İdrak nəzəriyyəsinin əsasları
Təbiətən bütün insanlar biliyə can atır. Qarşımızda və özümüzdə baş veən hər şey hisslərimiz və düüşüncələrimiz, təcrübə və nəzəriyyə vasitəsilə dərk olunur. Duyğular, qavrayış, təsəvvür və təfəkkür, onların dərk olunan obyektə adekvatlığı, həqiqi biliklə illüzor biliyin bir-birindən fərqləndirilməsi qədim zamanlardan fəlsəfənin müxtəlif problemləri kontekstində, ilk növbədə onun idrak nəzəriyyəsi kimi bölməsində araşdırılıdı. İdrak nəzəriyyəsi və varlıq və şüur problemlərini araşdıran “ümumi metafizika”bütün fəlsəfənin əsasını təşkil edir.
İdrak nəzəriyyəsi elmin, incəsənətin və ya adi-gündəlik praktikanın hansı sahəsində həyata keçirilməsindən asılı olmayaraq insanın idraki fəaliyyətinin özünün mahiyyətini öyrənən ümumi nəzəriyyədir.
İdrak nəzəriyyəsi fəlsəfə tarixi boyu ərzində fəlsəfə ilə birgə inkişaf etmişdi. Elə bir mütəfəkkirin adını çəkmə olmaz ki, o, bu və ya digər dərəcədə idrak nəzəriyyəsi problemləri ilə məşğul olmasın.
İdrak nəəzəriyəsi qnoseologiya və ya epistemologiya da adlanır. Bu terminlərin yinan ökləri var: gnosis – dərk etmə; dərk, bilik , episteme – bilik, bacarıq, elm deməkdir. Bzim dilimizdə “bilik” termini, elə “dərketmə” terminin özü də iki mənada işlənir: birincisi, əldə olunmuş fakt, ikincisi, öyrənmə, bilikləri qazanma prosesi mənasında işlənir. Qnoseologiya göstərilən bu tərəflərə toxunmaya bilməz. Bununla belə qnoseologiyanın vəzifəsi daha çox hazır biliyi öyrənmkədir, nəinki onun əldə oluması metodlarını. Beləlilə, qnoseologiya bilik haqqında bilikdir.
Skeptiklər dünyanın dərk edilənliyini inkar etməsələr də, biliyin həqiqiliyinə şübhə ilə yanaşırlar. Aqnostiklər isə dünyanın dərk eilənliyini inkar edrlər.
Lakin bu üç xətti qeyd etməklə biz məsələni hardasa sadələşdirmiş olururq. Amma əslində hər şey daha mürəkkəbdir. Axı aqnostiklər dünyanın dərk olunanlıöını inkar edərkən bunu əsaslandırırlar. Onların göstərdikləri bir çox suallara hələ doörudan da cavab vermək mümkün deyil. Aqnostisizmə gətirən əsas problem ondan ibarətdir ki, predmet bizim hiss orqanlarımız və təfəkkürümüz
vasitəsilə dərk olunur. Predmetlərin əslində necə olması barədə biz heç nə deyə bilmərik.
Lakin aqnostisizmin praktii qərarını elmin inkişafı təkzb edir. Belə ki, pozitivizmin banisi O.Kont byan etmişdi ki, guya bəşəriyyət Günəşin kimyəvi tərkibini heç bir vaxt öyrənə bilməyəcək. Lakin bu skeptik sözlərdən az sonra spktral təhlilin köməyi ilə Günəşin tərkibi müəyyən olundu. XIX əsrin bəzi elm nümayəndələri atomları real mövcud olan bir şey imi yox, nəzəri konstruksiyalar üçün sərfəli olan fikri funksiya hesab edirdilər. laki tezliklə E.Rezerford laboratoriyaya girərkən bu sözləri deyə bildi:”İndi mən atomun nə cür olduğunu bilirəm!”. L.de Broyl yazır:”elmin tərəqqisində nəhəng möcüzə ondan ibarətdir ki, bizim düşüncələrimizlə gerçəklik üst-üstə düşür.Biz zəkamızın ehtiyatlarının və qaydalarının köməyi ilə hadisələr arasındakı əlaqələri hiss edə bilirik”. (Broylğ L.dе. Po tropam nauki/pеr. s fr. M., 1962.s.291).
Lakin bu gün də aqnostisizmə yaxın olan fəlsəfi doktrinaların diapazonu -neopozitivizmdən başlayıb fenomenologiyaya, ekzistensializmə, praqmatizmə qədər kifayət qədər genişdir. ONLARIN AQNOSTOSOZMİ təkcə qnoseoloji xarakterli səəbəblərlə deyil, həmçinin müəyyən dərəcədə D.Yum və İ.Kantdan bizə qalan ənənə ilə də izah olunur.
Kantın aqnostisizminin mahiyyəti aşağıdakılardan ibarətdir: fenomenlə noumen bir-birindən tamamilə fərlənir. Hadisələrin dərinliyinə nə qədər də varmaq istəsək belə bizim biliklərimiz şeylərdən yenə də fəqlənəcəkdir. Dünyanın dərk olunan “hadisələrə”lə dərkolunmaz “özündə şeylərə” bölünməsi idrakın mümkünlüyünü isitisna edir. Predmetlərin əslində neçə olduğunu biz bilmirik, bilə də bilmərik: şüurda olanla onun hüdudlarından kənarda olanı, ona transendent olanı müqayisə etmək mümkün deyil.
Kantın özü özünü yəqin ki, aqnostik hesab etmirdi. Təbiəti (bir fenomen olaraq) idrakın dairəsinə yerləşdirməklə o, idrakın sonsuz tərəqqisiniə inanırdı. Kanta görə, hadisələrin müşahidəsi və təhlili təbiətin dərinlilərinə varır, təcrübəmizin hüdudları daimi genişlənir və bilik nə qədər artsa da onun hüdudları yox ola bilməz. Gördüyümüz kimi, Kantın aqnostisizmi bizim təsəvvür etdiyimizdən də
mürəkkəbdir. Bu mürəkəblik onkret olaraq nədədir? Kanta görə, insan zəkasının payina çox qəribə bir tale düşmüşüdü: onu hər tərəfdən suallar əhatə edir. O, bu suallardan yaxa qurtara bilmir, çünki bu suallar onun öz xüsusi təbiətindən irəli gəlir. Lakin eyni zamanda o, bu suallara cavab verə də bilmir, çünki bu, onun imkanları çərçivəsində deyil. Zəka özü də itəmədən belə çətinliklərə düşür. O, təcrübədən əldə etdiyi əsas müddəlaradan başlayır, lakin idrakın zirvələrinə qalxdıqca görür ki, onun qarşısında cavablandıra bilmədiyi yeni-yeni suallar meydana çıxr.
Beləliklə, Kant burada insan təcrübəsinin məhdudluğu haqqında məsələ qaldırmış və gerçəkliyin daim biliyin hüdudlarından kənara çıxdığını etiraf etmişdi. Bu mənada gerçəklik istənilən nəzəryyədən sonsuz dərəcədə zəngindir. Bundan başqa, Kant bəyan edir ki, şeylərin yalnız təzahürləri dərk oluna bilər. Mütləqləşdirilən bu müddəa aqnostosozmə aparır. Biz görürük ki, Kantın aqnostiziminin kökləri onun subyektlə obyekt arasında hansısa koordinasiya əlaqələrinin izləyə bilməməsindədir. Bu əlaqənin xarakteri haqqında qnoseoloji fərziyyələrdən asılı olmayaraq bilik nəzəriyyəsinə onu daxil etdirmədikdə aqnostik nəticələr qaçılmaz olur.
Aqnostizmin köklərindən biri qnoseoloji relyativizm, yəni hadisələrin dəyişkənliyinin mütləqləşdirilməsidir. Relyativizmin tərəfdarları aşağıdakı skeptik prinsipdən çıxış edirlər:dünyada hər şey tezaxarlıdır, həqiqət isə bizim hadisələr haqqında bilidiklərimiz yalnız bu an üçün ifadə edir. Dünən həqiqət hesab olunan bu gün yanlış hesab oluna bilər. dərman kimi,. həqiqətin də saxlama müddəti olur. Qiymətləndirmələr də dəyişikililərə məruz qalır. Bu, sosial həyatda, əxlaqi normalarda və estetik zövqlərdə daha çox özünü biruzə verir. Buradan da belə bir qərar verilir ki, bizim biliymiz sanki qeyri-müəyənlilik dənizində üzür, o, nisbidir,şərtidir, subyektivdir.
Belə skeptik baxış hələ antik dövründə meydana gəlmişdi. Özünün son həddində relyativizm Kratilin təlimində öz əksini tapmışdır. O, hesab edirdi ki, dünyada hər şey o qədər sürətlə dəyişir ki, burada mütləq davamlı olan heç bir şey göstərmək mümkün deyil .O, deyirdi ki, hətta bu və ya digər predmeti, heyvanı və ya insanı
adlandırmaq da mümkün dyil, çünki biz bu sözü deyənədək onlar artıq dəyişəcək və başqa bir şey kəsb edəcəklər. Yanlışlıqdan uzaq olmaq üçün Zkratil susmağı və ya ən zəruri halda barmaqla işarə etməyi (burda artıq heç cür səhvə yol verməzsən) məsləhət görürdü.
Biliklərimizin hamıısını nisbi hesab etmələ biz idrakda tam özbaşınalığı təsdiq etmiş oluruq. Belə olduqda idrak nisbətən davamlı olan heç bir şeyin olmadığı, həqiqətlə yanlış arasında həddlərin yox olduu bir axına çevrilir. Bu, o deməkdir ki, həyatda heç bir müddəaya inanmaq olmaz, deməli, heç bir şeyi də rəhbər tutmaq olmaz. Relyativizmin tərəfarları adətən fikirlərini bununla əsaslandırırlar ki, çox vaxt həqiqi hesab olunan müddəalar sonralar yanlış kimi rədd edilir və, əksinə, yanlış hesab olunan müddəaLAr elmin inkişafı prosesində həqiqət kimi şıxış etməyə başlayır. Doğrudan da, elmin inkişaf yolu düz xəttdən ibarət deyil. Lakin bu heç də o demək deyil ki, bizim biliklərimizin hamıısı boş şeydir.
Skeptik fikir antik fəlsəfənin zirvələri olan Sokratın və Platonun sələfləri və müasirləri Protaqor, Qorqiy, Qippiy və Antifontun mühakimələrinə köklənir. Lkin dahi Aristotel də deyirdi:”Aydın dərk etmək istəyən hər kəs ilk öncə əsaslı şəkildə şübhələnməlidir.” “Skeptiklər” adının özünü adətən Pirron tərəfindən əsası qoyulmuş fəlsəfi məktəblə əlaqələndirirlər. Skeptiklər Pirronda öz patronunu görürdülər .Buna görə də skeptisizm bəzən pirronizm də adlanır. Pirronun baxışları onun davamçısı olan Sekst Empirikin əsərlərində öz əksini tapmışdır. Antik skeptisizm haqqında məlumatların əsəriyyəti elə məhz buradan əldə olunur. İntibah dövründə və Yeni dövrün əvvəllərində Erazm Rotterdamski, Piko della Mirandola kimi filosoflar da skeptik təlimləri inkişaf etdirmişdilər. Məşhur “Təcrübələr” əsərinin müəllifi Mişel Monten isə belə yazırdı:”İnsanların icad etdikləri şeylər arasında daha həqiqətə bənsər və daha faydalısı pirronizmdir. Onun hesabına insan öz fitri zəifliyini boynuna alır və hansısa bir ali qüvvənin olmasını etiraf etməyə hazır olur»1
Skeptisizmin digər nümayəndəsi D.Yum sırf analitik hesab etdiyi riyazi həqiqətlərdən başqa bütün “ümumi müddəaları” inaclar hesab edidi. Yuma görə,
1 Boquslavskiy V.M.Skеptiüizm v filosofii. M.,1990.s.95.
hətta xarici təəssüratların təsviri elmi adlandırıla bilməz: bunlarda mütləq 2inaclar” elementi mövcuddur. Əgər yumun ardınca getsək, onda hətta tarix və corafiyanın da elm olmadığını etiraf etməli olmalıyıq. Belə skeptisizm özünə də, yəni özünün ümumi müddəlardan ibarət olan bilik nəzəriyyəsinə də şübhə ilə yanaşmalıdır. Bu mnada Yumun skeptisizmi özü özünü dağıdır.
Artıq qey etdiyimiz kimi, aqnostisizm bilik praktikasının özünə də ziddir, yəni onun müddəaları alimlərin təcrübədə təsdiqlənən bu və ya digər dərəcədə uğurlu nəzəriyyələr qurmağa müvəffəq olması faktı ilə ziddiyyətə girir.A.Eynşteyn deyirdi ki, “bu dünyada tamamilə anlaşılmaz bir şey varsa da, o da dünyanın dərk edilənliyidir”. Biliyin praktikası aqnostosozmi dolayı yolla təkzib edir. Bundan başqa, aqnostisizmdə daha bir daxili ziddiyyət yer almışdır. Bir qayda olaraq, aqnostisizm empirizmə, xalis təcrübəyə apelyasiya edir. Lakin aqnostisizm faktlarla ziddiyyətə girir: axı bütün insanlar xarici aləmin mövcudluöuna inanın və bu inam bilavasitə transsubyektivliyin (subyektdən kənar sferada, Mən sferasından kənarda olma) yaşanmasına söykənir. Əgər reallıq həqiqətən də zəka ilə ziddiyyət təşkil etmiş olsaydı, onda həyatda hər şey mənasız olardı.
Aqnostisizm skeptisizmin hipertrifik formasıdır. İdrakın mümkünlüyünü təsdiq edən skeptisizm biliklərin etibarlılığına şübhə ilə anaşır. Bir qayda olaraq skeptisizm paradiqmaların, dəyərlərin, ictimai sistemlərin dəyişdiyi bir dövrdə çiçəklənir. Adətən belə vaxtlarda əvvəllər həqiqət hesab olunan bir şeyin elmin və praktikanın yeni nailiyyətləri işığında yanlış olduğu aşkarlanır. Skeptisizmin psixologiyası belədir ki, o, dərhal yalnız köhnəni deyil, yeni olan hər bir şeyi də təkzib etməyə başlayır. Bu psixologiya tədqiqatçının yenilik həvəsi ilə deyil, bir vaxtlar inandığımız prinsiplərə vərdiş etməyimizlə izah olunur. Bəzi alimlərə həqiqətən də belə psixologiyanın xas olduğundan təəssüflənən K.E.Siolkovski deyirdi: çox şeyləri inkar edirlər. Bu, asan və xoşdur. Lakin bəşəriyyət önun özü üçün sonralar faydalı ola biləcək bir şeyi boğaraq məhv edərsə, bu, biabırçılıq olar.
Bir doktrina kimi skeptisizm, şübhəsiz ki, zərərlidir, çünki insanın praktiki-idraki imkanlarını lazımınca qiymətləndirmir. Biliyə can atan insan deyir: “Bunun nə
olduğunu mən bilmirəm, lakin biləcəyimə inanıram”. Aqnostik isə deyir: Bunun nə olduğunu mən bilmirəm və heç vaxt da bilməyəcəyəm”. Skeptisizmə, eynilə fanatizmə daha çox məhdud insanlarda rast gəlmək olur. Lakin müəyən çərçivələrdə skeptisizm faydalı və lazımdır. İdraki priyom kimi skeptisizm şübhə formasında çıxış edir. Bu isə həqiqətə doğru atılan addımdır. Şübhə inkişaf etməkdə olan elmin zəruri elementidir. Problemsiz idrak yoxdur. Lakin şübhə etmədən problem də ola bilməz. Bilik həmişə nəyi isə şübhə altına alır.
Həqiqi dərin düşünən mütəfəkkirdə fəlsəfi şübhə varlığın sonsuzluğu və əlçatmaz olması haqqında təsəvvürlər yaradır. Gerçəlik hər biliin hüdudlarından kənara çıxır. Dərin düşünməyən filosof adətən qəti və son mühakimələrə meylli olur. Pabindranat Taqorun sözlərinə görə, insanın zəkası çırağa bənzəyir: işıq nə qədər parlaq olsa, şübhələrin kölgəsi bir o qədər qatı olar.
Sağlam skeptisizm, yəni etimoloji mənasına görə hər şeyi əsaslı şəkildə araşdırmağa can atma mahiiyyət etibari ilə idraka nikbin baxışla da ziddiyyət təşkil etmir. Əslində məsələnin qoyuluşu bu cürdür: zəka varlığın sirrlərinin getdikcə daha dərin qatlarına varır.
Dostları ilə paylaş: |