Bazar iqtisadiyyatına keçid



Yüklə 87,48 Kb.
səhifə14/22
tarix10.01.2022
ölçüsü87,48 Kb.
#107555
1   ...   10   11   12   13   14   15   16   17   ...   22
sabit qiymətlər- müəyyən müqavilə üzrə məhsul göndərişi müddətində dəyişmirlər.

V) qiymətəmələgəlmə mərhələsinə görə:

1. İstehsalçının topdansatış qiymətləri;

2. sənayenin topdansatış qiymətləri;

3. topdansatış tədarük qiymətləri;

4. pərakəndəsatış qiymətləri;

Q) Bazis qiymətlərinin uçotuna görə və ya franko növlərinə görə; bazis şərtləri dedikdə, nəqliyyat, yükləmə, boşaltma, məhsulun sığortalanması və əmtəələrin dövlət sərhəddini keçdiyi zaman gömrük sənədləşdirilməsi xərclərinin qiymətdə əks olunması şərtləri nəzərdə tutulur. Qiymətlərin frankolaşması dedikdə, məhsulun istehsalçılardan istehlakçılara çatdırılması xərclərinin qiymətlərdə uçot qaydaları başa düşülür.

1. franko-anbar təchizat qiymətləri;-

2. franko-stansiya göndəriş qiymətləri;

3. franko-vaqon stansiya göndərmə qiymətləri;- Onun tətbiqi zamanı məhsulun göndərmə stansiyasına çatdırılması xərcləri qiymətlərə daxil edilir,qalan xərclər istehlakçı tərəfindən ödənilir.

4. franko-vaqon stansiya təyinat qiymətləri;

5. franko-anbar istehlakçı qiymətləri;- bu qiymət növünün tətbiqi zamanı bütün tədavül xərcləri qiymət elementinə çevrilirlər.

Franko- göndəriş qiymətləri- bu qiymətlərə istehsal xərcləri və zəruri mənfəətlə yanaşı, əsas yük daşınmasının başlanğıc məntəqəsinə qədər nəqliyyat xərcləri də daxildir.


D) Ticarətin təşkil olunması və qiymət informasiyasına görə:

1. birbaşa kontrakların qiymətləri;

2. birja qiymətləri;

3. hərrac qiymətləri;

4.tender qiymətləri;

5. sorğu qiymətləri;

6. preyskurant (kataloq, prospekt) qiymətləri;-istehsalçı firmalar tərəfindən standart, kütləvi məhsul üzrə, məlumatların texniki-iqtisadi parametrlərinin qısa xarakteristikası verilməklə çap olunur. Preyskurat qiymətlər sövdələşmələrin bağlanması zamanı qiymətlərin razılaşdırılması üçün baza kimi çıxış edir.

7. təklif qiymətləri;- istehsalçılar tərəfindən xüsusi sifarişli məhsul üzrə istehlakçılarla razılaşdırılmada əsasında qoyulur.

8. orta xüsusi qiymət göstəriciləri, qiymət indeksləri.

Qiymət sisteminin mühüm tərkib elementlərindən biri də dünya bazar qiymətləridir. Dünya bazarında xarici ticarət fəaliyyətini həyata keçirərkən aşağıdı qiymət növləri fərqləndirilirlər:



      1. FAS və FOB ixrac qiymətləri. Bu qiymətlər üzrə ixracatçı firma idxalçıya əmtəəni gəmiyə qədər nəqliyyat xərclərini daxil etməklə FAS qiymətinə, ya da gəmiyə yükləmə xərclərini daxil etməklə FOB qiymətinə satır.

      2. SİF idxal qiymətləri özündə FOB qiymətindən əlavə yükləri idxalçı və ya ixracatçı ölkənin sərhədlərinə qədər daşınması və sığorta xərclərini birləşdirir.


      3. Yüklə 87,48 Kb.

        Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin