Азярбайжан республикасы тящсил назирлийи азярбайжан дювлят игтисад университети


Cədvəl 9. «Limon» bazarında tarazlığa meyil: keyfiyyətli mal sıxışdırılıb çıxarılır



Yüklə 227,22 Kb.
səhifə28/30
tarix10.01.2022
ölçüsü227,22 Kb.
#108757
1   ...   22   23   24   25   26   27   28   29   30
Cədvəl 9. «Limon» bazarında tarazlığa meyil: keyfiyyətli mal sıxışdırılıb çıxarılır


Gün

D

P

S1

S0

S

a

1

22−p

10

4

8

12

0,33

2

12,62−p

6,87

0,87

4,87

5,74

0,15

3

10,10−p

6,05

0,05

4,05

5,10

0,01

4


8,14−p

8−p



5,07

5


0

0


3,07

3


3,07

3


0

0


...

...

...

...

...

...

...

100

8−p

5

0

3

3

0




NƏTİCƏ VƏ TƏKLİFLƏR
Qloballaşma əsrində informasiya və kommunikasiya texnologiyaları, mütərəqqi yenilikləri özündə ehtiva edən çoxşaxəli innovasiya sistemləri hər bir dövlətin ümumi inkişaf səviyyəsindən və potensialından xəbər verən, sosial-iqtisadi, mədəni-intellektual yüksəlişi təmin edən vacib meyarlardan birinə çevrilmişdir. İqtisadi tərəqqi, demokratikləşmə və insan hüquqlarının etibarlı təminatı baxımından özünün yüksək inkişaf mərhələsinə çatmış dövlətlərin bu nailiyyətləri eyni zamanda informasiya iqtisadiyyatına əsaslanan mütərəqqi biliklər nəticəsində əldə etdiyi danılmaz həqiqətdir. Təcrübə göstərir ki, iqtisadi inkişaf strategiyasını elmi-texniki əsaslar üzərində qurmaqla innovasiya inkişafını dövlət quruculuğu prosesinin mühüm təminatı sayan, hər zaman proqressiv ənənələrə istinad edən dövlətlər milli tərəqqiyə olur, dünya arenasında özünəlayiq yer tuturlar.

Bütövlükdə iqtisadi dinamikanın inkişafı yuxarıda qeyd olunduğu kimi uzunmüddətli xarakterli meyllər əsasında formalaşan artım nəzəriyyələri ilə izah olunur. Lakin iqtisadi inkişafın artım nəzəriyyəsi ilə yanaşı iqtisadi fəallığın rəqslərinin xarakterini əsas götürülən «inkişafın dövrülüyü» nəzəriyyələri daha çox istifadə olunur.

İqtisadi inkişafın dövrülüyü nəzəriyyələri iqtisadiyyatın tarazlıq inkişafını xarakterizə edən göstəricilər toplusunun vəziyyəti ilə «iqtisadi konyukturanı» qiymətləndirməyə imkan verir.

İqtisadi inkişafın dövrülüyünün fiziki proseslərlə izah edən nəzəriyyələrini bəziləri onun institutsional xarakterindən tam imtina etmir. Bu tipli nəzəriyyələrin ən mühümlərindən biri Verner Zombartın nəzəriyyəsidir. Bu nəzəriyyəyə görə üzvü və qeyri-üzvü xammalı emal edən sənaye sahələrinin dinamikası fərqli ritmlərə malikdir. Məsələn, polad sənayesi və pambıq mahlıcı sənayesinin inkişafında müxtəlif dövrlər ola bilir. Zombart nəzəriyyəsinin əsas nəticəsi ondadır ki, iqtisadi böhranlar fiziki və iqtisadi proseslərin uyğunsuzluğu ilə bağlıdır.

İqtisadi islahatların ardıcıl və sistemli şəkildə aparılmasının tərəfdarı kimi çıxış edən Azərbaycan yeni mərhələdə, ilk növbədə, dövlət mülkiyyətinin özəlləşdirilməsi vacibliyini önə çəkmiş, bu proses keçid dövrünün bəzi xırda çatışmazlıqlarına rəğmən uğurla başa çatdırılmışdır. Azərbaycan yaxşı başa düşürdü ki, dövlət mülkiyyətinin xalqın mənafeyinə uyğun formada özəlləşdirilməsi sərbəst bazar rəqabəti prinsiplərinin, xüsusi mülkiyyətçiliyin bərqərar olması, habelə milli iqtisadiyyatın dünya iqtisadi sisteminə inteqrasiyası, insanların şüurunda, həyat tərzində əsaslı dəyişiklik deməkdir. Ölkədə həyata keçirilmiş özəlləşdirmə prosesinin məqsədi də məhz hər bir vətəndaşın iqtisadi islahatlarda şəxsi marağını təmin etmək, əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq, sağlam rəqabətə əsaslanan istehsal üçün şərait yaratmaq olmuşdur. İqtisadiyatın bütün sahələrini əhatə edən özəlləşdirmə prosesi müstəqil respublikamızda bazar iqtisadiyatı meyarlarının sürətlə formalaşmasına, ölkənin xarici iqtisadi əlaqələrinin yüksəlməsinə ciddi zəmin yaratmışlar.

İqtisadi inkişaf - ümumi rifahın zaman üzrə artması prosesidir. Müəyyən zaman kəsiyi üçün iqtisadi inkişaf tempi - həmin dövr ərzində ümumi rifahın faizlə ifadə olunmuş nisbi artımıdır. İqtisadi inkişafın əsas amilləri qismində aşağıdakılar çıxış edir:


  • insanların həyatının, yaradıcı məzmunluluğunun artması. Bu proses əhalinin təhsil səviyyəsinin artması ilə birbaşa bağlıdır;

  • əhalinin sağlamlığının artması. Bu proses orta ömür müddətinin artmasıyla birbaşa bağlıdır.

Müəyyən fiksə edilmiş zaman kəsiyində ictimai rifahın ölçüsünün dəyişməsi nəzərdən keçirilir. Aşağıdakı fərziyyələr nəzərdən keçirilir:

  • dövrün başlanğıcında əhalinin təhsil səviyyəsi E0-a bərabərdir, əhalinin sağlamlıq səviyyəsi isə H0-a bərabərdir. Bu göstəricilərin hasilinə bərabər olan ümumi rifahın başlanğıc ölçüsü W0 ilə işarə olunmuşdur;

  • dövrün sonundakı təhsil səviyyəsi E təhsilə yönələn investisiyaların ölçüsündən y1 asılıdır, özü də bu asılılıq xəttidir:

E=E0+ey1

İki ardıcıl zaman müddətindən ibarət vaxt ərzində baş verən iqtisadi inkişafı tədqiq edək. Fərz edək ki:



  • başlanğıc zamanda əhalinin təhsil səviyyəsi 40-a, əhalinin sağlamlıq səviyyəsi isə 54-ə bərabərdir. Bu zaman ümumi rifahın başlanğıc ölçüsü 2160-a bərabərdir;

  • təhsilə yönələn investisiyaların marjinal nəticəsi dəyişməz olaraq 2-yə bərabərdir, səhiyyəyə yönələn investisiyaların marjinal nəticəsi isə dəyişməz olaraq 3-ə bərabərdir;

  • 2 zaman dövrünün hər biri üçün 2,2 həcmində inkişaf fondu ayrılmışdır.




Yüklə 227,22 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin