Азярбайъанда фялсяфи фикрин инкишаф мярщяляляри


Müşahidə, eksperiment və təsvir



Yüklə 403,48 Kb.
səhifə21/50
tarix11.01.2022
ölçüsü403,48 Kb.
#110935
1   ...   17   18   19   20   21   22   23   24   ...   50
Müşahidə, eksperiment və təsvir. İnsanlar hələ bilmədiklərini dərk etməyə can atırlar. Lakin əvvəlcə onlar nəyi bilmədiklərini və nə bilmə istədiklərini heç olmasa ən ümumi şəildə olsa da bilməlidirlər. Bəşəriyyəti narahat edən problemlər onun inkişaf səviyyəsinin göstəricisidir. Lakin bəzən problemi qoymaq onun həllini tapmaqdan daha çətin olur. Problemin düzgün qoyuluşu onun həllinin axtarışını istiqamətləndirir. Qoyulmuş problemin həllini iki yolla tapmaq olar: ya lazımi informasiyanı mövcud ədəbiyyatda axtarmalı ya da ki, müşahidə, eksperiment və nəzəri təfəkkürün öməyi ilə problemi müstəqil araşdırmalı.

Müşahidə və eksperiment elmdə ən mühüm tədqiqat metodları hesab olunur. Müşahidə idrak obyektinin ən mühüm xassə və tərəflərini üzə çıxarmaq məqsədilə həyata keçirilən planlı, məqsədyönlü qavranılmasına deyilir. Müşahidə birbaşa və dolayı, məsələn, mikroskopun köməyi ilə həyata keçirilə bilər. Müşahidə müəyən obyektlərə yönəldilən və məqsəd və vəzifələrin formulə edilməsini nəzərdə tutan fəaliyyət formasıdır. Hər hansı bir şeyi dərk etmək istəyən insna öz gözünü müşahidəmiliyə alışdirmalıdır.

Müşahidə xüsusi hazırlıq tələb edir. Bu ışdə müşahidənin vəzifələrinin, onun cavab verməli olduğu tələblərin müəyən edilməsi, müşahidənin plan və üsullarının işləniməsi xüsusi yer tutur. Müşahidə təbiətin özünün təklif etdiyini qeydə alır. Lakin insan müşahidəçi rolu ilə məhdudlaşa bilməz. Eksperimentlər aparmaqla insan tədqiaqatın fəal subyektinə çevrilir. Eksperiment obyektin ya süni olaraq təkrar istehsal olunduğu, ya da ki tədqiqatın məqsədlərinə cavab verən xüsusi şəraitə qoyulduğu tədqiqat metodudur. İdrakın formaları arasınndanuydurma model üzərində aparılan fikri eksperiment xüsusi yer tutur. Burada təxəyül ilə təfəkkür sıx qarşılıqlı təsirlərdə olur.

Eksperiment prosesində tədqiqatçı öyrənilən obyektin olduğu şəraiti dəyişir ki, bu da ona şəraitlə öyrənilən obyektin xassələri arasında səbəbə-nəticə əlaqələrini aşkar etməyə imkan verir. Eyni zamanda bu metod predmetlərin təbii əraitdə özünü biruzə verməyən yeni xassələrini də aşkar etməyə imkan verir. Məsələn, laboratoriyalarda temperaturun, işığın. Rütubətin və i.a. . bitkilərin inkişafına təsirini bu və ya digər dəqiqliklə təyin etmək olur. Elmin, xüsusən də təbiətşünaslığın nailiyyətləri eksperiment vasitələrinin təmilləşdirilməsi ilə səx bağlıdır. Son illər alimlər elmi yaradıcılıq prosesinin özü ilə ən sıx əlaqəələrdə olan kompüterlərdən istifadə etmək imanı da qazanmışdılar.

Eksperimenti əfələrlə təkrar etmək, bununla da nəticələri çoxlu sayda müşahidələrə əsaslandırmaq olar. Eksperimenti qoymaq üçün ilkin bililər, ümumi təsəvvürlər, hipotezlər lazımdır. Bu ümumi təsəvvürlər əvvəlki müşahidələrdən, eksperimentləərdən və bəşəriyyətin məcmu təcrübəsindən alınır.

Eksperimenti istiqamətləndirən məhz bunlardır. Kor-təbii keçirilən eksperiment səmərəli nəticə verə bilməz.

Müahidə və eksperimentin gedişində və nəticəsində protokollaşdırma həyata keşirilir. O, həm hamılıqla təsdiq olunmuş terminlərdən istifadə etməklə hesabat şəklində, həm də qrafiklrə, şəkillər halında əyani şəkilldə, həm də riyazi, kimyəvi formullar halında rəmzi şəkildə həyata eçirilir.


Yüklə 403,48 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin