Banklar haqqında



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə40/60
tarix31.12.2021
ölçüsü0,88 Mb.
#113181
1   ...   36   37   38   39   40   41   42   43   ...   60
Banklar haqqında qanun

VIII fəsil 
  
ÖDƏMƏ QABİLİYYƏTİNİ İTİRMİŞ BANKIN REZOLYUSİYASI 
  
Maddə 57. Ödəmə qabiliyyətini itirmiş banka müvəqqəti inzibatçı təyin edilməsi 
57.1.  Aşağıdakı  əsaslardan  hər  hansı  birinin  və  ya  bir  neçəsinin  müəyyən  edildiyi 
hallarda maliyyə bazarlarına nəzarət orqanı ödəmə qabiliyyətinin itirilməsi ilə əlaqədar banka 
müvəqqəti inzibatçının təyin edilməsi barədə qərar qəbul edir: 


57.1.1. bankın məcmu kapitalının miqdarı maliyyə bazarlarına nəzarət orqanının banklar 
üçün müəyyən etdiyi məcmu kapitalın minimum miqdarının 25 faizinə və ya onun adekvatlıq 
əmsalı 3 faizə çatdıqda; 
57.1.2. bu Qanunun 57-11-ci mad
dəsində müəyyən edilmiş hallar istisna olmaqla, bank 
hər hansı öhdəliyi üzrə ödənişlərin icrasını təmin edə bilmədikdə və ya icra müddəti bitməkdə 
olan öhdəliklərinin icrası üçün yetərli miqdarda likvid vəsaitə malik olmadıqda; 
57.1.3. bank lisenziyası bu Qanunla müəyyən edilmiş digər əsaslar üzrə ləğv edilməli 
olduqda. 
57.2.  Bank  bu  Qanunun  47.5-ci,  48.1-
ci  və  49.2-ci  maddələrinin  tələblərini  yerinə 
yetirmədikdə  maliyyə  bazarlarına  nəzarət  orqanı  həmin  banka  müvəqqəti  inzibatçı  təyin 
etmək hüququna malikdir. 
57.3.  Banka müvəqqəti inzibatçı təyin edilməsi haqqında maliyyə bazarlarına nəzarət 
orqanının qərarı bankın prudensial hesabatlarına, bankda aparılmış yoxlamanın nəticələrinə 
dair  hesabata  və  ya  kənar  audit  hesabatlarına  istinad  edilməklə  əsaslandırılır.  Müvəqqəti 
inzibatçının təyin edilməsi və ya təyin olunma müddətinin uzadılması barədə qərarda onun 
haqqında  məlumatlar  və  səlahiyyət  müddəti  göstərilir.  Maliyyə  bazarlarına  nəzarət  orqanı 
ödəmə  qabiliyyətini  itirmiş  banka  müvəqqəti inzibatçının təyin  edilməsi  barədə qərar  qəbul 
etdiyi gün öz işçiləri sırasından və ya kənar şəxslərdən (fiziki və (və ya) hüquqi şəxslərdən) 
banka  müvəqqəti  inzibatçı  təyin  edir  və  həmin  gündən  bankın  rezolyusiyası  prosesinə 
başlayır.  Maliyyə  bazarlarına  nəzarət  orqanı  müvəqqəti  inzibatçının  təyin  edilməsi  barədə 
qərarı qəbul etdikdən sonra dərhal bankın Müşahidə Şurasının və İdarə Heyətinin sədrlərinə 
təqdim olunmasını təmin edir. 
57.4. Banka müvəqqəti inzibatçı təyin edildiyi gündən: 
57.4.1. bankın idarə olunması üzrə bütün səlahiyyətlər, o cümlədən bank səhmdarlarının 
ümumi yığıncağının səlahiyyətləri dayandırılır; 
57.4.2. bankın idarə olunması üzrə bütün səlahiyyətlər, o cümlədən bank səhmdarlarının 
ümumi yığıncağının səlahiyyətləri müvəqqəti inzibatçıya keçir. 
57.5. Müvəqqəti inzibatçı təyin edildiyi gündən sonrakı gündən başlayaraq ən geci 30 
təqvim  günü  müddətində  rezolyusiya  metodunu,  şərtlərini,  iqtisadi  əsaslandırmasını  və 
müddətlərini özündə əks etdirən tədbirlər planını ödəmə qabiliyyətini itirmiş bankın maliyyə 
göstəricilərinə əsasən hazırlayıb maliyyə bazarlarına nəzarət orqanına təqdim edir. 
57.6. Ödəmə qabiliyyətini itirmiş bank ən geci 9 ayadək müddətə müvəqqəti inzibatçı 
tərəfindən idarə olunur. Bu müddət maliyyə bazarlarına nəzarət orqanı tərəfindən 3 ayadək 


müd
dətə uzadıla bilər. Bu müddətdə maliyyə bazarlarına nəzarət orqanı ödəmə qabiliyyətini 
itirmiş bankın rezolyusiyası ilə bağlı aşağıdakı tədbirləri həyata keçirir: 
57.6.1. ödəmə qabiliyyətini itirmiş bankın sağlam banka qoşulmasını; 

Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin