Misal 1. A, B və C səsvermə iştirakçıları K, L, M və N alternativlərini nəzərdən keçirirlər. Bəyənilən alternativ vahidlə, bəyənilməyən isə sıfırla ifadə olunur. Səsvermənin nəticələri cədvəl 6.4-də verilmişdir.
Cədvəl 1
Bəyənilən səsvermə
Alternativlər
|
Səsvermə iştirakçıları
|
Cəmi
|
A
|
B
|
C
|
K
L
M
N
|
1
1
0
0
|
0
1
1
1
|
0
1
1
0
|
1
3
2
1
|
Cədvəldən göründüyü kimi, L alternativi daha çox iştirakçılar tərəfindən bəyənilmişdir. Ona görə də o, ictimai qərar kimi qəbul edilir.
Ardıcıl bəyənilən səsvermə bir neçə mərhələdə aparılır. Hər bir səsverən özü üçün daha məqbul olan yeganə alternativi seçir və ona «müsbət bal» verir. Gələcək nəzərdən keçirmələrdə ən az sayda «müsbət ballar» toplayan alternativ sıradan çıxarılır.
Bord proseduru. Hər bir səsverən alternativləri onların üstünlük dərəcəsinə görə nizamlayır. Onlardan daha üstün olanı 1 ranqını, sonrakı 2 ranqını alır və s. Ranqların ən az cəmini yığan alternativ qalib hesab edilir. Əgər ranqların cəmi bərabər olan iki alternativ vardırsa, bu halda ranqlarının qiymətləri dağınıq olan alternativ daha üstün hesab edilir, çünki həmin alternativ qiymətləndirilərkən səsverənlər daha yekdil olmuşlar.
Misal 2. A, B və C səsvermə iştirakçıları K, L, M və N alternativlərini nəzərdən keçirirlər. Səsvermənin nəticələri cədvəl 6.5-də verilmişdir.
Cədvəl 2
Bord proseduru
Dostları ilə paylaş: |