Dramaturqun qəhrəmanların iştirakı ilə meydana çıxan və qələmə aldığı hadisələr, daxili sevinc və sarsıntı, etiraz və mübarizlik duyğuları səhnədə bütövlük əldə edərkən mənəvi tərbiyə işində, tamaşaçıların fəal həyat mövqeyinin formalaşmasında mühüm əhəmiyyət kəsb edir.
Dram bədii əsərin bir növüdür. Onun dili təkcə ifadə planında deyil, həm də təsvir predmeti kimi öyrənilə bilər. Ona görə ki, “dil özlüyündə bədiilikdən kənar gerçəkliyin tərkib hissəsidir və həmin gerçəklik yazıçıya bu və ya digər dərəcədə öz yaradıcılıq elementlərini gah birbaşa, gah da mürəkkəb yolla, dolayısı ilə həyata keçirməyə imkan verir” [194, s.8].