Çay
|
Buğda
|
1.Şri-Lanka
|
5
|
5
|
2. ABŞ
|
10
|
12,5
|
Cəmi:
|
15
|
17,5
|
Şri-Lanka qarşısında ABŞ çay və buğda istehsalında üstünlüyə malikdir. Lakin bununla yanaşı, ABŞ-da buğda istehsalında nisbi üstünlük mövcuddur. Bu onunla bağlıdır ki, çayla müqayisədə buğda istehsalı üzrə üstünlüklər nisbətən yüksəkdir.
Göründüyü kimi, onlar bütövlükdə 17,5 ton buğda istehsal edə bilər. Bu məqsədlə buğda istehsalının hamısı ABŞ-da təşkil olunardısa, onda bu ölkə 70 ədəd resurs (17,5X4) istifadə edər. Yerdə qalan 30 ədəd resursu isə 6 ton çayın istehsalına (30/5) yönəltmək mümkündür.
Yox, əgər çay istehsalının hamısı Şri-Lankada təşkil olunardısa, onda bütün resurslardan istifadə etməklə 10 ton çay istehsal edə bilər.
Belə olan halda hər iki ölkədə buğda istehsalının birlikdə həcmi 17,5 ton olacaq, çay istehsalı isə 15 tondan 16 tonadək ( 6 ton ABŞ çayı + 10 ton Şri-Lanka çayı) yüksələcək.
Bu hesablamanı əksinə aparmaq da olar, onda çay istehsalını dəyişməz saxlayıb, bütün resursları buğda istehsalına yönəltmək lazımdır.
Mahiyyətinə görə ticarət əməliyyatları iki qrupa ayrılır: əsas və əlavə əməliyyatlar.
Əsas əməliyyatlara bilavasitə həmin əməliyyatların iştirakçıları (müxtəlif ölkələrin kontragentləri) arasında qarşılıqlı ödəniş şərtilə ticarət əməliyyatlarının həyata keçirilməsi, əlavə əməliyyatlara isə malların (yükün) satıcıdan alıcıya yeridişilə bağlı ticarət əməliyyatları aiddir.
Əsas ticarət əməliyyatları aşağıdakılardır:
malların mübadiləsi (alqı-satqı) üzrə ticarət əməliyyatları (idxalat və ixracat);
patent, lisenziya və Nou-hau formasında elmi-texniki biliklərin mübadiləsi;
icarə üzrə ticarət əməliyyatları;
beynəlxalq informasiyalar və idarəetmənin təkmilləşdirilməsi sahəsində məsləhət xidmətləri üzrə ticarət əməliyyatları;
kino-filmlərin, teleproqramların mübadiləsi üzrə əməliyyatlar.
Əlavə ticarət əməliyyatları aşağıdakılardır (bu əməliyyatlar beynəlxalq mal dövriyyəsini təmin edir və “mal yeridilişi əməliyyatları” adını alıbdır):
beynəlxalq yüklərin daşınması əməliyyatları;
nəqliyyat-ekspeditor əməliyyatları;
beynəlxalq yükdaşıma prosesində malların qorunması üzrə əməliyyatlar;
yüklərin sığortası əməliyyatları;
beynəlxalq hesablaşmaların aparılması üzrə əməliyyatlar.
Beynəlxalq ticarət, onun mahiyyəti və əhəmiyyəti.
Beynəlxalq ticarət əmtəə və xidmətlərin beynəlxalq sərhədləri keçməklə mübadiləsidir. Əksər ölkələrdə beynəlxalq ticarət ÜDM-nin mühüm hissəsini təşkil edir. Baxmayaraq ki, beynəlxalq ticarət qədim tarixə malikdir (İpək Yolu, Ənbər yolu və s.), onun iqtisadi, sosial və siyasi əhəmiyyəti indiki əsrlərdə hədsiz artmışdır. Sənayeləşmə, inkişaf etmiş nəqliyyat, qloballaşma, transmilli korporasiyalar və autsorsinq texnologiyaları beynəlxalq ticarət sisteminə təsir göstərən başlıca amillər olmuşdur. Artan beynəlxalq ticarət qloballaşma ilə xüsusi vüsət almışdır. Bu gün beynəlxalq ticarət dünya gücü olan ölkələr ucun başlıca iqtisadi gəlir mənbəyidir. Beynəlxalq ticarət olmasaydı ölkələr öz istehsallarını milli sərhədləri ilə məhdudlaşdırardılar. Beynəlxalq ticarət həmçinin iqtisad elminin bir sahəsi olmaqla, beynəlxalq maliyyə ilə birlikdə beynəlxalq iqtisadiyyat adlı daha geniş sahəni formalaşdırır.
Müasir dünya ticarətini artıran amillər:
1. Texnologiyanın nəqliyyat xərclərini azaltması;
2. Ticarət siyasətinin dünya miqyasında liberallaşması;
3. İstehsalın beynəlxalq səviyyədə kooperasiyalaşması prosesi (autsorsinq,
vertikal ixtisaslaşma və s.)
Ticarət ölkələrə müxtəlif yollarla fayda gətirir, ancaq eyni zamanda ölkədaxili bəzi qruplara ziyan da verir:
Dostları ilə paylaş: |