Banklar haqqında


bərpası çərçivəsində ödənilmiş vəsaitin geri qaytarılması



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə46/60
tarix31.12.2021
ölçüsü0,88 Mb.
#113181
1   ...   42   43   44   45   46   47   48   49   ...   60
Banklar haqqında qanun

bərpası çərçivəsində ödənilmiş vəsaitin geri qaytarılması 
57-10.1. Bu Qanunun 57-9-
cu maddəsində nəzərdə tutulmuş şərtlərlə sağlamlaşdırılmış 
sistem əhəmiyyətli bankın dövlət vəsaiti hesabına bu Qanunun 57-9-cu maddəsində nəzərdə 
tutulmuş  qaydada  ödəmə  qabiliyyətinin  bərpası  həyata  keçirildikdə,  bankın  inzibatçıları  və 
mühüm  iştirak  payına  sahib  səhmdarları  banka  vurulmuş  zərəri  müvəqqəti  inzibatçının 
müəyyən etdiyi müddət ərzində ödəməlidirlər. 
57-
10.2. Bankın inzibatçılarının və mühüm iştirak payına sahib səhmdarlarının aşağıdakı 
qanunsuz hərəkətləri nəticəsində banka vurduqları zərər ödənilməlidir: 
57-
10.2.1.  bankın  əsas  vəsaitlərinin  satılması,  bağışlanması,  digər  formada 
mənimsənilməsi və ya israf edilməsi; 


57-
10.2.2.  bankın  əsas  vəsaitlərinin  girov  qoyulması  və  ya  bankın  aktivlərinin  digər 
formada yüklü edilməsi; 
57-
10.2.3. açıq-aşkar ödəniş qabiliyyəti olmayan şəxslərə kredit verilməsi; 
57-
10.2.4.  ölkə  daxilində  və  ya  xaricdə  depozit  hesabları  açaraq,  bu  hesablardakı 
vəsaitin girov qoyularaq təminat qismində göstərilməsi; 
57-
10.2.5. bankın səhmdarlarına və ya inzibatçılarına bank zərərlə işlədiyi halda və ya 
bankın mənfəətinə qeyri-mütənasib həcmdə bonusların və dividendlərin ödənilməsi; 
57-10.2.6.  bu  Qanunun  57-3.2-
ci  maddəsində  nəzərdə  tutulmuş  bankın  ödəmə 
qabiliyyətinin pisləşməsinə səbəb olmuş müqavilələrin bağlanılması; 
57-
10.2.7. başqa formada özü, banka aidiyyəti olan şəxslər və ya başqa şəxslər üçün 
istənilən  növ  maddi  və  qeyri-maddi  əmlak  nemətləri  və  bu  cür  əmlaka  hüquqların  təmin 
edilməsi məqsədi ilə bankın əmlakının mənimsənilməsi və ya israf edilməsi. 
57-
10.3.  Müvəqqəti  inzibatçı  bu  Qanunun  57-10.2-ci  maddəsində  nəzərdə  tutulmuş 
şəxslərin  banka  vurduğu  zərərin  həcmini  və  geri  ödəniləcək  məbləği  bankın  ödəmə 
qabiliyyətinin bərpasına başlandığı tarixdən əvvəlki iki illik müddəti əhatə edən dövrdə bankda 
həyata  keçirilmiş  əməliyyatları  və  qəbul  edilən  qərarları  təhlil  etməklə  müəyyən  edir  və bu 
barədə ayrıca akt hazırlanır. 
57-
10.4.  Müvəqqəti  inzibatçı  hazırlanmış  akta  əsasən  banka  zərər  vurmuş  şəxslərə 
vurulmuş zərərin könüllü qaydada ödənilməsi barədə bildiriş göndərir və zərərin ödənilməsi 
müddətini müəyyən edir. Banka zərər vurmuş şəxslər müəyyən edilmiş müddətdə vurulmuş 
zərəri  könüllü  qaydada  ödəmədiyi  təqdirdə,  müvəqqəti  inzibatçı  zərərin  məcburi  qaydada 
ödənilməsi üçün məhkəməyə müraciət edir. 
57-
10.5.  Müvəqqəti  inzibatçı  banka  vurulmuş  zərərin  müəyyən  edilməsi  çərçivəsində 
bankın  səhmdarlarından,  inzibatçılarından,  banka  aidiyyəti  olan  şəxslərdən  onların 
sahibliyində və mülkiyyətində olan pul vəsaitləri və ya digər əmlak, son iki il müddətində əldə 
etdiyi gəlirlər, bankdan aldıqları dividendlər və bonuslar barədə məlumat təqdim edilməsini 
tələb  edə  bilər.  Maliyyə  bazarlarına  nəzarət  orqanı  dövlət  orqanlarına,  idarə,  müəssisə  və 
təşkilatlara bu şəxslərin sahibliyində və mülkiyyətində olan pul vəsaitləri və ya digər əmlak, 
son iki il müddətində əldə etdiyi gəlirlər üzrə məlumatların təqdim edilməsi barədə sorğu verə 
bilər. 
57-
10.6. Bankın inzibatçılarının qanuna zidd qərarları, digər hərəkətləri və hərəkətsizliyi 
nəticəsində bankın müflis olduğu və ya ödəmə qabiliyyətini itirdiyi müəyyən edilərsə və onların 
bu  öhdəliklərini  ödəmə  qabiliyyəti  olmazsa  məhkəmə  müvəqqəti  inzibatçının  müraciəti 


əsasında  “Müflisləşmə  və  iflas  haqqında”  Azərbaycan  Respublikasının  Qanununa  uyğun 
olaraq banka vurduğu zərər həddində bu şəxsləri müflis elan edə bilər. Bu cür qanuna zidd 
əməllər bankın səhmdarlarına mənfəət əldə etmək məqsədi ilə edildikdə, məhkəmə bu cür 
qanunsuz əməllərdən mənfəət götürən səhmdarlar barəsində eyni cür qərar qəbul edə bilər. 
57-10.7. Bu Qanunun 57-10-
cu maddəsinin müddəaları bu Qanunun 57-ci maddəsinə 
əsasən müvəqqəti inzibatçı tərəfindən həyata keçirilən ödəmə qabiliyyətini itirmiş bankların 
rezolyusiyasına da şamil olunur. 
  

Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin