Bakı Dövlət Universiteti Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsi GİT ixtisası əyani şöbəsi 2-ci kurs tələbəsi


Beynəlxalq ticarət sövdələşmələri: anlayışı, məzmunu, mahiyyəti



Yüklə 231,28 Kb.
səhifə9/16
tarix05.01.2022
ölçüsü231,28 Kb.
#111172
1   ...   5   6   7   8   9   10   11   12   ...   16
Beynəlxalq ticarət sövdələşmələri: anlayışı, məzmunu, mahiyyəti

Ticarət sövdələşmələri hər bir ölkənin iqtisadi siyasətinin vacib tərkib hissəsidir. Beynəlxalq ticarət sövdələşmələri dedikdə, müxtəlif ölkələrin iki və bir neçə tərəfləri arasında kəmiyyəti və keyfiyyəti müəyyənləşdirilmiş mal vahidləri, yaxud xidmətlər üzrə müqavilələrin (sazişlərin) bağlanması nəzərdə tutulur. Həmin müqavilə və sazişlərin beynəlxalq xarakteri subyektlərin, yəni tərəflərin müxtəlif ölkələrdə olmasından irəli gəlir. Tərəflər müxtəlif dövlətlərə məxsus olsalar da belə, əgər onların müəssisələri (firmaları) bir dövlətin ərazisində yerləşibsə, onda bağlanılan müqavilə beynəlxalq hesab olunacaq. Eyni zamanda, müqavilə həm də bu zaman beynəlxalq müqavilə kimi tanınar ki, əgər o, yəni müqavilə bir dövlətin daxilində fəaliyyət göstərən iki və daha çox xarici tərəflər arasında bağlanılsın, onların ticarət müəssisələri, firmaları isə xarici ölkələrdə yerləşmiş olsun. Müqavilənin bu cür təsviri BMT-nin beynəlxalq alqı-satqı barəsindəki konvensiyasında verilmişdir (Vyana Konvensiyası 1980-ci il). 1985-ci ildə isə bu, yenidən Haaqa Konvensiyasında şərh edilmişdir.

Ticarət sövdələşmələrində tərəflər sahibkarların xüsusi kateqoriyalarına aid edilir və tacir adlanırlar. Onların fəaliyyətləri çox hallarda xüsusi qaydaya tabe etdirilir. Qeyd etmək lazımdır ki, bu qayda sazişlərin bağlanmasında formalizmi (rəsmiyyətçiliyi) ləngidir, işgüzar yanaşmanı tələb edir.

Beynəlxalq ticarət fəaliyyəti təcrübəsində də milli ticarətdə olduğu kimi, mal vahidi dedikdə bir növ malın ayrı-ayrılıqda miqdarı (sayı) başa düşülür. Mal dəsti (mal partiyası) isə bir məntəqədən, məmləkətdən (malgöndərəndən) digər məntəqəyə (mal alana) daşınması nəzərdə tutulan bir və yaxud bir neçə mal vahidlərinin məcmu miqdarıdır.


Beynəlxalq ticarət sövdələşmələrinin xarakterik cəhətləri

Müasir şəraitdə beynəlxalq ticarət sövdələşmələrinin xüsusi cəhəti bundan ibarətdir ki, bu sövdələşmələr beynəlxalq maddi istehsal və elmi-texniki əməkdaşlıqdan yaranmış əlaqələri əks etdirir. Bu əlaqələr aşağıdakı mühüm cəhətlərlə xarakterizə olunur:



  1. Beynəlxalq mal dövriyyəsinə daxil olan məhsulların siyahısının (nomenklaturanın) əhəmiyyətli dərəcədə genişləndirilməsi, dəyişdirilməsi və çeşidinin yaxşılaşdırılması.

  2. Bütövlükdə müəssisələrdə dəst avadanlıq göndərmək (satmaq) üçün sazişin kompleks xarakteri. Bu cür sazişlərdə maşın, avadanlıq, material və xidmətlər dəsti nəzərdə tutulur. Həmin xidmətlər isə mühəndis işlərindən, infrastrukturun inkişafına dair xidmətlərdən və s. ibarətdir.

  3. Sövdələşmələrin miqyasının artması. Burada ayrı-ayrı mallar üzrə alqı-satqı miqyasında deyil, iqtisadi əməkdaşlıq üzrə iri həcmli sövdələşmələrdən (sazişlərdən) söhbət gedir.

  4. Müəssisənin tikilməsi üzrə bütün kompleks işlərin - layihə sənədlərindən tutmuş, müəssisənin işə salınması üçün layihələşdirilən bütün göstəricilərə nail olunanadək öhdəliklərin satıcı tərəfindən öz üzərinə götürməsi praktikasının genişləndirilməsi.

  5. Konsorsiumlar yaratmaq yolu ilə müxtəlif ölkələrin şirkətləri tərəfindən birgə irimiqyaslı razılaşmaların həyata keçirilməsi. Bu halda sazişin bağlanmasında əsas tərəf kimi aparıcı şirkət çıxış edir.

Beynəlxalq ticarət sövdələşmələrinin mühüm cəhəti həm də onların məqsədyönlü olmasıdır. Məqsədyönlü fəaliyyət həm milli, həm də xarici konkret istehlakçıya yön tutması deməkdir. Bu istehsalçıya onun vasitəçi xidmətindən istifadə etmədiyinə görə adətən malın göndərilməsi dəyərindən 30%-dək qənaət verir. Həm də müəyyən bir konkret istehlakçıya yöntutma istehsalçının xammal, materiallar, komponentlər göndərənlərlə bilavasitə və uzunmüddətli əlaqələrlə olmasına şərait yaradır ki, bu da vaxtlı-vaxtında lazımi məhsulların istehsalını təmin etsin.

Müasir şəraitdə beynəlxalq əlaqələrin aşağıdakı formaları geniş yayılmışdır: birgə elmi fəaliyyət; istehlakçılara texniki məsləhət; yeni məmulatların nümunələrinin hazırlanıb işə salınması proseslərində təşəbbüskar sifətində sifarişçilərin iştirakı və i.a.


Yüklə 231,28 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin