mümkün zərərin qarşısının alınması üzrə tədbirlər 57- 3.1. Müvəqqəti inzibatçı bankın əmlakının və sənədlərinin mühafizəsi və qorunması üçün tədbirlər görməlidir. Müvəqqəti inzibatçı təyin edildiyi gündən 30 təqvim günü ərzində bankın aktiv və öhdəliklərinin inventarizasiyasını aparmalı və bankın yenilənmiş balans hesabatını hazırlamalıdır.
57- 3.2. Təyin oldunduğu gündən 45 təqvim günü ərzində müvəqqəti inzibatçı bankın maliyyə vəziyyətinin pisləşməsinə səbəb olan halların, o cümlədən aşağıdakı halların müəyyən edilməsi üçün bankın son 2 il ərzində bağlamış olduğu müqavilələri, sazişləri, habelə həyata keçirdiyi əməliyyatları təhlil edir: 57-3.2 .1. bankın əmlakının bazar şərtlərindən əhəmiyyətli dərəcədə aşağı şərtlərlə və qiymətlə özgəninkiləşdirilməsini və ya istifadəyə verilməsini; 57- 3.2.2. normal bazar şəraitində tətbiq edilməyən güzəştlərin kredit müqavilələri ilə müştəriyə verilməsini; 57- 3.2.3. kredit və ya digər müqavilələrin bankın aktivlərinin ələ keçirilməsi məqsədi ilə bağlanmasını; 57- 3.2.4. bankın bəzi kreditorlara imtiyazlar və güzəştlər verən ödənişlərlə və ya əmlakla bağlı əqdlər bağlamasını; 57- 3.2.5. banka aidiyyəti olan şəxslərlə qanunvericiliyin tələblərini pozan və ya bankın əmanətçilərinin və kreditorlarının maraqlarına təhlükə yaradan müqavilələrin bağlanmasını; 57- 3.2.6. bağlanmış müqavilələr əsasında əmlakı, malları və xidmətləri onların real dəyərindən əhəmiyyətli dərəcədə yuxarı qiymətə bankın satın almasını; 57- 3.2.7. kreditlərin təminatı kimi çıxış edən əmlakın dəyərinin şişirdilməsini. 57-3.3. Bu Qanunun 57-3.2- ci maddəsində nəzərdə tutulmuş müqavilələr etibarsız hesab olunur. Müvəqqəti inzibatçı qeyd olunan müqavilələr əsasında bankın əldən çıxmış aktivlərinin geri qaytarılması, habelə banka dəymiş zərərin ödənilməsi üçün qanunvericiliklə müəyyən edilmiş tədbirlər görür. 57- 3.4. Müvəqqəti inzibatçının bankın idarəedilməsi ilə bağlı bu Qanun çərçivəsində qəbul etdiyi qərarlarından maraqlı şəxslər inzibati qaydada və məhkəməyə şikayət verə bilər. Maddə 57-4. Müvəqqəti inzibatçının fəaliyyətinə nəzarət 57- 4.1. Maliyyə bazarlarına nəzarət orqanı müvəqqəti inzibatçının fəaliyyətinə nəzarəti aşağıdakı qaydada həyata keçirir: 57- 4.1.1. müvəqqəti inzibatçının fəaliyyəti barədə məlumat tələb edir və hesabat alır; 57- 4.1.2. müvəqqəti inzibatçıya bankın idarə edilməsi və bankın rezolyusiyası ilə bağlı tədbirlər planının icrası ilə əlaqədar tövsiyələr və yazılı şəkildə icrası məcburi göstərişlər verir; 57- 4.1.3. müvəqqəti inzibatçının təyinat müddətinin uzadılması barədə qərar qəbul edir; 57- 4.1.4. müvəqqəti inzibatçının bankın idarəedilməsi ilə bağlı bu Qanun çərçivəsində qəbul etdiyi qərarlarından maraqlı şəxslərin verdiyi şikayətlərə baxır.
57- 4.2. Müvəqqəti inzibatçının fəaliyyətinə maliyyə bazarlarına nəzarət orqanı tərəfindən aşağıdakı hallarda xitam verilir: 57- 4.2.1. müvəqqəti inzibatçının təyinat müddəti bitdikdə; 57-4.2.2. bu Qanunun 57-4.3- cü maddəsində nəzərdə tutulmuş hallarda, müvəqqəti inzibatçının fəaliyyətinə vaxtından əvvəl xitam verildikdə; 57- 4.2.3. ödəmə qabiliyyətini itirmiş bank məcburi ləğv edildikdə və ya müflis elan olunduqda; 57- 4.2.4. ödəmə qabiliyyətini itirmiş bankın rezolyusiyası ilə bağlı tədbirlər planının icrası başa çatdırıldıqda. 57- 4.3. Ödəmə qabiliyyətini itirmiş bankın rezolyusiyası ilə bağlı tədbirlər planının icrası nəzərdə tutulan müddətdə başa çatdırılmadıqda və ya ödəmə qabiliyyətinin bərpası ilə bağlı tədbirlər nəticə vermədikdə, maliyyə bazarlarına nəzarət orqanı müvəqqəti inzibatçının fəaliyyətinə vaxtından əvvəl xitam verilməsi və bankın lisenziyasının ləğvi barədə qərar qəbul edir. 57- 4.4. Müvəqqəti inzibatçının fəaliyyətinə xitam verildikdən sonra o, yekun hesabatı 30 gün müddətində hazırlayıb maliyyə bazarlarına nəzarət orqanına təqdim edir. Maddə 57-5. Ödəmə qabiliyyətini itirmiş bankın rezolyusiyası ilə bağlı tədbirlər planı 57- 5.1. Müvəqqəti inzibatçının təqdim etdiyi gündən 15 təqvim günü ərzində maliyyə bazarlarına nəzarət orqanı ödəmə qabiliyyətini itirmiş bankın rezolyusiyası ilə bağlı tədbirlər planını təsdiq etməlidir. Bu müddət maliyyə bazarlarına nəzarət orqanı tərəfindən 15 təqvim gününədək uzadıla bilər. 57- 5.2. Tədbirlər planının layihəsi müvəqqəti inzibatçı tərəfindən minimum itkinin hesablanması prinsipi ilə müvafiq təhlillər və hesablamalar aparılmaqla hazırlanır. 57- 5.3. Tədbirlər planı ödəmə qabiliyyətini itirmiş bankın aktiv və öhdəliklərinin inventarizasiyasının nəticələri və bankın maliyyə və əmlak vəziyyətinin qiymətləndirilməsi əsasında müəyyən edilmiş bu Qanunun 57.6-cı maddəsində nəzərdə tutulmuş tədbirlərdən hər hansı biri ilə bankın ödəmə qabiliyyətinin bərpası və ya ləğvi üçün müvafiq tədbirləri özündə əks etdirməlidir. 57- 5.4. Tədbirlər planına xüsusilə aşağıdakılar daxil edilir: 57- 5.4.1. ödəmə qabiliyyətini itirmiş bankın rezolyusiya tədbiri kimi itkilər və xərclər baxımından daha sərfəli olan bu Qanunun 57.6-cı maddəsində göstərilmiş tədbirlərdən hər
hansı birinin seçilməsi üçün xərclərin əsaslandırılması və onların müqayisəli təhlili (bu cür təhlilin aparılması qaydaları və metodologiyası maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir); 57- 5.4.2. bankın rezolyusiyası zamanı proses iştirakçıları, bankın əmanətçiləri və digər kreditorları ilə münasibətlərin tənzimlənməsinin üsul, qayda və şərtləri; 57- 5.4.3. alıcı bankın və investorun seçilməsi üçün hərracın şərtləri; 57- 5.4.4. tədbirlər planının həyata keçirilməsi üçün müddət; 57- 5.4.5. bankın ləğvi zamanı satıla bilən aktivlərin qiymətləndirilmiş dəyəri. 57- 5.5. Tədbirlər planı maliyyə bazarlarına nəzarət orqanı tərəfindən təsdiq edildikdən sonra bankın müvəqqəti idarə edilməsi və (və ya) ləğv edilməsi bu plan əsasında həyata keçirilir. Maliyyə bazarlarına nəzarət orqanı tədbirlər planına əlavə və dəyişikliklər etmək səlahiyyətinə malikdir. Maddə 57-6. Ödəmə qabiliyyətini itirmiş bankın aktiv və öhdəliklərinin alıcı banka