Азярбайъанда фялсяфи фикрин инкишаф мярщяляляри


Abstraktlaşdırma, ideallaşdırma, ümumiləşdirmə və məhdudlaşdırma



Yüklə 403,48 Kb.
səhifə26/50
tarix11.01.2022
ölçüsü403,48 Kb.
#110935
1   ...   22   23   24   25   26   27   28   29   ...   50
Abstraktlaşdırma, ideallaşdırma, ümumiləşdirmə və məhdudlaşdırma. İnsanın fikri projektor şüası kimi hər bir konkret anda gerçəliyin yalnız hansısa bir hissəsinə içıq saçır, qalan bütün şeylər isə sanki qaranlıqda batır. Diqqəti predmetlərin müəyən xassələrində cəmləşdirərək biz fikrən digər xassələrdən sərf-nəzər edirik. Abstraktlaşdırma predmetlərin qeyri-mühüm xassə, münasibət və əlaəqlərindən fikrən sərf-nəzər edilməsi, bu predmetlərin tədqiqatçını maraqlandıran bir və ya bir neçə mühüm əlamətinin seçilib götürülməsi deməkdir.

Abstraksiyanın öz hüdudları var: necə deyərlər,yanğının alovunu yanan şeydən sərf-nəzər etmək mümükün eyil. Obyektiv gerçəklikdə nəyin seçiləcəyi və nədən sərf-nəzər ediləcəyi hər bir konkret anda öyrənilən obyektin özünün təbiətindən və tədqiqatçının vəzifələrinən asılı olur. Məsələn, planetlərin dövriyyə qanununu təyin etmək üçün İ.Keplerə Marsın rəngini və Günəşin temperaturunu bilmə lazım deyilir.

Abstraktlaşdırma prosesinin nəticəsində predmetlər haqqında müxtəlif anlayışlar (“bitki”, “heyvan”, “insan” və s.), predmetlərin ayrı-ayrı xassələri haqqında fiirlər (“həcm”, “uzunluq” və s. ) meydana çıxır.

İdeallaşdırma abstraktlaşdırmanın spesifik bir növüdür. İdeallaşdırma fikrən abstrakt obyektlərin yaradılmasına deyilir. Abstrakt obyektlər gerçəklikdə mövcud deyildirlər, lakin real aləmdə onların nümunəsi, yəni fikrən quraşdırılması mümkündür. İdeallaşdırma elə anlayışların yaardılması prosesidir ki, onların prototiplərinə yalnız təxmini işarə etmək olar. İdeallaşdırmanın nəticəsi olan analyışlara misal olaraq “nöqtə” ( nə uzunluğu, nə hündürlüyü, nə də eni olmayan obyekt), “düz xətt” və sş anlayışları göstərmək olar. Ümumiyyətlə, elmi idrakda gerçəlikdə mövcud olmayan, əməli həyata keçirilə bilməyən “ideal” obyektlərdən geniş istifadə olunur.

Tədqiqat prosesinə ideallaşdıırılmış obyektlərin daxil etdirilməsi real proseslərin qanunauyğunluqlarına daha dərindən varmaq üçün onların abstrakt sxemlərini qurmaq imkanını verir.

İstənilən idrakın vəzifəsi ümumiləşdirmə, yəni təkdən ümumiyə fikrən keşid prosesidir. Ümumiləşdirmə prosesində tək anlayışlardan ümumi anlayışlara, tək mühakimələrdən ümumi mühakimələrə keşid baş verir. Təəssüratlar axınını hər dəqiqə, hər an, hər saniyə birləşdirməsəydik, ümumiləşdirməsəydik, onların öhdəsindən gələ bilməzdik. Elmi ümumiləşdirmə sadəcə oxşar əlamətlərin qeydə alınmasından ibarət deyildir. O, hadisənin mahiyyətinə varmaq, rəngarəng olanda təki, tə olanda ümumin, təsadüfi olanda qanunauyğunu görmək deməkdir. Ümumiləşdirməyə misal olaraq: “üçbucaq” anlayışından fikrən “çoxbucaq” anlayışına, “ materiyanın mexaniki hərəkət forması” anlayışından “materiyanın hərəkət forması” anlayışına, “mexaniki enerji istilik enerjisinə çevrilir” mühakiməsindən “enerjinin hər hansı bir forması enerjinin digər formasına çevrilir” mühakiməsinə keçidi göstərmək olar.

Fikrən daha ümumi olandan az ümumi olana keçid məhdudlaşdırma prosesi adlanır. Ümumiləşdirmə olmadan nəzəriyyə mümkün deyil. Nəzəriyyə isə onu praktikada konkret məsələlərin həllinətətbiq etmək üçün yaradılır. Məsələn, predmetləri ölçmək, texniki qurğuları yaratmaq üçün həmişə daha ümumidən az ümumiyə keçid, yəni məhdudlaşdırma tələb olunur.




Yüklə 403,48 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin