Banklar haqqında



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə45/60
tarix31.12.2021
ölçüsü0,88 Mb.
#113181
1   ...   41   42   43   44   45   46   47   48   ...   60
Banklar haqqında qanun

dövlətin iştirakı 
57-
9.1.  Dövlət  vəsaitləri  cəlb  edilməklə  sistem  əhəmiyyətli  bank  barəsində  maliyyə 
sağlamlaşdırılması tədbirləri həyata keçirilə bilər. 
57-
9.2. Bankın sistem əhəmiyyətli bank kimi qiymətləndirilməsi meyarları Mərkəzi Bank 
və  müvafiq  icra  hakimiyyəti  orqanı  ilə  razılaşdırılmaqla  maliyyə  bazarlarına  nəzarət  orqanı 
tərəfindən müəyyən olunur. 
57-
9.3. Ödəmə qabiliyyətini itirmiş bank maliyyə bazarlarına nəzarət orqanının sistem 
əhəmiyyətli  banka  münasibətdə  müəyyən  etdiyi  meyarlara  uyğun  olduqda,  maliyyə 


bazarlarına  nəzarət  orqanı  bankın  maliyyə  sağlamlaşdırılması  ilə  bağlı  tədbirlər  planını 
hazırlayır. 
57-
9.4. Tədbirlər planının layihəsi maliyyə bazarlarına nəzarət orqanı tərəfindən bankın 
sağlamlaşdırılması  üçün  ayrılacaq  ən  az  həcmdə  dövlət  vəsaiti  və  minimum  itkinin 
hesablanması prinsipi ilə müvafiq təhlillər aparılmaqla hazırlanır. 
57-
9.5.  Tədbirlər  planı  ödəmə  qabiliyyətini  itirmiş  bankın  aktiv  və  öhdəliklərinin 
inventarizas
iyasının  nəticələri  əsasında  bankın  maliyyə  və  əmlak  vəziyyətinin 
qiymətləndirilməsi yolu ilə müəyyən edilmiş aşağıdakı metodlardan hər hansı biri ilə bankın 
ödəmə qabiliyyətinin bərpası tədbirlərini özündə əks etdirməlidir: 
57-
9.5.1. ödəmə qabiliyyətini itirmiş bankın səhmlərinin azı 75 faizinin dövlətə məxsus 
banka Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq qoşulması və ya bu cür 
dövlətə məxsus bank tərəfindən satın alınması; 
57-
9.5.2.  sonradan  investora  satılması  şərtilə  ödəmə  qabiliyyətini  itirmiş  bankın 
səhmlərinin 50 faizdən çoxunun dövlət tərəfindən əldə edilməsi və əlavə səhm emissiyası ilə 
dövlət vəsaiti hesabına bankın nizamnamə kapitalının artırılması; 
57-
9.5.3.  bankın  səhmdarlarının  razılığı  ilə  bankın  idarə  edilməsini  dövlətin  əlində 
saxlamaq  və  sonradan  dövlətin  iştirak  payını  bankın  mövcud  səhmdarlarına  və  ya  bankın 
bütün  səhmlərinin  başqa  bir  investora  satılması  şərtilə  bankın  səhmlərinin  50  faizdən  az 
hissəsinin dövlət tərəfindən satın alınması; 
57-
9.5.4.  sistem  əhəmiyyətli  bankın  rezolyusiyası  məqsədi  ilə  bu  Qanunun  57.6-cı 
maddəsində nəzərdə tutulmuş tədbirlərin görülməsi. 
57-
9.6. Tədbirlər planına xüsusilə ödəmə qabiliyyətini itirmiş bankın ödəmə qabiliyyətinin 
bərpası  tədbiri  kimi  itkilər  və  xərclər  baxımından  daha  sərfəli  olan  bu  Qanunun  57-9.5-ci 
maddəsində  göstərilmiş  metodlardan  hər  hansı  birinin  seçilməsi  üçün  xərclərin 
əsaslandırılması və onların müqayisəli təhlili daxil edilir və bankın sağlamlaşdırılması üçün 
tələb olunan dövlət vəsaitinin məbləği göstərilir. 
57-9.7. 
Tədbirlər  planı  maliyyə  bazarlarına  nəzarət  orqanı  tərəfindən  hazırlandıqdan 
sonra bankın sağlamlaşdırılması üçün tələb olunan dövlət vəsaitinin məbləği və ödənilməsi 
üsulları  razılaşdırılması  üçün  müvafiq  icra  hakimiyyəti  orqanına  təqdim  olunur.  Tədbirlər 
planına müvafiq icra hakimiyyəti orqanının təklifi ilə müvafiq əlavə və (və ya) dəyişikliklər edilir. 
Tədbirlər planı təqdim olunduqdan sonra 10 gün ərzində müvafiq icra hakimiyyəti orqanı plana 
dair öz əsaslandırılmış  rəyini təqdim etməlidir. Maliyyə bazarlarına nəzarət  orqanı  müvafiq 
icra hakimiyyəti orqanının rəyini aldıqdan sonra 3 gün müddətində ödəmə qabiliyyətini itirmiş 


sistem  əhəmiyyətli  bankın tədbirlər  planını müvafiq  qərar qəbul  edilməsi  üçün  həmin  rəylə 
birlikdə müvafiq icra hakimiyyəti orqanına təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı bankın 
sağlamlaşdırılması təklifinə müsbət baxdıqda, bankın maliyyə sağlamlaşdırılması haqqında 
qərar qəbul edir və müvafiq tədbirlər planını təsdiq edir. 
57-
9.8.  Ödəmə  qabiliyyətini  itirmiş  sistem  əhəmiyyətli  bankın  dövlət  tərəfindən 
satınalınması dövlət büdcəsi vəsaiti hesabına və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən 
dövlət zəmanəti ilə təmin edilmiş istiqrazların emissiya edilərək qiymətli kağızlar bazarında 
yerləşdirilməsilə həyata keçirilir. Ödəmə qabiliyyətini itirmiş sistem əhəmiyyətli bankın məcmu 
kapitalı  nizamnamə  kapitalından  az  olduğu  halda,  bankın  səhmlərinin  yeni  nominal  dəyəri 
müəyyən edilərək nizamnamə kapitalı müvafiq həcmdə azaldılır. Bankın kapitalı itirildiyi halda 
isə bankın nizamnamə kapitalının dəyəri 1 (bir) manata endirilir və bu qiymətə satın alınır. 
57-
9.9.  Maliyyə  bazarlarına  nəzarət  orqanının  təyin  etdiyi  müvəqqəti  inzibatçı  bankın 
maliyyə  sağlamlaşdırılması  tədbirlərini  müvafiq  icra  hakimiyyəti  orqanının  təsdiq  etdiyi 
tədbirlər planı əsasında həyata keçirir. Müvəqqəti inzibatçı ödəmə qabiliyyətini itirmiş sistem 
əhəmiyyətli  bankın  ödəmə  qabiliyyətinin  bərpası  ilə  bağlı  bu  Qanunun  57-2-ci  və  57-3-cü 
maddələrində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir. 
57-9.10.  Öd
əmə  qabiliyyətini  itirmiş  bankın  ödəmə  qabiliyyətinin  bərpası  ilə  bağlı 
tədbirlər  planının  təsdiq  olunduğu  gündən  3  ay  ərzində  bu  Qanunun  57-9.5.1-57-9.5.3-cü 
maddələrində nəzərdə tutulmuş hər hansı metodlardan biri tətbiq oluna bilmədikdə, maliyyə 
bazarla
rına  nəzarət  orqanı  bu  Qanunun  57.6-cı  maddəsində  nəzərdə  tutulmuş  qaydada 
bankın rezolyusiyası üzrə tədbirlər görür. 
Maddə 57-10. Banka vurulmuş zərərin ödənilməsi və bankın ödəmə qabiliyyətinin 

Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin