Performans idarə edilməsinin həm şirkət həm də işçi üçün əhəmiyyəti vardır:
İşçilər və idarəçilər arasında əlaqələr daha da inkişaf edir.
İşçilər zəif və güclü tərəflərini bilirlər.
Təşkilatda hər şey plana və strategiyaya uyğun gedir.
Təşkilat davamlı inkişaf edir və uğurlu olur.
İşçilər yerinə yetirəcəkləri işlərdə daha məsuliyyətli olur.
Performans idarəetməsindəki təsirli məqamlardan biri də işçilərin müvəffəqiyyəti və yüksək motivasiyası üçün mükafatlandırılması və qiymətləndirilməsidir. Bu o deməkdir ki, yüksək rəhbərlik işçilərinə sahibdir və onları dəstəkləyir. Yüksək göstəriciləri olan işçiləri şirkətin müvəffəqiyyətindəki töhfələrinin nisbətinə görə qiymətləndirmək və onları düzgün mükafatlandırmaq gələcək üçün yüksək performansları üçün motivasiyaedici bir element olacaqdır.
Məsələn bəzi şirkətlərdə nə qədər satış edirsənsə buradan işçilərə faiz verilir.Ona görə satıcı daha çox satış etməyə çalışır. Göstərdiyi işə görə yaradıcı təkliflərə verilən mükafat ,ayın işçisi seçilməsi və s. Bunlar həm işçinin motivasiyasında həm digər işçilərin daha çox çalışmasında həm də şirkətin uğrunda böyük rol oynayır.
Fərqləndirici əmək haqqı sisteminin tətbiq edilməsi.(Əmək haqqı sisteminin idarəsi)
Eyni vəzifədə işləyən 2 işçi - performansı yüksək olan işçiyə daha yüksək maaş verilməsi. İşçilərin maaşı onların həm əhval-ruhiyyəsinə həm də müştərilərlə davranışına təsir göstərir.
İşçi təklifinin az olması. Hər hansı bir işdə işçi çatışmamazlığının olması yada digər işçilərdən xüsusi bilik və bacarıqlarına görə fərqlənməsi bu zamanda işçiyə yüksək maaş verilir.
Nəticə
Mənim fikrimcə şirkətin böyüməsi və müvəffəqiyyəti işçilərinin köməyi ilə əldə edilir. Bizim məqsəd və vəzifəmiz ən yaxşı insanları işə cəlb etmək, vəzifələrinə uyğun davamlı təlimlər təqdim etməklə onların həm karyeralarında həm də bilik və savadların artırılması ilə işdə daha uğurlu olmalarına kömək etməkdir. Yaxşı iş şəraiti, işçilərə düzgün davranış və hörmət şirkətimizin böyüməsinə gətirib çixaracaq deyə düşünürəm.
Dostları ilə paylaş: |