Sərlövhənin növləri
Bütün bu deyilənləri əsas tutaraq, sərlövhələri uğurlu və uğursuz deyə iki qrupa ayırmaq olar. Əvvəlcə uğurlu hesab etdiyimiz sərlövhələr haqqında: bu cür sərlövhələri onlarda təzahür edən bir sıra ümumi əlamətlərə görə qruplaşdırmaq olar:
1. Atalar sözündən, aforizmlərdən istifadə etməklə düzələn sərlövhələr.
2.Bədii əsərlərin, xüsusilə şeirlərin dildə çox işlənən bir və ya bir neçə misrasından istifadə etməklə düzəldilən sərlövhələr.
3. Mahnı parçalarından istifadə etməklə düzəldilən sərlövhələr.
4.Dildə standart şəkildə işlədilən ifadələrdən istifadə etməklə düzəldilən sərlövhələr.
5. Qafiyələnən sözlərdən istifadə etməklə düzəldilən sərlövhələr.
6. Əsər, bəzən də tamaşa adlarından istifadə etməklə düzəldilən sərkövhələr.
7.Qarşılaşdırılan sözlərdən, antitəzadlardan istifadə etməklə düzəldilən sərlövhələr.
8. Eyni sözün bir neçə dəfə təkrarından istifadə etməklə düzəldilən sərlövhələr.
Sərlövhə məzmunla vəhdət təşkil edir.Burada uydurma və sərbəstliyə yol verilməməlidir. Bir sözlə, yaxşı yazılmış sərlövhə əsl jurnalist məharətinin təzahürüdür. İstər istəməz, sərlövhənin uğuru jurnalistin və qəzetin peşakar olmasından xəbər verir. Bu mənada müasir mətbuatımızda dərc edilən məqalələr kənarda qalmır.Qənimətin Qənimi(13 noyabr2007-ci il.Gün Səhər qəzeti),Ağ və Qara royal(14 dekabr2007-ci il, Ekran Efir qəzeti),Azərbaycanın gələcəyi neçiyədir?(168 saat qəzeti noyabr 2007-ci il),Son mənzilinə yetişən qatarlar(6 noyabr 2007-ci il Gün Səhər qəzeti),İllər görmüşdükmü, bu illər kimi (168saat 2008-ci il), Doğurdan da nə üçün? (30noyabr-2007-ci il,Euro xəbər),Günü-gündən yadlaşan vətən adlı anama(30aprel 2009-cu il, Hüriyyət qəzeti)Günəş salam verir bu, doğma yurda(Yeni Azərbaycan Qəzeti,10 sentyabr 2003-cü il)Yumuram gözlərimi(168saat qəzeti, 2 fevral 2009-cu il),Kəsilən həyatlar(Euro xəbər,5 may 2006-cı il ). Adları sadalanan və bir bu qədərdə qeyd olunmayan sərlövhələr var ki,diqqəti özündə saxlayır müəllifin peşəkarlığından xəbər verir. Sərlövhələrdə istifadə olunan dil, asan, anlaşıqlı və oxunaqlı olmalıdır.Mənasına görə sətirlərə düzgün bölünməlidir. Sərlövhə qəzet materialının tərkib hissəsidir. Təkcə bizdə deyil,xarici qəzetlərdə sərlövhələrin seçilməsinə xususi əhəmiyyət verilir.Sərlövhə yazılan mətnin başlıca fikirini ifadə etsin deyə konkret olmalıdır. Bəzən isə, əksinə nəinki,başlıq hətta orada olan yazı bir-birinin əksinə olub, təzad təşkil edir.Bu günki mətbuatda xüsusilə şou aləmində belə tipli yazılara rast gəlmək olur. Bu gün qəzetlərə baxdıqda atalar sözlərindən, məsəllərdən, ibarət yazıları görürük. Bu yazıların nə qədər təhriflərə uğraması da aydın seçilir.Sarımsaq yeməmisən için niyə göynüyür(Əlillər qəzeti 28 avqust 1998-ci il),Ağası gülüm olanın, başına külüm olsun! (525-ci qəzet 17 may 2003-cü il)Çölüm özgəni yandırır, içim özümü(Respublika gənclər qəzeti),Birlikdə güc doğarBelə sərlövhəli yazıların bir neçəsini redaktə etsək, Ataların sarımsaqyox soğan,ağası yox elçisi,birlikdə güc doğar deyil Güc birlikdədir dediyini görərik.Bununla yanaşı, reklam tipli sərlövhələr də az deyil.Məs:Partiya daxilində mənə qarşı hədsiz hörmət var(525-ci qəzet, 26 noyabr 2006-cı il).
İmkan düşdükcə, əlbəttə ki, məzmuna uyğun şəkildə, şux yumordan, söz oyunundan, ikibaşlı fikirlərdən istifadə etmək lazım gəlir. Amma bu hər vaxt uğurlu alınmır. Məs:Elza Seyidcahanın evdə qalmış qızı üzə çıxdı.(ATVmaqazin jurnalı. 2009 ) sərlövhəsi müxbirin söz oynatması, müsahib Elza xanimın bənzətməsi nəticəsində uğursuz yazı kimi qeydə alınıb. Beləliklə də simvolik sərlövhələri, qəzetdə başlıq kimi vermək oxucunu bir tərəfdən aldatmaq, digər tərəfdən isə auditoriyanın azalmasına səbəb olur. Oxucunun az olması qəzetin tirajını aşağı salır və nəşri zəiflədir.
Bir qədər uğursuz sərlövhələr haqqında məlumat vermək istərdim. Qəzet səhifəsində getmiş uğursuz sərlövhəyə görə müəllifdən çox redaktor günahkardır. Çünki yuxarıda da qeyd etdiyimiz kimi müəllifin seçimi uğursuz ola bilər. Bu uğursuzluğu qəzet səhifəsinə çıxaran redaktorun səhvi isə bağışlanmazdır. Bu gün qəzet səhifələrində qeyri dəqiq, nöqsanlı sərlövhələr az deyil.
Uğursuz sərlövhələrin ümumi əlamətlərinin belə göstərmək olar:
Sərlövhə məzmumnuna uyğun deyil.
Sərlövhələrdə anlaşılmaz sözlərdən və ifadələrdən istifadə edilir.
Sərlövhələrdə nəinki anlaşılmaz ifadələrə, o cümlədən oxucuya aydın olmayan sözlərə belə yol vermək olmaz.
Standart, qəlibə uyğun sərlövhələr qəzet səhifəsində yeknəsəqlik yaradır.
Bəzən orijinallığa meyl də qüsurlu sərlövhələrin alınmasına gətirib çıxarır.
Bəzən jurnalist sensasiya yaratmaq xatirinə etika qaydalarını belə pozur. Bu hal xoşagəlməz sərlövhələrin qəzet səhifələrinə yol yapması kimi nəticələr doğurur.
Məna və üslub cəhətdən qüsurlu sərlövhələr də az deyil.
Bəzən sərlövhələr o qədər uzun olur ki, sonunu oxuyanda əvvəli yaddan çıxır.
Sərlövhələrdə durğu işarələrinə belə diqqət yetirmək lazımdır.
Dostları ilə paylaş: |