Bakı Dövlət Universiteti Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsi GİT ixtisası əyani şöbəsi 2-ci kurs tələbəsi


Xarici ticarət əlaqələrinin nəzəri əsasları və mahiyyəti



Yüklə 231,28 Kb.
səhifə11/16
tarix05.01.2022
ölçüsü231,28 Kb.
#111172
1   ...   8   9   10   11   12   13   14   15   16
Xarici ticarət əlaqələrinin nəzəri əsasları və mahiyyəti

Heç bir dövlət xarici aləmdən təcrid olunmuş halda uzunmüddətli və davamlı iqtisadi inkişafa nail ola bilməz. Çünki onların hər biri dünya təsərrüfat əlaqələri sisteminin ayrılmaz tərkib hissələridir və dünya təsərrüfat əlaqələri sistemi dövlətlərin qarşılıqlı asılılıq və əlaqələrin daima mövcudluğunu tələb edir. Dövlətlər  istəsələr də,  istəməsələr də digər dövlətlər ilə xarici iqtisadi əlaqələr qurmalıdırlar. Xarici iqtisadi əlaqələr özünü daha çox ən qədim forması olan xarici ticarət əlaqələrində əks etdirir. Xarici ticarət əlaqələrinin səmərəli şəkildə həyata keçməsi üçün isə dövlətlər düzgün xarici ticarət siyasəti həyata keçirməlidirlər. Xarici ticarət siyasəti dedikdə, isə dövlətin digər dövlətlər ilə olan ticarət əlaqələrinə məqsədyönlü təsiri başa düşülür. Xarici ticarət siyasəti daxili bazarın müdafiəsinə, eləcə də yerli istehsalçılar üçün həm xarici bazarlarda, həm də daxildə əlverişli şərait yaradılmasına, xarici ticarətin həmçinin artımının stimullaşdırılmasına və digər səylərə yönəldilmiş tədbirlər sistemindən ibarətdir. Xarici iqtisadi siyasətin  bir hissəsini təşkil edən xarici ticarət siyasəti ölkənin beynəlxalq əmək bölgüsünə cəlb olunmasının səviyyəsində və üsulunda, idxal və ixracın həcmində, həmçinin idxal və ixrac qiymətlərinin səviyyəsində dövlətə daha çox fayda verə biləcək dəyişikliklərə nail olması, ölkənin lazımi ehtiyatlarla təmin olunması və digər məqsədləri. Xarici ticarətin dövlət tənzimlənməsi əsasən birtərəfli (yəni, dövlətlərin xarici ticarət əlaqələri, dövlətlərin ticarət əlaqələri qurduğu dövlətlər ilə əlaqələri dövlətlər ilə razılaşdırmadan həyata keçirilən tənzimləmə), ikitərəfli (iqtisadi əməkdaş olan iki ölkə arasındakı razılaşmalara uyğun baş verən tənzimləmə) və çoxcəhətli (çoxtərəfli razılaşmalara əsasən həyata keçirilən tənzimləmə) qaydada həyata keçirilir. Ölkənin beynəlxalq ticarətə cəlb olunması milli iqtisadiyyat üçün önəmli olduğuna görə xarici iqtisadi əlaqələrin, xarici ticarətin də böyük əhəmiyyəti vardır.

Xarici ticarətin mənasını anlamaq, onun məqsədlərini formalaşdırmaq səyləri ilk dəfə merkantilizm cərəyanının tərəfdarlarının təlimlərində öz əksini tapmışdır. Ölkənin sərvətini onun malik olduğu qızıl və digər qiymətli metallarda görən merkantilistlər xarici ticarətin də öz məqsədini qızıl və digər qiymətli metalları artırmağa yönəltməli olduğunu iddia edirdilər. Bu yanaşma beynəlxalq ticarəti çətinləşdirdiyinə görə tezliklə öz yerini kapitalizmin inkişafına təkan verən azad ticarətə verdi. Lakin, indinin özündə də bir çox dövlətlərin xarici ticarətlərində merkantilist yönümlər nəzərə çarpmaqdadır (Məsələn: aktiv ticarət balansı, müxtəlif tarif və baryerlər, digər proteksionist tədbirlər və s. həyata keçirilir).

Müxtəlif ölkələrdə merkantilizm cərəyanı müxtəlif cür inkişaf etmiş və özünə məxsus yer tutmuşdur. Fransız merkantilizmi isə feodal üsul-idarəsi ilə daha sıx bağlı cərəyan idi. Hələ XVIII əsrin axırlarına qədər Fransada feodalizm, aqrar münasibətləri qalırdı, hökumət isə kəndliləri ağır vergilər altında sıxırdı. Ölkə iqtisadiyyatının ən ziddiyyətli sahəsi kənd təsərrüfatı idi. Belə bir şəraitdə merkantilistlər ilə ideoloji mübarizənin nəticəsi kimi fizeokratizm iqtisadi cərəyanı yarandı. Fizeokratların iqtisadi təliminin tədqiqat obyekti kimi kənd təsərrüfatı çıxış etdiyinə görə, onlar bütün diqqəti bu sahəyə yönəltmiş və kənd təsərrüfatını ölkədə sərvət yarada biləcək ən başlıca səbəb kimi izah edirdilər. Bu iqtisadi cərəyanın banisi olan Fransua Kene tənqidinə əsaslandığı merkantilistlərdən fərqli olaraq pulu qeyri-faydalı sərvət adlandırmışdır. Onun fikrincə pul, mübadilədə bir vasitəçidir və pul sərvətin  istehsalına kömək etmir, sərvətin mənbəyi və ölkənin varlanmağının açarı isə maddi istehsal (yəni, kənd təsərrüfatı) idi.

Xarici ticarət əlaqələrinin inkişafının vacibliyinə klassik siyasi iqtisad adlandırılan iqtisadi fikirlər sisteminin banisi olan Adam Smit də böyük diqqət yetirmişdir. O, qeyd edirdi ki, əmtəələr ilə sərbəst mübadilə milli sərvətin yaradılmasında ölkənin bütün potensialını səfərbər etməyə imkan  verir. A.Smit ölkənin mübadilədən mütləq üstünlük əldə etməsi fikrinə əsaslanaraq hesab edirdi ki, mübadilə bütün ölkələr üçün səmərəlidir. Klassik siyasi iqtisad elminin yaradıcısı yazırdı: “hər bir dərrakəli ailə başçısının səlahiyyəti ondan ibarətdir ki, bazardan alınması hazırlanmasından daha ucuz başa gələ bilən əşyanı düzəltməyə çalışmasın”.

Klassik siyasi iqtisadın inkişafında həlledici rola malik olan David Rikardo A.Smitin mövqeyini düzgün mövqe hesab edərək onun apardığı təhlili başa çatdırdı. Müqayisəli üstünlüklər nəzəriyyəsinin banisi D.Rikardonun iqtisadi təlimləri öz əksini 1817-ci ildə yazdığı “Vergiqoymanın və siyasi iqtisadın əsasları” əsərində tapmışdır. Bu əsərdə o, iki ölkə arasında baş verən mübadilənin hansı şərtlər daxilində mümkün və arzuolunan olmasından danışır və beynəlxalq ixtisaslaşmanın əsas meyarlarını ayırırdı. O, belə bir nəticəyə gəlirdi ki, əməyin istifadəsinin optimallaşdırılması üçün xarici iqtisadi əlaqələrin inkişafının olduqca önəmliliyidir.

Bu nəzəriyyənin davamçılarından biri də C.S.Mill olmuşdur. 1848-ci ildə qələmə aldığı “Siyasi iqtisadın əsasları” əsərində Mill ölkələr arasında mübadilələrin hansı qiymət səviyyəsində həyata keçirilməsinin məqsədəuyğun olmasını göstərirdi. Bununla belə qeyd edirdi ki, mübadilə qiymətləri tələb və təklif qanunu əsasında elə formalaşırlar ki, hər bir dövlət üçün məcmu ixracat onun məcmu idxalatını qapamağa imkan versin. O, beynəlxalq ticarətin müxtəlif ölkələr üçün hansı üstünlüyə malik olmasını qeyd edirdi.

Öz iqtisadi təlimini üstünlüklər nəzəriyyəsinin tənqidi üzərində qurmuş fransız iqtisadçısı J.B.Sey bazarların, qiymətqoymanın, daxili və xarici ticarətin azadlıq prinsiplərini və azad rəqabəti müdafiə edirdi. Proteksionizmin isə istənilən bir təzahür formasının yolverilməz olduğunu vurğulayırdı. İstehsal amilləri nəzəriyyəsinin banisi J.B.Sey istehsal amillərinin öz bazar qiymətləri ilə (əmək haqqı, faiz və torpaq rentası) istehsal amillərini formalaşdırdığından və istehsal amillərini qiymətləndirməyə imkan verdiyindən danışaraq, qeyd edirdi: Məhsullar məhsullar üçün ödənilir. J.B.Sey istehsal amili deyəndə yalnız əmək, torpaq və kapitalı nəzərdə tuturdu.

XIX əsrdəki təhlil hər hansı bir ölkənin bu və ya digər əmtəəyə nisbətən üstünlükdə olmasını nəzərdə tutan müqayisəli üstünlüklər nəzəriyyəsinin kökünü, başlanğıcını izah edə bilmədi. XX əsrin əvvəllərində isə, əsasını J.B.Sey XIX əsrdə qoyduğu, istehsal amilləri nəzəriyyəsinin davamçısı olan Eli Hekşer və Bertil Olinin işləri bu barədə dönüş yaratdı. Beynəlxalq ticarətin neoklassik modelinin əsasını qoyan bu iqtisadçılar müqayisəli üstünlüklərin kökündə müxtəlif ölkələrin istehsal amilləri ilə müxtəlif səviyyələrdə təmin olunmaları dayanır. Ölkənin malik olduğu müqayisəli üstünlük istehsal amilləri, onların uyğunluğu və qarşılıqlı asılılığı ilə bağlıdır. Onlar istehsal amillərinin ölkələr arasında qeyri-bərabər paylanmasının ölkənin müqayisəli üstünlüyünün daha çox asılı olduğu əmtəələrin qiymətləri arasında uyğunsuzluq yaratdığını qeyd edirdilər. E.Hekşer 1919-cu ildə təyin etmişdi ki, beynəlxalq mübadilə istehsal amillərindən irəli gələn bir prosesdir. Hekşer qeyd edirdi ki, hər bir ölkə istehsalında istifadə etdiyi istehsal amillərinə daha çox malik olduğu məhsul üzrə ixtisaslaşır. 1933-cü ildə isə İsveç iqtisadçısı Bertil Olin  həmvətəni E.Hekşerin apardığı istehsal amillərlə bağlı olan bu təhlili davam etdirərək, dəqiqləşdirdi: beynəlxalq mübadilə uzunmüddətli perspektiv ərzində istehsalın qiymət amillərinin bərabərləşməsi tendensiyasını yaradır. B.Olin xarici ticarəti daha geniş şəraitdə izah etməyə çalışırdı. O, Smit və Rikardo kimi xarici  ticarətə iki ölkə timsalında deyil, iki region timsalında baxırdı. Müxtəlif cür istehsal amillərinə malik olan hər bir region istehsalı əmək ilə deyil, məhz pul ilə ifadədə ucuz başa gələ bilən məhsullar üzrə, onların istehsalı üzrə ixtisaslaşır. Və həmin regionun ixracatında belə məhsullar çoxluq təşkil edir. B.Olinin nəzərdən keçirdiyi bu şərait xarici ticari əlaqələrə diqqət yetirmək üçün daha geniş baxış bucağını yaradır.

Daha sonralar Hekşer-Olin nəzəriyyəsi dəyişikliklərə uğradı və daha da dəqiqləşdirildi. Bu nəzəriyyənin inkişafında Pol A.Samuelsonun rolu daha böyük oldu. Samuelsona görə azad ticarət əmtəələrə olan mütləq və nisbi qiymətləri bərabərləşdirir. Həmçinin istehsal amillərinin də qiymətlərin bərabərləşməsinə gətirib çıxarır. Bu dəqiqləşdirməni amerikan iqtisadçısı Pol A.Samuelson 1948-ci ildə müəyyən etmişdi. Və biz üç dahi iqtisadçının (E.Hekşer, B.Olin, P.A.Samuelson) adı ilə bağlı olan HOS teoremini bu cür deyə bilərik: istehsal amillərinin eynicinsli olduğu, mükəmməl rəqabət və əmtəələrin hərəkətliliyi şəraitində beynəlxalq mübadilə istehsal amillərinə olan qiyməti bərabərləşdirir.

Müqayisəli üstünlüklər nəzəriyyəsində istehsal amillərindən yalnız əmək (ölkələr arasında deyil) ölkə daxilində müxtəlif istehsal sahələri arasında hərəkət etmək imkanlarına malik olan amil kimi qeyd edilir. İstehsal amillərinin uyğunluğu nəzəriyyəsində həm əmək, həm də kapital bu cür (yəni, sahələr arasında hərəkət edən) hesab olunur. Göründüyü kimi, istehsal amillərinin hamısı tam hərəkətliliyə malik deyildirlər. İstehsal amillərinin bəziləri adətən müəyyən bir sahələr üçün xarakter olur, bəziləri isə tam hərəkətliliyə malik olurlar. Bu cür şəraitdə xarici ticarətin necə inkişaf etməsi xüsusi istehsal amilləri nəzəriyyəsində önə çəkilmiş və tədqiq edilmişdir. Xüsusi (spesifik) istehsal amilləri nəzəriyyəsinin yaradıcıları P.Samuelson və R.Conson olmuşlar. Onların fikrincə ölkələr xüsusi istehsal amilləri ilə eyni səviyyədə təmin olunmadığına görə əmtəələrin nisbi qiymətlərində də mövcud ola bilər. Elə beynəlxalq ticarətində əsasında bu dayanır. Həmçinin istehsal sahələrinə xas olan istehsal amilləri inkişaf edir, amma idxal sahələri ilə rəqabət apara bilən sahələrin spesifik amilləri azalır.

İstehsal amillərinin uyğunluğu nəzəriyyəsi hamı tərəfindən qəbul olunan və neoklassik nəzəriyyələrin ən geniş yayılmışlarındandır. Buna görə də haqqında danışılan nəzəriyyə dəfələrlə yoxlanılmış, araşdırılmış və statistika məlumatlarına əsasən təhlil olunmuşdur.

Bu cür təhlillər içərisində amerikan iqtisadçısı Vasili Leontyev tərəfindən aparılan təhlil daha nəzərə çarpandır. V.Leontyev ABŞ xarici ticarətini 1947, 1951 və 1967-ci illər üzrə təhlil edərək Hekşer-Olin nəzəriyyəsinin heç də həmişə doğru olmadığını müəyyən etmişdi. Belə ki, Hekşer-Olin nəzəriyyəsinə əsasən nisbətən baha işçi qüvvəsinə və nisbətən ucuz kapitala (kapital tutumlu sahələrə) malik olan ABŞ-ın idxalı əməktutumlu əmtəələrə əsaslanmalı, ixracını isə kapital tutumlu əmtəələr təşkil etməlidir. Lakin reallıqda bu heç də bu cür deyildir. Tamamilə əksinədir. ABŞ-ın ixracatı əməktutumlu, idxalatı isə kapital tutumlu əmtəələrə əsaslanır. Müəyyən olunan bu təzad «Leontyev paradoksu» adlanır. V.Leontyev bu təzadı izah edərkən belə bir fikrə əsaslanmışdır: kapitalın həcminin istənilən nisbətində ABŞ əməyinin bir adam-ili xarici əməyin üç adam-ilinə bərabərdir. Bu da ABŞ işçi qüvvəsinin  əmək məhsuldarlığının yüksək (ABŞ işçi qüvvəsinin yüksək ixtisaslı) olması ilə izah edilir. Xüsusi istehsal amilləri nəzəriyyəsi bəzi üstünlükləri ilə yanaşı öz çatışmazlıqları ilə də seçilir. İstehsal amillərinin uyğunluğu nəzəriyyəsindən xüsusi bir hal olaraq çıxan bu nəzəriyyə əmtəələrin qiymətinin artması və ya azalması şəraitində həmin əmtəənin istehsalı üçün daha çox istifadə olunan istehsal amillərinin qiymətlərinin necə dəyişəcəyinin  tədqiqinə fikir verməmişdir. Göstərilən nəzəriyyənin bir mənfi cəhəti də var idi: istehsal amillərindən birinin təklifinin artmasının həmin amilin daha az istifadə olunduğu istehsal sahəsinin həcminə təsiri ilə bağlı vəziyyətə diqqət yetirmirdi.   

Lakin sadalanan bu iki problem və digər məsələlər ilə sonrakı nəzəriyyələr məşğul olmağa başladı. Xüsusi istehsal amilləri nəzəriyyəsinin inkişafında, təkmilləşməsində böyük rol oynayan nəzəri konsepsiyalar üzərində məhz yuxarıda qeyd olunan iki problem ilə məşğul olan nəzəriyyələr Stolper-Samuelson və T.Rıbçinskinin nəzəriyyəsidir.

Birinci nəzəriyyə (Stolper-Samuelson nəzəriyyəsi) əmtəələrin qiymət dəyişikliyinin istehsal amillərinin qiymətinə təsiri nəzəriyyəsidir. Bu nəzəriyyənin yaradıcıları olan P.Samuelson və V.Stolper öz nəzəri konseptual baxışlarında beynəlxalq ticarətin inkişafının hər hansı bir əmtəənin istehsalında daha çox istifadə olunan istehsal amilinə malik olan şəxsin gəlirlərinin həmin əmtəənin qiyməti artdıqca artmasına gətirib çıxardığını və əksinə də olduğunu (əmtəənin qiyməti azaldıqca həmin şəxsin gəlirlərinin  azaldığının doğruluğunu) vurğulayırdılar.

İngilis iqtisadçısı T.Rıbçinskinin nəzəriyyəsi isə istehsal amillərinin artımının istehsalın həcminin artımına təsiri nəzəriyyəsi idi. O, öz tədqiqatlarından belə bir nəticə çıxarırdı ki, bir istehsal sahəsinin istehsal amillərinin artımı digər istehsal sahəsindəki amillərin azalması ilə qarşılıqlı şəkildə əlaqədardır. T.Rıbçinski istehsal amillərindən birinin təklifi artdıqca bu amillərdən istifadə olunan istehsal sahəsinin gəlirlərinin və istehsalının artmasına gətirib çıxarmasından da, söhbət açırdı. Göründüyü kimi bu nəzəriyyələr beynəlxalq iqtisadi münasibətlər sistemində vacib əhəmiyyətə malik olan beynəlxalq ticarəti daha çox istehsal, istehsal amillərini və təklifi öyrənərək nəzərdən keçirmiş və aydınlaşdırmağa çalışmışdır.

Haqqında danışacağımız növbəti nəzəri konseptual baxış isə İsveç iqtisadçısı S.Linderə məxsusdur. Özündən əvvəlki iqtisadçılardan fərqli olaraq S.Linder beynəlxalq ticarəti tələb amilindən istifadə edərək izah etməyə çalışır. Linderin bu nəzəriyyəsi kəsilməz tələb nəzəriyyəsi adlandırılmışdır. Onun nəzəri baxışları öz əksini «An Essay on Trade and Transformation» kitabında tapmışdır. Linderə görə ölkə ixracatının səviyyəsi digər idxalçı ölkədəki tələbdən asılıdır. İdxalçı ölkədə ixracatçı ölkənin  əmtəəsinə olan tələb nə qədər çox olacaqsa aydın məsələdir ki, ixracatçı ölkə də həmin əmtəədən o qədər çox ixrac edəcəkdir. Ancaq, ixracatçı ölkə əvvəl daxili bazarı təmin etməli, sonra isə həmin əmtəəni ixrac etməlidir. İxrac olunan əmtəə ixrac edildiyi ölkənin tələbatına uyğun gəldikdə daha yaxşı reallaşdırılır.

Linderin nəzəriyyəsindən sonra gələn beynəlxalq ticarət nəzəriyyələri özündə elm və texnikanın inkişafı ilə bağlı yanaşmaları cəmləşdirən müasir nəzəriyyələrdir. Yeni texnologiyalardan istifadə milli iqtisadiyyatın güclənməsinə gətirib çıxarır, bu da dövlətin xarici iqtisadi fəaliyyətini, bununla yanaşı xarici ticarət əlaqələrini inkişaf etdirir, onların dinamikasında, quruluşunda, həcmində dövlət üçün səmərəli olan dəyişikliklər yaradır.

ABŞ iqtisadçısı Con Hiks isə texnoloji tərəqqinin təsnifatını aparmışdır.  Bu təsnifatda  amerikan iqtisadçısı əmək və  kapitalın texnoloji yenilikləri arasındakı uyğunluğu  əldə əsas götürmüşdür. C.Hiks texnoloji tərəqqinin bu növlərini qeyd  etmişdir:


  • Neytral texnoloji tərəqqi istehsal amillərinin daimi uyğunluğu   kapital və  əməyin  məhsuldarlığının  getdikcə artması ilə müşayiət olunur.

  • Kapital qoruyan texnoloji tərəqqi və əmək qoruyan texnoloji tərəqqi zamanı əmək və kapital amillər arasındakı uyğunluqda dəyişmələr baş verir. Kapital qoruyan texnoloji tərəqqidə hər hansı  məhsul vahidində kapitalın həcmi əməyin həcminə nisbətən azalır və nəticədə əmək vahidinə  daha az həcmdə kapital düşür.

  • Əmək qoruyan texnoloji tərəqqidə isə tamamilə əksinə olur, yəni, əmtəə istehsalında kapitalın həcmi ilə əmək məhsuldarlığı arasında fərqlər kapital amilinin xeyrinə olur.

Texnoloji inkişaf barədə digər bir nəzəriyyə isə Poznerin nəzəriyyəsidir. M.Poznerin nəzəriyyəsinin əsası bu cürdür: texnologiyanın yeni eyni nailiyyətləri müxtəlif ölkələrdə heç də, həmişə eyni zamanda tətbiq olunmur, belə ki, yeni texnologiyanın bir ölkədən digərinə keçməsi üçün müəyyən bir müddət lazım gəlir. Buna görə də, ölkələrdən biri texnikanın yeni nailiyyətlərinin  vasitəsilə istehsalı səmərəliləşdirib gəlirlərini artırdığı halda, digər bir ölkədə isə ən yaxşı halda bu yenilik barədə yalnız hər hansı bir məlumat olur. İkinci ölkədə isə bu texnoloji yenilikdən bir neçə müddət keçdikdən sonra (bəzən isə bu yenilik ən təzələri ilə əvəz olunana yaxın) istifadə edirlər. Bizim göstərdiyimiz birinci misaldakı ölkədə həmin texnoloji nailiyyətin ilk tətbiq olunma anı ilə ikinci ölkədə bu nailiyyətin istehsalda ilk tətbiq olunma anı arasında qalan vaxt «imitasiya kəsiyi» adlanır. Nəzəriyyənin adı da, buna uyğun olaraq «imitasiya kəsiyi» konsepsiyası nəzəriyyəsi adlandırılmışdır.

Beynəlxalq ticarət nəzəriyyələri içərisində birbaşa olaraq klassik nəzəriyyələr ilə bağlı olmayan, lakin, dolayı yolla onlarla bağlı olan konsepsiyalar da vardır. Bunlardan daha geniş yayılmışı isə müqayisəli üstünlüklər nəzəriyyəsini təkmilləşdirən miqyas effekti nəzəriyyəsidir. Bu nəzəriyyə beynəlxalq ticarətin inhisarçı rəqabət əsasında izahı nəzəriyyəsi də, adlanır. Qeyd edilən nəzəriyyənin əsasını qoyan ABŞ iqtisadçısı Pol Kruqman diqqətini istehsal amilləri ilə eyni səviyyədə təmin olunmuş ölkələr arasında ticarət əlaqələrinin baş vermə şəraitini və səbəblərini tədqiq etmək üzərində cəmləşdirmişdir. İnhisarçı rəqabət çərçivəsində istehsalın miqyasının artmasının nəticəsində hər bir məhsul vahidinə olan istehsal xərcləri azalır, istehsalın səmərəliliyi və gəlirləri artır. Belə ölkələr üçün eynicinsli texnologiyaların istifadə edildiyi lakin, fərqli məhsulların istehsalı üzrə ixtisaslaşma və mübadilə daha sərfəli olur. Misal üçün, avtomobil istehsalçısı olan ölkələr arasında avtomobillərin mübadiləsini qeyd etmək olar. P.Kruqmanın nəzəriyyəsinə daha yaxın bir nəzəriyyə ingilis iqtisadçısı Bela Belassanın sahədaxili beynəlxalq ticarət nəzəriyyəsidir. Bu nəzəriyyədə miqyas effekti ilə yanaşı kənd təsərrüfatı arasında mövsümü fərqlər, istehlakçıların mədəni-psixoloji səviyyəsi və alıcılıq qabiliyyətlərindən formalaşmış tələb amili və digər amillər də, nəzərdən keçirilmişdir.

İstehsal amillərindən səmərəli istifadə məsələsi ilə Maykl Porter ciddi məşğul olmuşdur. ABŞ professorunun rəqabətli üstünlüklər nəzəriyyəsi öz əksini 1990-cı ildə yazdığı «Beynəlxalq rəqabət» kitabında tapmışdır. Bu kitabda o, yüz sahə və yarımsahə və  on ölkəni nəzərdən keçirərək bu sahə və yarımsahələrə aid milli müəssisələrin beynəlxalq rəqabət üstünlüklərini onların fəaliyyət göstərdiyi (makromühitdən) ölkələrin iqtisadi inkişafından asılı olduğunu bildirirdi. Makromühit həm istehsal amilləri, həm daxili bazardakı tələbin xarakteri, həm müxtəlif sahələrin inkişafından və digər amillərdən, həm də dövlətin xarici iqtisadi siyasətindən (hətta ayrı-ayrı şərait və səviyyələrdən) asılı ola bilər.

R.Vernon isə məhsulun həyat tsikli nəzəriyyəsində dövlətin xarici iqtisadi strategiyasının hər hansı bir əmtəənin həyat tsikli ilə  beynəlxalq ticarət arasında qarşılıqlı əlaqə və asılılığa əsaslanmasının vacibliyini anladırdı. Bu nəzəriyyənin tərəfdarları ölkələr arasındakı ticarət əlaqələrini məhsulun həyat tsikli konsepsiyası vasitəsilə  izah etməyə çalışırdılar. Bu nəzəriyyəyə görə məhsulun həyat tsikli onun bazara çıxdığı andan bazardan çıxana qədər keçdiyi dövrdür. Məhsulun həyat tsikli nəzəriyyəsinin əsas tərəfdarları  Vernon, Kindelberger, Uelsə görə əmtəələrin beynəlxalq hərəkəti həyat tsiklinin müxtəlif mərhələlərindən asılıdır. Bu mərhələlərin sayı dörddür:



Tətbiq mərhələsi. Bu mərhələ əmtəənin bazara daxil olmasının  ilk mərhələsidir. Bu mərhələdə əmtəə yalnız ölkə daxilində realizə olunur.

Artım mərhələsi. Məhsulun həyat tsiklinin ikinci mərhələsində əmtəənin daxili bazarda satışının həcmi bununla da həmin əmtəə ölkədən kənara ixrac olunur.

Yetkinlik nəzəriyyəsi. Bu mərhələdə isə əmtəə bir deyil, bir neçə ölkənin ərazisində reallaşdırılır.

Tənəzzül mərhələsi. Bu ən son mərhələdir. Bu mərhələdə əmtəənin bazardan çıxması müşayiət olunur.


BEYNƏLXALQ TİCARƏT NƏZƏRİYYƏLƏRİNİN ZAMAN ARDICILLIĞI

Klassik xarici ticarət nəzəriyyələri



ADAM SMİTİN İQTİSADİ TƏLİMİ




İqtisadiyyatın xüsusiyyətlərinin araşdırılmasının bir elm olaraq ortaya çıxması Adam Smitlə başlayır. A.Smit klassik siyasi iqtisad adlandırılan iqtisadi fikir sisteminin qurucusu olmuş və onun ideyaları zəmanəmizdə də iqtisadi düşüncənin özəyini təşkil edir.

A.Smit özünün iqtisadi sistemini 1767-1776-cı illərdə yazdığı "Xalqların sərvətinin təbiəti və səbəbləri haqqında tədqiqat" adlı əsərində yaratmışdı. Onun bu əsərinin əsas tədqiqat predmeti xalqların sərvəti və onun artırılmasının mənbə və yolları, stimulları və qanunlarıdır. Ona görə də bu əsər "millətlərin zən­ginliyi", "xalqların sərvəti" adları ilə də istifadə edilir. İqtisad tarixində kitabı bu qədər oxunan bir başqa iqtisadçı yoxdur. Məşhur iqtisadçıların söylədiyi kimi A.Smitin bu kitabı "Liberalizmin incili" halına gəlmişdir.


Yüklə 231,28 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin