Bakı Dövlət Universiteti Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsi GİT ixtisası əyani şöbəsi 2-ci kurs tələbəsi



Yüklə 231,28 Kb.
səhifə2/16
tarix05.01.2022
ölçüsü231,28 Kb.
#111172
1   2   3   4   5   6   7   8   9   ...   16
Niyə ticarət edirik?

Beş səbəb vardır ki, ölkələr arasında ticarət baş tutur.



Texnologiyada fərqlər – Əgər ölkələr məhsul və xidmətlər istehsal etməkdə texnoloji imkanlarına görə fərqlənirlərsə, onda faydalı ticarətə zərurət yaranır. Texnologiya resursları (əmək, torpaq, kapital) son məhsula çevirir. Müqayisəli Üstünlüklərin Rikardian Modelində ticarətə bazis kimi texnologiya göstərilir.

Resursların miqdarındakı fərq – Əgər ölkələr resurslarının miqdarına görə fərqlənirlərsə, onda faydalı ticarətə zərurət yaranır. Resurs deyəndə ölkənin işçi qüvvəsinin bacarıq və təcrübəsi, sərhədlər daxilindəki təbii ehtiyatlar (minerallar, torpaq) və kapital bazarının vəziyyəti (infrastruktur, kommunikasiya sistemləri, avadanlıq) nəzərdə tutulur. Bu Sadə Əmtəə Mübadiləsində də keçərli idi.

Tələbdə müxtəliflik – Əgər ölkələr hər hansı məhsula olan tələbləri və təmayülləri (trend) ilə fərqlənirlərsə, onda faydalı ticarətə zərurət yaranır. Çinlilər Amerikalılara nəzərən daha çox düyü istehlak edirlər, baxmayaraq ki qiymətlər müqayisədə eynidir. Kanadalıların pivəyə, Danimarkalıların taxta ayaqqabılara və Yaponların balığa tələbatı Amerikalılardan daha çoxdur, baxmayaraq ki, qiymətlər müqayisədə eynidir.

İqtisadi səmərəliliyin mövcudluğu – bu yetərlidir ki, ölkələr arasında faydalı ticarət baş tutsun. İqtisadi səmərəlilik elə bir istehsal prosesidir ki, burada istehsalın miqyası artdıqca, istehsal məsrəfləri aşağı düşür.

Hökumət siyasətinin mövcudluğu – hökumətin vergi və subsidiya proqramları müəyyən məhsulun istehsalında fayda ola bilər. Belə bir şəraitdə, ölkələrin siyasi fərqlərinə baxmayaraq faydalı ticarət öz-özünə yetişə bilər.

Biz hər gün televiziya ekranlarından nümayiş etdirilən onlarla reklamlarda xarici malların təbliğ edildiyinin şahidi oluruq. Biz, bununla yanaşı həmçinin qonşularımızın, dost və tanışlarımızın maşın alarkən əvvəlki tək rus modellərinə deyil, alman, yapon, Koreya, amerikan və digər ölkələrin avtomobillərinə üstünlük verdiyini görürük. Qəzetlərdə də tez-tez xarici firma və şirkətlərin ölkəmizdə göstərdiyi filiallar və nümayəndəliklər açdığı haqqında məlumatlarla rastlaşırıq.

Belə xəbərlər bəzən bir qrup adamları qıcıqlandırır, narahat edir. Lakin iqtisadçılar bir az fərqli düşünür və hesab edirlər ki, beynəlxalq ticarət ölkələr üçün faydalıdır. Heç bir ölkə özünü dünyadan təcrid etməklə yaşaya bilməz.

Buna oxşar siyasəti Sovetlər Birliyi Stalinin hakimiyyəti dövründə aparırdı. Lakin belə siyasət iqtisadi cəhətdən səmərəli deyil. Axı ayrı-ayrı ölkələr iqlim şəraitinə, təbii ehtiyatlarının zənginliyinə, vətəndaşlarının təhsil səviyyələrinə görə bir –birindən fərqlənir. Ona görə də ölkələr arasında beynəlxalq əmək bölgüsünün nəticələri əsasında ticarət mübadiləsi hökm sürür. Beləliklə də beynəlxalq və ya xarici ticarət qurulur.

Ölkənin xaricə göndərdiyi malların və xidmətlərin məbləği onun ixracatını, kənardan gətirdikləri isə idxalatını təşkil edir. (Xidməti də idxal etmək mümkündür. Məsələn, əgər xarici nəqliyyat şirkəti Azərbaycan firmasına öz məhsullarının digər ölkəyə daşınmasını işini təşkil edirsə, bu artıq xidmətin idxalı sayılır).

İdxal və ixracın cəmi xarici ticarət dövriyyəsini təşkil edir. İdxal və ixrac arasındakı fərqə xarici ticarətin saldosu (qalığı) deyilir. Əgər ixrac idxaldan çoxdursa saldo müsbət və ya aktiv, əksinə olduğu halda, yəni ixrac idxaldan az olduqda saldo mənfi və ya passiv adlanır.

Saldonun müsbət və ya mənfi olmasına istinadən ölkənin inkişaf səviyyəsinə qiymət vermək düzgün deyil.

Tələb və təklif qanunu xarici ticarət sferasında da fəaliyyətdədir. Əgər ölkədə xarici ticarət siyasəti tələb və təklifə əsasən qurulursa və bu siyasət təşkilatlararası münasibətlər sistemindən ibarət olaraq minimum dövlət müdaxiləsinə məruz qalırsa, onda belə siyasəti azad ticarət siyasəti adlandırırlar. Əksinə gedən proseslər isə himayəçilik prinsiplərinə əsaslandığından ona xarici ticarətdə himayədarlıq siyasəti deyilir. Himayədarlıq, başqa adla proteksionizm dövlətin tarif və qeyri tarif tənzimləmə alətlərinə söykənərək, yerli firmaları xarici şirkətlərin rəqabətindən qorumaq məqsədilə apardığı xarici ticarət siyasətidir. Aşağıdakı sxemdən bunu aydın görə bilərik.



Onu da nəzərə alaq ki, yer üzərində nə tam olaraq azad ticarətli, nə də tam olaraq inzibati qaydada idarə olunan dövlət olmayıb. Bəzi ölkələr, məsələn Sinqapur və Honk-Qonk azad ticarətli ölkələr hesab olunurlar. Digərləri məsələn, Şimali Koreya və Kuba uzun zamandır ki, inzibati idarəyə meyllidirlər. Digər ölkələr haradasa orta mövqedə yer tuturlar.

Bəs görəsən xarici ticarətə qoşulmaq, beynəlxalq əmək bölgüsündə iştirak etmək üçün ölkə hansı siyasətə üstünlük verməlidir?

Adam Smit hesab edir ki, bu suala bazar cavab verə bilər, lakin bu zaman hər bir ölkənin təbii və qazanılmış üstünlüklərini nəzərdən qaçırmaq olmaz. Belə ki, hələ vaxtilə Smit da əsərlərində sübut edirdi ki, əgər ticarət məhdudlaşdırılmırsa azaddırsa, onda hər bir ölkə rəqabətdə üstünlük qazandığı malların istehsalı üzrə ixtisaslaşır. Beləliklə də bu ölkələrin resursları rentabelli sahələrə axır və nəticədə ölkə qeyri-rentabelli sahələrdə rəqabət apara bilmir. Başqa sözlə, bazarlar sərbəst olarsa və rəqabətə əsaslanarsa, öz maraqlarına uyğun motivə edilən özəl şəxslərin əməyinin məcmusu cəmiyyət üçün daha çox fayda verəcəkdir. Buna iqtisadi ədəbiyyatlarda “Laissez faire” praktikası da deyilir

Bu sualın cavabını axtararkən ilk növbədə müxtəlif malların istehsalı ilə əlaqədar olan məsrəflərə nəzər yetirməli və o məhsulu seçmək lazımdır ki, onun həmin ölkədə buraxılışı ucuz başa gəlir. Məsələn, biz hamımız təsdiq edərik ki, Azərbaycanda ananasın istehsalına çəkilən xərc Ekvadordan xeyli çoxdur. Çünki, ananası Azərbaycanda yalnız istixanalarda yetişdirmək olar ki, buda çoxlu xərc və xüsusi qulluq tələb edir. Amma Ekvadorda ananas sərbəst yetişir. Bu o deməkdir ki, Ekvador ananas istehsalında mütləq üstünlüyə malikdir. Azərbaycanın isə Ekvador qarşısında mütləq üstünlüyü neft hasilatı hesab olunur. Bu çox sadə haldır. Deməli, isti tropik ölkələrə biz neft, sənaye məhsulları ixrac edə, ordan isə banan, ananas və digər tropik meyvələr gətirə bilərik. Bunu ilk dəfə məşhur ingilis iqtisadçısı David Rikardo müqayisəli üstünlüklər nəzəriyyəsi vasitəsilə sübuta yetirmişdir.

Beləliklə Adam Smitin əsasını qoyduğu bu nəzəriyyəni sonradan David Rikardo inkişaf etdirərək müqayisəli üstünlüklər nəzəriyyəsini yaratmışdır. O təsdiq edirdi ki, ticarətdə onsuz da uduş var, lakin bunun üçün ölkə daha effektiv məhsulların istehsalı üzrə ixtisaslaşmalıdır.


Yüklə 231,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin