Tədqiqat işinin məqsəd və vəzifələri –
Verilən işin məqsədi kompüter
şəbəkələrinin tarixi, işlənilmə vasitələri, təsnifatı və növləri, arxitekturası və tədbiq
olunduğu sahələrdə avantajı araşdırılmışdır. Ən əsası isə Azərbaycanda və xarici
praktikada tədbiqi, cəmiyyətdə və insan həyatında problemlərinin və inkişaf
prespektivlərinin tədqiqidir. Ən əsası isə kompüter şəbəkələrinin tədbiq olunduğu
sahələrdə əhəmiyyətli roludur. Tədqiqat işi bu istiqamətlər üzrə araşdırmaları məqsəd
götürmüşdür:
4
Şəbəkələrin yaranma zəruriliyi və xronika
Mübadilə və əlyetənlik texnologiyaları
Müasir şəbəkənin funksiyaları
İqtisadi və sosial inkişafın rəqəmsal inqilabının təhlili
İnsan və şəbəkənin qarşılıqlı əlaqəsinin yeni insan yaranmasında yerinin təhlili
Yeni iqtisadi modellərin səmərəliliyi
Azərbaycan şəbəkə potallarınln müqayisəli təhlili
İnformasiyalaşdırılmış Azərbaycan cəmiyyətinin problemləri və
presprektivləri.
Tədqiqat obyekti və predmeti
-
Tədqiqatın obyektini
kompüter şəbəkələri
və avtomatlaşdırılmış informasiya sistemləri təşkil edir. Tədqiqatın
predmetini
isə
kompüter şəbəkələrində informasiyanın ötürülməsi, qorunması, insanlara çatdırılması
üsulları təşkil edir.
Tədqiqatın informasiya bazası və işlənmə metodları –
Tədqiqatın
informasiya bazasını bir sıra təşkilatların statistik məlumatları, hesabatları, jurnal,
qəzet, kitab, inetrnet materialları və s. təşkil edir. Tədqiqat zamanı istifadə edilən
materiallar istifadə olunduğu mənbələrə istinad verilərək müəllif hüquqlarının
qorunması təmin edilmişdir.
Tədqiqat işinin elmi praktik əhəmiyyəti –
Tədqiqat işininin əsasını
kompüter şəbəkələrində şəbəkənin hazırlanması, şəbəkələrarası laqənin əsasları və
tədbiq edildiyi sahənin iqtisadi-informasiya sistemlərində tədqiqi təşkil edir.
Tədqiqat işində konkret tarixi və proqram-məqsədli yanaşma, kompleks və
müqayisəli təhlil, dinamika, qruplaşdırma, məntiqi ümumiləşdirmə istifadə
olunmuşdur. Buarada elmi praktik əhəmiyyət qeyri-müəyyən mühitdə və bir çox
məsələlərin həllində kompüter şəbəkələrindən istifadə ilə effektiv həllinin həyata
keçirilməsində mütərəqqi bir mexanizm olaraq istifadə edilməsidir.
|