərt kimi bəzi ümumi fəlsəfi metodları nəzərdə tutur. Onların fərqli cəhəti universallğındadır. Beləı metodlara dilaktikanın qanun və kateqoriyalalrıı, MÜŞAHİDƏ VƏ EKSPERİMENT, MÜQAYİSƏ, ANALİZ VƏ SİNTEZ, induksiya və deduksiya və s. aiddir. Əgər xüsusi metodlar öyrənilən obyektlərin anunauyğunluqlarının aşkarlanmasının xüsusi priyomları kim çıxış edirlərsə, fəlsəfi metodlar həmin obyektlərin onlarda ən ümumi inkişaf qanunarını açıqlanması nöqteyi-nəzərdən öyrnilməsi priyomlarıdır. Fəlsəfi metodlar həqiqətin axtarış xəttini birmənalı şərtləndirmir. Bu məsələdə də həlledici söz praktikaya, həyata məxsusdur. Hər metod obyektin yalnız hansısa bir tərəfni dərk etməyə imkan verir. Buradan da ayrı-ayrı metodların bir-birini “qarşılıqlı tamamlaması” zərurəti yaranır ki, bu da hər çeydən başqa onunla şərtlənir ki, metodların idraki imkanlarının hüdudları məhduddur.




Yüklə 403,48 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin