Азярбайъанда фялсяфи фикрин инкишаф мярщяляляри


Müqayisə və müqayisəli-tarixi metod



Yüklə 403,48 Kb.
səhifə24/50
tarix11.01.2022
ölçüsü403,48 Kb.
#110935
1   ...   20   21   22   23   24   25   26   27   ...   50
Müqayisə və müqayisəli-tarixi metod. Hələ qədim mütəfəkkirlər deyirdilər ki, müqayisə idrakın anasıdır. Pisi bilmədən yaxşını bilmək olmaz. Hər şey müqayisədə dərk olunur. Müqayisə - predmetlərin oxşar və fərqli cəhətlərinin mü.yy.n edilməsidir. Lkain yalnız eynicinsli və ya mahiyyətcə bir-birinə yaxımn

olan şeylər müqayisə olunarsa bu metod elmi tədqiqatlarda mühüm rol oynayar. Necə deyərlər, funtu arşınla müqayisə etməyin heç bir mənası yoxdur.

Elmdə müqayisə müqayisəli və ya tarixi-müqayisəli metod kimi çıxış edir. İlk olaraq filologiyada və ədəbiyyatşünslıqda mmeydana çıxan bu metod sonralar hüquqşünaslıqda, sosiologiyada, tarixdə, biologyada, psixologiyada və biliyin digər sahələrində də uğurla tətbid olunmağa başladı. Hətta bu metodları tətbiq edən müqayisəli fiziologiya, müqayisəli psixologiya, müqayisəli anatomiya, müqayisəli hüquq və s. kimi bilik sahələri də meydana çıxdı. Belə ki,. məsələn, müqayisəli psixologiyada psixika yaşlı insanın psixikasını uşaq psixikasının inkişafı ilə müqayisə əsasında öyrənilir.

Ən sadə müqayisə formalarından biri analogiyadır. Bir predmetin xassələri haqqında başqa predmetdəoxşarlığa əsasən çıxarılan nəticəyə analogiya deyilir. İdrakda analogiya böyük rol oynayır, çünki əlavə tədqiqatların gedişində elmi nəzəriyyəyə çevrilə biləcə hipotezlərin irəli sürülməsinə səbəb olur. Belə ki, ev heyvanlarının ən yaxşı cinslərinin süni seçməsinə analoji olaraq Ç.Darvin heyvanlar və bitkilər aləmində təbii seçmə qanunu kəşf etdii. Əzələlərin hərəkətinin müşahidələri ekskavatorların yaradılmasında evristik priyom kimi xidmət göstərdi.




Yüklə 403,48 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin