Elmi idrak mümkün qədər dəqiq olmağa can atır və subyektiv məqamı istisna edir. Bədii əəsərlər unikaldırlarsa, elmi tədqiqatların nəticələri ən ümumidir. İ. Nyutonun və ya A.Eynşteynin kəşflərinin nəticələrini öyrənən alim ilkin mənbəyə müraciət etməyə ehtiyac duymur: elmi kəşf hamının sərvətinə çevrilir.
İncəsənətdə bədii uydurma da mümkündür. Təxəyyülün yaratdığı aləm həqiqi aləmi təkrarlamır. Elmi bilik ümumiyə, təhlilə, müqayisəyə əsaslanır. O, cəm obyektlər üzərində əməliyyat aparır və həqiqətən unikal obektə necə yanaşmalı olduğunu bilmir. Elmi yanaşmanın zəif cəhəti bundasdır.
İdrak dünyanın obyekt və subyektə bölünməsini nəzərdə tutur. Hansı məsələləri həll etməsindən asılı olmayaraq insan həmiş əreallıqla, obyektiv şərait və qanunalrla hesablaşmalı olur. Düzdür. O, onlarla hesaablaşmaya da bilər, lakin gec-tez o, məğlubiyyətə uğrayacaqdır. Buna görə də şüur həmiçə öz hüdudlarından kənara çıxmalı, obyekti axtarmalıdır.
Subyekt bünövrəsini sosial tam təşkil edən mürəkkəb bir yerarxiaynı kəsb edir. Son nəticədə biliyin və müdrikliyin ali istehsalçıısı bəşəriyyətdir. Norma, ideya və dəyərlər istehsal etməklə hər bir xalq da idraki fəalaiyyətin xüsusi bir subyekti
kimi şıxış edir. Cəmiyyətdə tədricən xüsusi bir fərdlər qrupu formalaşır ki, onların məşğuliyyəti və əsas təyini həyat əhəmiyyətli bilikləri istehsal etməkdir.Bu kimi biliklərə, məsələn. Elmi bililər aid edilə bilər. Onların subyekti alimlər birliyidir. Bu birlikdə ayrı-ayrı fərdlər seçilir ki, onların talantı və qabiliyyətləri onların yüksək idraki nailiyyətlərini şərtləndirir. Tarix elmi ideyaların təkaamülündə xüsusi bir hadisəəyə işarə kimi bu insanların adlarını qoruyub-saxlayır.
İdrakın subyekti sırf qnoseoloji ola bilməz: o, öz maraqları, ehtirasları, xarakter əlamətləri, iradəsi olan (və yaxud olmayan) canlı şəxsiyyətdir. İdrakın subyekti elmi birlikdirsə, onda bunun öz xüsusiyyətləri olur: şəxsiyyətlərarası münasibətlər, asılıq münasibətləri, ziddiyyətlər, habelə ümumi məqsədlər, iradə və hərəkətlərin vəhdəti və s. Lakin əksər halllarda idrakın subyekti dedikdə intellektual fəallığın təzahürü başa düşülür.
Varlığın subyektin diqqət mərkəzində duran hansısa bir fraqmenti idrakın obyektini təşkil edir. Subyektlə subyekt-obyekt münasibətlərinə daxil olan obyekt müəyyən mənada subyektin “mülkiyyətinə” çevrilir. Özünün subyektə münasibətində obyekt artıq sadəcə reallıq yox, bu və ya digər dərəcədə dərk olunmuş reallıq kəsb edir.
İdraki fəaliyyət nöqteyi-nəzərdən subyekt obyektsiz, obyekt isə subyektsiz mövcud ola bilməz. Belə ki, məsələn, canlının strukturunda mövcud olan gen nə antik dövrdə, nə də J.B.Lamarkın və Ç.Darvinin dövründə elmi fikrin obyekti olmamışdır. Bu, dünyanın elmi mənzərəsində əsaslı dəyişiklilərin baş verdiyi nisbətən yaxın vaxtlarda həyata keçirilmişdir.
Müasir qnoseologiyada idrakın obyekti ilə predmeti bir-birindən fərqləndirilir. İdrakın obyekti dedikdə varlığın tədqiqə məruz qalan real fraqmentləri nəzərdə tutulur. İdrakın predmeti isə subyektin diqqətinin yönəldiyi konkret aspektlərdir. Blə ki, insan biologiya, təbabət, sosiologiya, fəlsəfə kimi bir çox elmlərin tədqiqat obyektidir. Lakin onların hər biri insana öz prizmasından baxır6 məsələn, psixologiya insanın psixikasını, ruhi aləmini, təbabət onun xəstəliklərini və müalicə üsullarıını öyrənir. Deməli, tədqiqatın predmeti tədqiqatın vəzifəələri ilə şərtlənir.
Məlumdur ki, insna tarixin banisi, subyektidir. Deməli, sosial-tarixi idrakın obyekti təkcə dərk olunmur, həm də insanlar tərəfindən yaradılır:obyetə çevrilməmişdən öncə o, əvvəlcə yaradılmalı, formalaşdırılmalıdır. Sosial idrakdainsan öz fəaliyyətinin məhsulları ilə, və, deməli, praktiki fəaliyyətdə olan varlıq kimi özü-özü ilə də əməliyyat aparmalı olur. İdrakın subyekti olmaqla insan eyni zamanda onun obyektinə də çevrilir.
Bu səbəbdən sosial idrakda obyektlə subyektin qarşılıqlı təsirləri xüsusi olaraq mürəkəbləir: burada obyekt eyni zamanda tarixi yaradıclıın subektidir. Sosial idrakda hər şey insanlar aləmi ətrafında fırlanır: obyekt elə insanların özü və onların fəaliyyət məhsullarıdır. İdrakın subyekti də insanlardır.
İnsan fəal hərəkətdə olan varlıqdır. O, təbiət və ictimai həyat hadisələri ilə balı olmaqla onlarla daimi qarşılıqlı təsirləərdədir. Biz ətraf aləmi təcə onun sirrlərinə varmaq məqsədil əöyrənmirik. Biz onun sirrlərini öz maddi və mənəvi tələbatlarımızı təmin etmək məqasədilə öyrənirik.Cəmiyyət inkişaf etdikcə tələbatlar daha da genişlənir və zənginləşir, idrakın yeni-yeni üsul və vasitələrini həyata gətirir.
Praktika insanların hissi-predmetli fəaliyyətinə, onların tarixən təşəkkül tapmış tələbatlalrını ödəmək üçün bu və ya digər obyektə onu yeni şəkilə salmaq məqsədilə təsirlərinə deyilir. İdraka münasibətdə praktika üç rolu yerinə yetirir. Birincsi, o, idrakın mənbəyi, hərəkətverici qüvvəsidir. Praktika idrakı ümumiləşdirilməli və nəzəri işlənməli olan lazımi faktiki materiallarla təmin edir. praktika idrakı sanki qidalandırır, onu real həyatdan uzaq düşməyə qoymur. İkincisi, praktika biliklərin tətbiq sferasıdır. Bu m.nada o, idrakın məqsədidir. Üçüncüsü, praktika idrakın nəticələrinin həqiqiliyinin meyarıdır.
Elmi tədqiqat predmetinin seçiminə, biliyin inkişaf templərinə bir çox icitmai amillər, o cümlədən maddi istehsalın tələbləri, sosila-siyasi həyat, cəmiyyətin iqtisadi quruluşu, hakim dünyagörüşün xarakteri, isrimai şüurun formaları, istehsal, texnika, mənəvi mədəniyyətin inkişaf səviyyəsi, habelə elmi idrakın özünün daxili məntiqi təsir göstərir. Bu amillər arasında maddi istehsalın tələbləri həlledicidir. Onlar idrak qarşısnda müəyyən tədqiqat məsələlərini qaldırır. İsthsal elmi idrakın
nəticələrinin əsas istehlakçısıdır. İstehsal həmçinin tədqiqatı lazımi cihaz, alət və avadanlıqla da təmin edir. Axı elmi yaradıcılığda uğur təkcə alimin fantaziyası və istedadından deyil, həb də lazımi avadanlığın olmasından da asılıdır.
Elmi yaradıcılığın nəticələrindən təkcə maddi istehsal sferasında, texnikada isitfadə olunmur. Müvafiq qanunaiyunluqları kəşf etməklə, müəyən bir hadisəni izah etməklə elmi biliyin hər bir sahəsi dünyanın vahid mənəzərəsinin yaradılmasında iştirak edir. E.Şredingerin dediyi kimi, elm biz kimik və nə üçün bu dünyaya gəlmişik sualıma da cavab verməlidir. Bunun böyük həm metafiziki, həm də pratiki əhəmiyyəti var.
Elmi idrak tarixi sübut edir ki, hər hansı bir kəşfin ardınca elmi idrakın müvafiq sahəsi sürətlə inkişaf etməyə başlayır: texnikanını inkişafı elmdə inqialblara səbəb olur.
Elm aysberqə bənzəyir: onun görünın hissəsi suyun altında olan hissəsindən həmişə kiçik olur. Faydasız kəşflər olmur: tarixdən məlumdur ki, uzun illər faydasız kimi görünən kəşflər sonralar texnikanın hansısa sahəsinin təməlini qoymuşdu.
Elmi tədqiqatlarda müxtəlif səviyyələr sanki mövcuddur. Aşağı səviyyələr praktikanın yaxın və bilavasitə tələblərinə cavab verir, yəni bu günün taktiki məsələlərini həll edir. Yuxarı səviyyələrin hədəfi uzaq perspektiv, strateji məsələləlrin həllidir.
Hər bir konkret tarixi dövrdə elmin inkişafı ötən nəsillərdən qalmış fikri materialdan, artıq qoyulmuş nəzəri məsələlərdən asılıdır. Elmin inkişafında nisbi müstəqillik həmçinin idrakın özünün ehtiyaclarından, bilikləri sistemləşdirmək, fikir mübadiləsi aparmaq, bu elmin müxtəlif bölmələrinin digər elmlərlə qarşılıqlı təsirlərdə olmaq zərurətindən irəli gəlir. Praktikianın tələblərindən kənar edilən kəşflər az deyildir. Yalnız sonralar onlar yeni praktikanın mənbəyi olmuşdular. Buna misal olaraq rentgen şüalarının, penisillinin və s. kəşfini göstərmək olar.
Kəşflər bəzən elmi nəzəriyyənin özüünün daxili ziddiyyətlərinin həlli nəticəsində yaranır. Hərdən belə də olur ki, yeni tələbat məhz bu və ya digər kəşfin və ya ixtiranın təsiri altında meydana şıxır. Lakin çox vaxt əksinə olur:
cəmiyyətin pratiki tələbatının kəskinliyinə baxmayaraq elmdə bu tələbatı ödəyəcək bilik mövcud olmur və tələbat ödənilməmiş qalır. Lakin praktika nəzəriyyənin daha zəngin olacağı “ yaxşı vaxtları” gözləmir.
Praktikadan irəli gəlməklə idrak inkişaf prosesində nisbi müstəqil tələbata, öyrənmə həvəsinə çevrilir.
Aristotel demişdi: idrak təəccübdən başlayır. M.Plankın sözlərinə görə, heç nəyə artıq təəccüb etməyən insan aşkar edir ki, o, artıq dərindən düşünmə vərdişini də itirmişdir. Tədqiqatçı üçün təəccübləndirici bir şeyin kəşfi xöşbəxt hadisə və yaradıcılıq işində stimul deməkdir. Biliyəə həvəs düşünən insanın ən ali tələbatlarından biridir.
Dostları ilə paylaş: |