Bakı Dövlət Universiteti Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsi GİT ixtisası əyani şöbəsi 2-ci kurs tələbəsi



Yüklə 231,28 Kb.
səhifə8/16
tarix05.01.2022
ölçüsü231,28 Kb.
#111172
1   ...   4   5   6   7   8   9   10   11   ...   16
Müqayisəli üstünlüyün səbəbləri

Praktiki olaraq bütün ölkələrin iqtisadçıları onunla razılaşırlar ki, beynəlxalq ticarət hər bir ölkə ucun sərfəlidir. Bu ticarət ixtisaslaşmaya və ölkələrin istehlak imkanlarını genişləndirməyə təkan verir.

Azad ticarət məntiqini daha yaxşı anlamaq ucun müqayisəli üstünlük prinsipini nəzərdən keçirək (bu prinsip D.Rikardo tərəfindən formalaşdırılmışdır):

Ölkələr o məhsulları istehsal edib ixrac edəcəklər ki, onların buraxılışında başqalarına nisbətən daha təcrübəlidirlər, yəni ölkələr o mallar və xidmətlər üzrə ixtisaslaşmalıdırlar ki, onların istehsalı daha ucuz başa gəlsin və elələrini ixrac etməlidirlər ki, başqa ölkələrdə onların istehsalı nisbətən baha başa gəlir. Müqayisəli üstünlük prinsipinə uyğun olaraq istənilən ölkə xarici ticarətdən mənfəət götürə bilər, bu şərtlə ki, bu ölkə elə malların istehsalı və ixracı üzrə ixtisaslaşmalıdır ki, onlar nisbətən az xərclər aparsın və başqa ölkələrə nisbətən daha səmərəli olsun; və yaxud əksinə, ölkə o məhsulları idxal edir ki, onların daxili istehsalı nisbətən baha başa gəlir və başqa ölkələrə nisbətən səmərəsi daha azdır. Bu sadə prinsip beynəlxalq ticarətin kökündə durur.

Müqayisəli üstünlük qanununun əsas strukturu belə səslənir: nə zaman ki, azad ticarət şəraitində hər bir ölkə üstünlüyə malik olduğu iqtisadi sahədə öz gücünün cəmləşdirir, onda bundan hamı udur. Hər bir regionun zəhmətkeşləri o vaxt istədikləri miqdarda istehlak malları ala bilərlər ki, onlar müqayisəli üstünlüyə malik olduqları sahə üzrə ixtisaslaşır və öz məhsullarını xarici bazarda istehsalında müqayisəli üstünlüyə malik olmadıqları məhsullarla dəyişə bilirlər. Beynəlxalq ticarət ucun sərhədlər acıq olduqda bütün ölkələrin milli gəliri artır. Məhz bu qanun azad ticarətin xeyrinə elə qəribə iqtisadi dəlillər gətirir ki, onlar ABŞ, AB, BVF, Dünya Bankı və BTT kimi dövlət və təşkilatların ticarət siyasətinin kökündə durur. İnkişaf etmiş və inkişafda olan ölkələr arasındakı ticarətin alqoritmi müqayisəli üstünlük qanununa əsaslanmışdır, bu isə beynəlxalq əmək bölgüsünü yaratmış, nəticədə (1970-ci illərə kimi) inkişafda olan ölkələr dünya bazarını sənaye məhsulları əvəzinə ilkin məhsulların təchizatı üzrə ixtisaslaşmışdılar. 1980-ci illərdən başlayaraq bəzi ölkələrin müqayisəli üstünlüklərinə ucuz qadın əməyi də əlavə olundu. Bu bəzi istehsal proseslərinin həmin ölkələrə köçürülməsinə, ticarət alqoritmində müəyyən dəyişikliklərə gətirdi. Lakin bu dəyişikliklər yalnız Asiyanın, Latın Amerikasının və Karib dənizi hövzəsinin bəzi inkişaf edən ölkələrinə toxundu. Mövcud ixtisaslaşmanı qoruyub saxlamaq ucun beynəlxalq ticarət sistemi bir sıra oyun qaydaları və institutlar yaratmışdır ki, onlar bu ixtisaslaşmanı birjasına nəzarət edirlər.

1946-cı ildə Tariflər və ticarət üzrə Baş saziş bağlandı. Müqayisəli üstünlük prinsipinə əsaslanan bu sazişin iki fundamental bəndi ticarətdə ayrıseçkiliyin olmamasını və paritetin («qarşılıqlı») saxlanmasını nəzərdə tuturdu. Ayrıseçkiliyin olmaması ticarət aparan ölkələrin bütün ticarət partnyorlarını bərabər saymağa məcbur edirdi.

Ticarət siyasəti və ticarətin liberallaşdırılması sosial nəticələrinə görə, yəni gəlir, məşğulluq, yoxsulluq, yaşamaq və rifah strategiyası baxımından, qadınlar və kişilər ucun müxtəlif məna daşıyırlar. Azad ticarət rejiminin tətbiqinin mənşəyinə və gələcək nəticələrini gender bərabərsizliyi və gender nisbətsizliyinə münasibətdə öyrənmək, onların qadınların sosial vəziyyətinə, əmək bazarında tutduğu yerinə, həmçinin işgüzarlığına (sahibkarlıq fəaliyyətinə) təsiri dəqiq araşdırma tələb edir. Vəziyyəti aşağıdakı tərəflərdən aramaq gərəkdir:

- hazırkı dövrdə azad ticarətin inkişafı Asiya, Latın Amerikası, Karib dənizi hövzəsi ölkələrinin istehsalında, habelə Afrikanın kənd təsərrüfatının kommer-siya sahələrində qadın fəhlə qüvvəsinin geniş iştirakına səbəb olub;

- lakin əmək şəraiti minimum standartlara uyğun gəlmir, iqtisadi və sosial inkişafın imkanları isə heç də aydın deyil;

- beynəlxalq ticarət sazişləri gender cəhətdən neytral deyildirlər. Onlar bir qayda olaraq, milli sənayenin ixraca yönəlmiş və digər sahələri arasında olan gender fərqini kifayət qədər nəzərə almır. Məsələn, inkişafda olan ölkələrdə geyim və tekstilin xaricdən idxalına məhdudiyyət götürülərsə, bu yerli malların rəqabət gücünü azaldır, nəticədə idxal daha ucuz başa gəlir. «Ticarətsiz» sahələrdə çalışan qadınlar ucun isə bu rəqabət çox çətindir. İş yerini itirmək qorxusu onlar ucun çox yüksəkdir;

- tariflərin azaldılması və bəzi lisenziya qadağalarının götürülməsi nəticəsində büdcənin gəlir hissəsinin ixtisarı dövlət büdcəsi üzrə sosial sahəyə və yoxsullara yardım ucun ayırmaların ixtisarına səbəb olur;

- ticarətin liberallaşdırılması əmək qanunvericiliyinə, sosial sığortaya və xarici investisiyalara və ticarət partnyorlarına əlverişli şərait yaratmaq məqsədi ilə sosial siyasətin islahatına təsir göstərir, onlarda dəyişikliklər edilməsini tələb edir.



Yüklə 231,28 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin