Bakı Dövlət Universitetinin Qazax filialı SƏRBƏst iŞ faküLTƏ: Filologiya(Azərbaycan dili,ədəbiyyat) İXTİsas: Tarix müəllimliyi qrup: F1Q-123



Yüklə 0,53 Mb.
səhifə9/13
tarix26.11.2023
ölçüsü0,53 Mb.
#135132
1   ...   5   6   7   8   9   10   11   12   13
Dilçiliyə giriş

Müqayisəli qrammatika. Müxtəlif dillərin qrammatik quruluşunu müqayisə yolu ilə öyrənən dilçilik bölməsidir. «Müqayisəli qrammatika» termini ilk dəfə Fridrix Şlegelin 1808-
сi ildə yazdığı «Hindlilərin dili və müdrikliyi haqqında» əsərində işlənmişdir. Müqayisəli qrammatikanın iki növü vardır: müqayisəli- tarixi müqayisəli- tipoloci qrammatikalar
Nəzəri qrammatika. Dilçilik elminin əldə etdiyi son nailiyyətlər əsasında yazılan və nəzəri сəhətdən zəngin olan qrammatikadır. Nəzəri qrammatikanın tədqiqat obyekti dilçilik elminin 
nəzəri problemləridir.
Qrammatikaya aid hər bir yeni fikir, nəzəriyyə əvvəlсə nəzəri qrammatika baxımından öyrənilir, dilçilərin əksəriyyəti tərəfindən məqbul hesab edildikdən sonra normativ qrammatikaya keçirilir. Məsələn, isimlərdəki hal, mənsubiyyət, şəxs, kəmiyyət kateqoriyaları nəzəri problemlər kimi əvvəlсə tədqiq edilmişdir. Əldə olunmuş nətiсələr dilçilərin əksəriyyəti tərəfindən qəbul olunduqdan sona normativ qrammatikada özünə yer tutmuşdur. Bu сür qanunauyğunluq həm morfoloji, həm də sintaktik kateqoriyaların hər birinə aiddir. Məsələn, sifətlərdə 
dərəсə kateqoriyası, fellərdə zaman kateqoriyası və s.
7.QRAMMATİKANIN NÖVLƏRİ VƏ TƏRKİB HİSSƏLƏRİ
Dil haqqındakı elmin bölmələrindən biri olan qrammatikada sözlərin dəyişməsi və cümlədə birləşməsi qaydaları öyrənilir. Qrammatika iki hissədən ibarətdir: 1) morfologiya, 2) sintaksis. Morfologiya yunanca «morfos» (forma) və «loqos» (bəhs) sözlərinin birləşməsindən əmələ gəlib «sözün formaları haqqında bəhs» mə'nasını bildirir.Morfologiyada nitq hissələri, onların quruluşu və dəyişmə xüsusiyyətləri öyrənilir.
Sintaksis də mənşəcə yunan sözüdür, «tərtib» mə'nasını bildirir. Sintaksis söz birləşmələri, cümlə və onun tərkibini öyrənir.
SÖZÜN TƏRKIBI. Kök və şəkilçi sözün mə'nalı hissələridir. Sözün ayrılıqda işlənə bilən, əsas mə'nanı ifadə edən hissəsinə kök deyilir.
Sözün ayrılıqda işlənə bilməyən, yalnız kökə qoşulduqda müəyyən mə'na daşıyan hissəsinə şəkilçi deyilir.
Əsil Azərbaycan sözlərində, bir qayda olaraq, kök əvvəl, şəkilçi sonra gəlir. Məs: gəmiçi, kitablar, çəmənlik, çəməndə və s. Dilimizdə söz köklərinə əvvəl leksik (sözdüzəldici), sonra isə qrammatik (sözdəyişdirici) şəkilçilər artırılır. Məs: yaz-ı-çı-lar, iş-lə-miş-ik, sağ-ıcı-lar-ın və s.
Bə’zən qrammatik şəkilçi leksik şəkilçidən əvvəl də gələ bilir. Məs: ev-imiz-dəki, bab-m-gil və s.
Azərbaycan dilində eyni zamanda sözlərə bir neçə leksik və qrammatik şəkilçi artırmaq olur. Məs: ək-in-çi-lik-dən, yara-q-lı-lar-ımız, yat-aq-xana-dakı-lar və s.
LEKSIK VƏ QRAMMATIK ŞƏKILÇILƏR. Şəkilçilər iki cür olur: 1) leksik (sözdüzəldici) şəkilçilər, 2) qrammatik (sözdəyişdirici) şəkilçilər. Qoşulduqları söz köklərindən yeni sözlər yaradan şəkilçilər leksik şəkilçilər adlanır. Məs: yaxşı-yaxşılıq, gör-görüş, külək-küləkli və s. Qrammatik şəkilçilər isə sözün ancaq formasını dəyişir və bu şəkilçilər söz birləşmələri və cümlələrdə sözləri bir-birinə bağ-la-mağa xidmət edir. İsimlərdə hal və cəm şəkilçiləri, feillərdə zaman, şəxs şəkilçi-ləri və s. qrammatik şəkilçilərdir. Məs: kitab-kitabcın, kitabcla-r; get-gedir, ged-ir-əm və s. Qeyd: Şəkilçilərin mə'na növləri barədə dərsliyin müvafiq böl--mələrində hər bölməyə uyğun olaraq müfəssəl məlumat veriləcəkdir.
ŞƏKILÇILƏRIN YAZILIŞI. Qrammatik şəkilçilər ahəng qanununa uyğun olaraq həmişə iki və dörd cür yazılırlar. Dilimizdəki qrammatik şəkilçilərin hamısı əsil Azərbaycan şəkilçiləridir. İki cür yazılan şəkilçilərin tərkibində yalnız iki açıq sait işti-rak edir: a, ə. Digər açıq saitlər (e, o,ö) şəkilçilərdə ona görə iştirak etmir ki, əsl Azərbaycan sözlərində həmin səslər (e,o,ö) sözün birinci hecasından sonrakı hecalarda işlənə bilmir. (-lar2, -da2, -da2, -a2 və s.) Qapalı saitlər isə (ı, i, u, ü) sözün bütün hecalarında işləndiyi üçün şəkilçilərin də tərkibində iştirak edir. Buna görə də qapalı saitli şə-kilçilər ahəng qanununun tələbinə uyğun olaraq dörd cür yazılır. –ın4,-dı4, -mış4, -ı4 və s. Leksik şəkilçilər də ahəng qanununa uyğun olaraq iki və dörd cür yazılırlar. Lakin leksik şəkilçilər arasında bir cür yazılanı da var. Bu şəkilçilər başqa dillərdən dilimizə keçmiş, ahəng qanununa tabe olmurlar. Məs: bi-, na-, anti-, –daş, -kar, -baz, -keş, -dar, -gil və s. Azərbaycan dilinin öz şəkilçilərindən fərqli olaraq, alınma şəkilçilər sözlərin əvvəlinə də artırıla bilir. Məs: na-insaf, ba-mə-zə, bi-savad və s.
Qeyd: Sözün kökü saitlə bitərsə, sözə saitlə başlanan şəkilçi artdıqda iki sait arasında n, y, s samitlərindən biri işlənir. Bu samitlər bitişdirici samitlər adlanır. Məs: ata-n-ın, ata-y-a, ata-s-ı və s. Yazıda «n» samitindən, əsasən, sonu saitlə bitən sözlərə ismin yiyəlik, təsirlik hal şəkilçiləri, «y» samitindən yönlük hal şəkilçisi və tale, mənbə, mənafe, mövqe, mənşə sözlərinə mənsubiy-yət şəkilçiləri, «s» samitindən isə sonu saitlə bitən sözlərə III şəxs mənsubiyyət şəkilçisi artırılarkən bitişdirici samit kimi istifadə olunur. Məs: quzu-n-un, quzu-n-u, quzu-y-a, quzu-s-u, tale-y-im, mövqe-y-in, mənafe-y-i və s.

SÖZÜN BAŞLANĞIC FORMASI. Sözün başlanğıc forması onun leksik mə'nasını bildirən hissəsidir. Bütün sözlərdə qrammatik şəkilçiyə qədərki hissə başlanğıc formadır. Məs: yaz-maq, yazı, ya-zı-çı, yazıçılıq, yazıçılıqdan və s. Sözlər bütün lüğətlərdə yalnız başlanğıc formada öz əksini tapır. İsimlərin başlanğıc forması onların heç bir qrammatik şəkilçisi olmayan adlıq hal formasına uyğun gəlir. Məs: gəmiçilikdən, dəmirçinin, kitabda, oxucular və s. Fe'llərin başlanğıc forması onların qrammatik şəkilçiyə qədərki hissəsidir. Məs: gözəlləşir, başladılar, göndərildi və s. Qeyd: Sözlərin quruluşca növü, hansı nitq hissəsinə aid olması onların başlanğıc formasına görə müəyyən olunur.



Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin