İdrakın növləri. Mahiyyət etibarı ilə vahid olan biliyin çox rəngarəng növləri var. Bəzi insanlar idrakı yalnız elmi idrakla eyniləşdirərək biliyin digər növləriini kənnara qoyur. Bu, müasir cəmiyyədə “stiyentist” atmosferlə, elmə pərəstişlə izah olunur. Elmlərin inkişafı sadəcə çoxlu sayda fakt, qanun və xassələrin kəşf olunmasına səbəb olmamışdır. Bu gün insanlarda spesifik təfəkkür tipi formalaşmışdır. Lakin biliyi onun elmi forması ilə eyniləşdirmək düsgün deyil. Gündəlik həyatımızda qarşımızda duran problemlərin heç də hamısı elmə müraciət etməni tələb etmir: həyat kitabı təkcə alimlər üçün deyil, düşünməyə qadir olan hər kəs üçün açıqdır.
Maraqlıdır ki, bioloji qanunauyğunluqlarla şərtlənən elementar “biliklər” heyvanalrda da müşahidə olunur. Uzun illər belə bir fikir mövcud idi ki, güya heyvanlar heç bir formada abstraksiyaya qadir deyillər. Lakin XX əsrin ortalarından inkişaf etməyə başlayan etologiya ( heyvanların davranışı haqqında elm) bu fikri təkidlə təkzib edir.
Hər biliyin əsasını sözün ən geniş mənasında götürülmüş təcrübə təçkil edir. Buna görə ə insna biliynin növləri birinci növbədə onların hansı xarakterli təcrübəyə əsaslandığına görə bir-birindən fərqənir. M.Şelerə görə, idrakı şərtləndirən müəyyən mənada insanların dünyaya sevgi münasibəti təcrübəsidir. Deməli, sevgisiz idrak da yoxdur.
Biliyin tipi dərk edən subyektin xüsusiyyətləri ilə bağlıdır. Biliyin bəzi tipləri öz təbiətinə görə yalnız hansısa bir subyektlə bağlı olir. Belə ki, məsələn, xristianlığa görə, insan dini həqiqətləri yalnız kilsənin canlı orqanizmi ilə vəhdətdə dərk edə bilər.
Bədii əsəri oxuyan insnaını və ya mühazirə yazan tələbənin “passiv” biliyini müəllifin, yaradıcının (istər alim, istərsə də rəssam) biliyindən fərqləndirmək lazımdır. (Düzdür, birinci halda da yaradıcılıq elementləri istisan olunmur. Deyirlər ki, dahi yazıcıya dahi oxucu tələb olunur).”Müəllif” biliyi ilk növbədə şəxsi meylliliyin tipinə, xarakterinə görə fərqlənir. İ.V.Höte yazırdı ki, “dəqiq elmlər üçün yaranıb inkişaf edənlər başa düşə bilməyəcələr ki, eynilə dəqiq hissi fantaziya da mövcuddur. Onsuz heç bir incəsənət mümkün ola bilməz. Düzdür, görkəmli yaradıcı çəxsiyyətlərdə çox vaxt idraki qabiliyyətlər ahəngdar çəkildə olur. Əksər alimlərin, filosofların tərcümeyi-halı sübut edir ki, öz əsas tədqiqat sahəsindən başqa onlar incəsənətlə də maraqlanır, şerlər yazır, musiqi altlərində də çalırdılar.İstedadlıq heç də yalnız “yüksək2 idrakla baqlı deyil. Aramızda həyat elmlərinin əsl akademikləri də az deyil. Bu da xüsusi istedaddır.
Dostları ilə paylaş: |