Banklar haqqında



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə44/60
tarix31.12.2021
ölçüsü0,88 Mb.
#113181
1   ...   40   41   42   43   44   45   46   47   ...   60
Banklar haqqında qanun

qoşulması 
57-
7.1. Müvəqqəti inzibatçı bankın rezolyusiyası ilə bağlı tədbirlər planına uyğun olaraq 
ödəmə qabiliyyətini itirmiş bankı məhkəmənin qərarı ilə təsdiq edilməklə investora satır. 
57-
7.2. İnvestor maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilən tələblərə 
cavab verməlidir. 
57-
7.3.  Bankın  rezolyusiyası  ilə  bağlı  tədbirlər  planında  ödəmə  qabiliyyətini  itirmiş 
bankın investora satılmasının məhkəmə qərarı ilə təsdiq edildiyi gündən başlayaraq: 
57-
7.3.1.  müvəqqəti  inzibatçı  ödəmə  qabiliyyətini  itirmiş  bankın  səhmdarları  adından 
səhmlər barəsində sərəncam vermək hüquqlarını əldə edir; 


57-
7.3.2. ödəmə qabiliyyətini itirmiş bankın məcmu kapitalı nizamnamə kapitalından az 
olduğu  halda,  müvəqqəti  inzibatçı  bankın  səhmlərinin  yeni  nominal  dəyərinin  müəyyən 
edilməsi və bankın nizamnamə kapitalının müvafiq həcmdə azaldılması barədə qərar qəbul 
edir.  Bankın  kapitalı  itirildiyi  halda,  bankın  nizamnamə  kapitalının  dəyəri  1  (bir)  manata 
endirilir; 
57-
7.3.3. bankın səhmdarlarına səhmlər barədə istənilən formada sərəncam verilməsi, 
xüsusilə  onların özgəninkiləşdirilməsi,  yüklü  edilməsi  və  ya  vəkalətli  idarəetməyə  verilməsi 
qadağan  olunur.  Səhmlərin  bu  cür  yüklülüyü  barədə  məlumat  maliyyə  bazarlarına  nəzarət 
orqanının müraciəti əsasında qiymətli kağız mülkiyyətçilərinin reyestrində qeydə alınır. 
57-
7.4.  Ödəmə  qabiliyyətini  itirmiş  bankın  satış  qiyməti  maliyyə  bazarlarına  nəzarət 
orqanı tərəfindən müəyyən olunmuş qaydalara uyğun olaraq keçirilən hərrac yolu ilə müəyyən 
olunur.  Hərracın  nəticələri  ödəmə  qabiliyyətini  itirmiş  bankın  daha  az  məsrəflə  və  itkilərlə 
ödəmə  qabiliyyətinin  bərpasına  imkan  verməlidir.  Müvəqqəti  inzibatçı  ödəmə  qabiliyyətini 
itirmiş bankı hərrac yolu ilə seçilmiş investora satır. 
57-
7.5.  Ödəmə  qabiliyyətini  itirmiş  bankın  investora  satışı  bankın  səhmlərinin  satın 
alınması müqaviləsi əsasında həyata keçirilir. 
57-
7.6. Satınalma müqaviləsi ilə aşağıdakılar təmin olunmalıdır: 
57-
7.6.1.  ödəmə  qabiliyyətini  itirmiş  bankın  müəyyən  vaxt  çərçivəsində  banklar  üçün 
müəyyən edilmiş prudensial tələblərə uyğunlaşdırılması barədə investorun öhdəliyi; 
57-
7.6.2.  investorun  bankın  kapitallaşdırılması  və  (və  ya)  ödəmə  qabiliyyətinin  bərpa 
edilməsi, o cümlədən bank əməliyyatlarının sabitləşdirilməsi üzrə öhdəliyini icra edə bilmədiyi 
halda müqavilənin ləğv edilməsi şərtləri. 
57-
7.7.  Müvəqqəti  inzibatçı  və  investor  arasında  bağlanılmış  səhmlərin  satınalma 
müqaviləsi  səhmlər  üzrə  hüquqların  investorun  adına  qiymətli  kağız  mülkiyyətçilərinin 
reyes
trində qeydə alınması üçün əsas sayılır. 
57-
7.8.  Ödəmə  qabiliyyətini  itirmiş  bankın  digər  sağlam  banka  qoşulması  bankın  bu 
Qanunun  57-7-
ci  maddəsində  nəzərdə  tutulmuş  qaydada  investor  olan  banka  satışı 
formasında həyata keçirilir. 
Maddə 57-8. Körpü bankın yaradılması və satışının həyata keçirilməsi 
57-
8.1. Bankın rezolyusiyası ilə bağlı tədbirlər planına uyğun olaraq, maliyyə bazarlarına 
nəzarət orqanı ödəmə qabiliyyətini itirmiş bir və ya bir neçə bankın aktiv və öhdəliklərinin tam 


və  ya  qismən  köçürülməsi  və  onların  müvəqqəti  idarə  edilməsi  məqsədi  ilə  körpü  bankın 
yaradılması barədə qərar qəbul edir. 
57-
8.2. Maliyyə bazarlarına nəzarət orqanı körpü bankın təsisçisi və yeganə səhmdarı 
hesab  olunur.  Körpü  bankın  fəaliyyəti  maliyyə  bazarlarına  nəzarət  orqanı  tərəfindən  qəbul 
edilən  qaydalarla  tənzimlənir.  Maliyyə  bazarlarına  nəzarət  orqanı  tərəfindən  digər  banklar 
üçün  müəyyən  edilmiş  normativlər,  habelə  Mərkəzi  Bank  tərəfindən  pul  siyasətinin  həyata 
keçirilməsi  aləti  kimi  banklara  tətbiq  olunan  məcburi  ehtiyatların  saxlanılması  tələbi  körpü 
banka şamil edilmir. 
57-
8.3.  Körpü  bankın  yaradılması,  səhmlərinin  buraxılışı  və  qeydiyyatı,  körpü  banka 
bank lisenziyasının verilməsinin xüsusi sadələşdirilmiş proseduru maliyyə bazarlarına nəzarət 
orqanı tərəfindən müəyyən edilir. 
57-
8.4.  Körpü  bankın  investora  satışı  maliyyə  bazarlarına  nəzarət  orqanı  tərəfindən 
müəyyən  edilmiş  qaydalara  uyğun  olaraq  keçirilən  hərrac  yolu  ilə  həyata  keçirilir.  Körpü 
bankın idarəetmə orqanlarının səlahiyyətlərini müvəqqəti inzibatçı həyata keçirir və investora 
satılana kimi körpü bank müvəqqəti inzibatçı tərəfindən idarə olunur. 
57-
8.5.  Körpü  bankın  satışı  üçün  başlanğıc  qiymət  maliyyə  bazarlarına  nəzarət 
orqanının  qəbul  etdiyi  metodologiyaya  uyğun  olaraq  müəyyən  olunur.  Körpü  bankın  satın 
alınması  üçün  ən  yüksək  qiymət  təklif  etmiş  və  körpü  bankın  müəyyən  vaxt  çərçivəsində 
banklar üçün müəyyən edilmiş prudensial tələblərə uyğunlaşdırılması və ya mövcud sağlam 
banklardan birinə qoşulması barədə öhdəlik götürmüş investor hərracın qalibi hesab olunur. 
57-
8.6.  Öhdəliklərin  yerinə  yetirilməsi  zamanı  maliyyə  bazarlarına  nəzarət  orqanı 
kreditorların bu Qanunun 82-ci maddəsi ilə müəyyən edilmiş növbəliliyinə uyğun olaraq, bütün 
kreditorlarla bərabər və vicdanla davranmalıdır. 
57-8.7.  Körpü  bank  köç
ürülmüş aktivlərlə bağlı bütün hüquqları (girov müqavilələri ilə 
bağlı hüquqlar da daxil olmaqla) əldə edir və köçürülmüş öhdəliklər üzrə ödəmə qabiliyyətini 
itirmiş  bankın  kreditorlarına  münasibətdə  borclunun  bütün  hüquq  və  vəzifələrini  əvvəl 
bağlanılmış müqavilələrə əlavə və dəyişikliklər edilmədən qəbul edir. 
57-
8.8.  Hərracın  qalibi  elan  olunması  barədə  yazılı  bildiriş  investora  təqdim  edildiyi 
gündən 7 təqvim günü ərzində maliyyə bazarlarına nəzarət orqanı ilə investor arasında körpü 
bankın  səhmlərinin  satınalınmasına  dair  müqavilə  bağlanılır.  Bu  müqavilə  körpü  bankın 
səhmləri üzrə hüquqların investorun adına qiymətli kağız mülkiyyətçilərinin reyestrində qeydə 
alınması üçün əsas sayılır. 


57-
8.9. Satınalma müqaviləsində investorun körpü bankı müqavilədə müəyyən edilən, 
lakin  3  aydan  çox  olmayan  müddətdə  banklar  üçün  müəyyən  edilmiş  prudensial  tələblərə 
uyğunlaşdırması  və  ya  mövcud  sağlam  banklardan  birinə  qoşulması  barədə  öhdəliyi  əks 
olunmalıdır.  Körpü bankın satışından əldə edilmiş vəsait ödəmə qabiliyyətini itirmiş bankın 
kreditorlarının tələblərinin ödənilməsinə yönəldilir. 
57-
8.10. Satınalma müqaviləsinin bütün şərtləri investor tərəfindən icra olunduğu halda, 
bank  körpü  bank  statusunu  itirir.  Körpü  bank  statusunun  itirilməsindən  3 ay  sonra  maliyyə 
baz
arlarına  nəzarət  orqanı  banklar  üçün  müəyyən  edilən  normativlərin  yerinə  yetirilməsini 
müəyyən etmək üçün bankda yoxlamalar aparır. 
57-
8.11. Körpü bank statusunun itirildiyi gündən 3 iş günü ərzində maliyyə bazarlarına 
nəzarət orqanı müvəqqəti inzibatçının fəaliyyətinə xitam verilməsi barədə qərar qəbul edir. 
57-
8.12.  Ödəmə  qabiliyyətini  itirmiş  bankın  aktiv  və  öhdəliklərinin  körpü  banka 
köçürülməsinin  tamamlandığı  gün  maliyyə  bazarlarına  nəzarət  orqanı  ödəmə  qabiliyyətini 
itirmiş  bankın  bank  lisenziyasının  ləğvi  barədə  qərar  qəbul  edir  və  bu  Qanunun  59.1-ci 
maddəsində nəzərdə tutulmuş halda məhkəməyə müraciət edir. 
57-
8.13. Təsis olunduğu gündən 6 ay ərzində maliyyə bazarlarına nəzarət orqanı körpü 
bankın investora satışını təmin etməlidir. Bu müddət maliyyə bazarlarına nəzarət orqanının 
qərarı  ilə  3  aydan  çox  olmayan  müddətə  uzadıla  bilər.  Körpü  bank  statusu  itirilənə  qədər 
maliyyə bazarlarına nəzarət orqanı körpü bankın fəaliyyətinə nəzarəti həyata keçirir. 
57-8.14. Körpü bank bu Qanunun 57-8.13-
cü maddəsində nəzərdə tutulan müddətlərdə 
satıla bilmədikdə, bu məqsədlə müəyyən edilən müddətin başa çatmasından ən geci sonrakı 
gün maliyyə bazarlarına nəzarət  orqanı  körpü bankın bank lisenziyasının ləğvi və məcburi 
ləğvi üçün müvafiq tədbirlər görməlidir. 
Maddə 57-9. Sistem  əhəmiyyətli  bankların  ödəmə  qabiliyyətinin  bərpasında 

Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin