Bazar iqtisadiyyatına keçid


Sahibkarlıq və biznes fəaliyyətinin subyektlərinin hamısı bu və ya digər dərəcədə bazar agentləri adlanırlar



Yüklə 87,48 Kb.
səhifə16/22
tarix10.01.2022
ölçüsü87,48 Kb.
#107555
1   ...   12   13   14   15   16   17   18   19   ...   22
Sahibkarlıq və biznes fəaliyyətinin subyektlərinin hamısı bu və ya digər dərəcədə bazar agentləri adlanırlar. Birinci növbədə sahibkar və biznesmen həmin fəaliyyətin ən fəal, təşkiledici və aparıcı subyektləri hesab olunurlar. Sahibkar dedikdə- özəl, xüsusi, mülkiyyət obyekti müəssisəsi olan insanlar nəzərdə tutulur. O, yüksək mənfəətə nail olmaq üçün hər hansı bir obyektin sahibinə, mülkiyyətçisinə deyilir.

Biznesmen də mənfəət, qazanc götürmək üçün hər hansı bir sahədə çalışan fərddir. Sahibkarlıq və biznes fəaliyyətinin subyekti eyni zamanda kütləvi alıcılardır. Bunların çoxluğu və alıcılıq qabiliyyətlərinin yüksək olması bir subyekt kimi həmin fəaliyyətdə çox mühüm rol oynayırlar.

Müasir sahibkarlıq və biznes fəaliyyətinin fəal subyektləri sırasında menecerlər xüsusi yer tuturlar. Onlar obyektlərin xüsusi idarə edicilərdilər. Menecer-mikroiqtisadi müəssisəni, korparasiyanı və s idarə edən şəxsdir. Kənd təsərrüfatı istehsalı sahəsində subyekt kimi fermerlər fəaliyyət göstərirlər. Fermer gəlir götürmək, mənfəət əldə etmək məqsədilə kənd təsərrüfatı istehsalı sahəsində fəaliyyət göstərən iş adamına deyilir. Ticarət sahəsində çalışan biznes fəaliyyətinin subyekti kommersant adlanır. Kommersant qazanc, mənfəət əldə etmək məqsədilə ticarət fəaliyyətilə məşğul olan insanlara deyilir.

Muzdlu işçi öz işçi qüvvəsini əmtəə kimi sahibkara, firmaya, fermerə (ümümiyyətlə mülkiyyət sahibinə) müqavilə yolu ilə satan fərdə deyilir.

Istehsalçı- müxtəlif çeşidli məhsulların, məmulatların iri partiyalarla istehsalı ilə məşğul olan insanlar nəzərdə tutulur. Istehsalın son məqsədi istehlakdır.



Bazar iqtisadiyyatında hər bir kəsinin öz arzu, istəyi, bacarıq və qabiliyyətindən asıllı olaraq sahibkar, səhimdar müəsisənin idarəedicisi olmaq, fərdi əmək fəaliyyəti ilə məşgul olmaq, kooperativ üzvü olmaq, muzdlu işçi simasında çıxış etmək imkanı vardır. Bazar iqtisadiyyatı insanın öz qabiliyyətini , ixtisasını, biliyini, istehsal təcrübəsini daim təkmilləşdirməyə şərait yaradır, istehsalçılar var gücü ilə işləməyə sövq edir. Onlar öz təcrübələrində pis işləyənlərin aqibətini görür və onlardan ibrət dərsi götürürlər. Bu isə əmək məhsuldarlığının yüksəldilməsinə təsir göstərən amillərdən biri olan işçinin ixtisasının yüksəldilməsinə və əməyin elmi təşkilinə imkan verir.

Yüklə 87,48 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin