Baxış Leyla Habil qızı


 Mübadilə və əlyetənlik texnologiyaları



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə7/43
tarix14.09.2023
ölçüsü1,35 Mb.
#128968
1   2   3   4   5   6   7   8   9   10   ...   43
BAXI-LEYLA

1.2. Mübadilə və əlyetənlik texnologiyaları
 
Kompüter 
şəbəkələri 
informasiya 
mübadiləsi 
və 
verilənlərin 
kommunikasiyasının daha asanlıqla həyata keçirilməsini təmin edən 2 və daha artıq 


17 
kompüterin əlaqələndirilməsidir. Həmçinin bunu hər hansı hesablama cihazına 
asanlıqla məlumat ötürmək və qəbul edə bilmək üçün istifadə olunan verilənlər 
şəbəkəsi kimi də adlandırmaq olar. Bu hesablama cihazları FK- fərdi kompüterlər
işçi stansiyalar, printerlərə qoşulmuş meynfreymlər, CD / DVD ROM və bir şəbəkə 
daxilində resursları bölüşdürmək üçün istifadə olunan digər periferik qurğular ola 
bilər. Kompüterlərin bir şəbəkə üzərindən bağlanması marşrutizatorlar, körpülər
şlüzlər, kabellər, peyklər və s. vasitəsilə mümkündür. Internet bir şəbəkə üzərindən 2 
və daha artıq kompüter arasında verilənlərin mübadiləsini həyata keçirəcək ən yaxşı 
nümunədir. Lakin kompüter şəbəkələrinin əsas funksiyasi asan informasiya 
mübadiləsi üçün müxtəlif hesablama cihazları arasında ortaq əlaqə mühitini təmin 
etməkdir.
Kompüter şəbəkələri e-mail kimi vasitələrlə şəbəkə daxilində ünsiyyət qurmaq, 
sənədlərin çapı və skan olunması üçün aparat resurslarının paylaşılması, faylları və 
vərilənlərin bir yaddaş qurğusunda saxlanılması, proqram tətbiqlərinin paylaşılması 
və cihazların uzaqdan idarə edilməsi və s. kimi üstünlüklərə malikdir.
Kompyuterlər lokal şəbəkədə müvafiq olaraq serverlərə və işçi 
stansiyalara bölünürlər. Serverə qoşulan hər bir kompyuterə işçi stansiya adı 
verilir.Lokal şəbəkələrin müxtəlif növ yaradılma texnologiyaları işlədilir. Onların 
oxşar və fərqləndirici cəhətləri nəzərə alınır. Bu texnologiyalar arasında ümumi və 
fərqli cəhətlərə uygun olaraq şəbəkəni və onun hansı topologiyaya aid olmasına görə 
bir neçə kateqoriyaya aid edirlər. Kompyuterlərin lokal şəbəkədə birləşmə sxemi 
şəbəkə topologiyası adlandırılır. Lokal şəbəkələrin topologiyaları həm fiziki, həm də 
məntiqi nöqteyi-nəzərdən təsvir edilir.[51]
Əsas topologiyalar üç cürdür və aşağıdakı növləri mövcuddur: 

Şin topologiyası; 

Ulduzvari topologiya; 

Halqavari topologiya. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin