Bəxtiyar Tuncay Adil Gəray Xanın yarlıqları

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 2.15 Mb.
səhifə4/6
tarix26.03.2020
ölçüsü2.15 Mb.
1   2   3   4   5   6

Yarlığın qısa məzmunu belədir:

Elçi Səədi Çələbi və çarın çaparının Kırıma gələrək, xana çardan məhəbbətnamə gətirmələri. Böləklərin (kiçik hədiyyələrin) Kırıma çatdırılması. Çarın xandan Valuykaya öz adamı ilə əsir olan boyar Vasili Borisoviçin və digər əsirlərin göndərilməsini xahiş etməsi. Çarın çaparının ləngidilmədən geri göndərilməsi barədə xahiş. Bu xahişlərin yerinə yetirilməsi müqabilində almaşuva əsirlərin geri alınması üçün tələb edilən məbləğin və tatar əsirlərinin Valuyaya göndəriləcəyi barədə çarın öhdəliyi. Elçilrin sülh və dostluq danışıqlarına başlaması barədə çarın arzusu, Moskva sipahilərinin yüngül hədiyyələrlə Kırıma gəlişi və xandan şərtnaməni qəbul etmələri. Çarın almaşuva daimi elçilərin göndərməsi barədə niyyəti. Xanın çara Səədi Çələbi ilə göndərmiş olduğu yarlığın məzmununu xatırlatması, Polşa ilə xanlıq arasında, eləcə də çar və kral arasında olan dostluqdan danışması, eləcə də Səədi Çələbinin əsirləri almaq üçün lazım olan məbləğin Valuykaya gətirilməsinə nəzarət etməsi. Xanın Valuykaya elçi və əsirləri çarın söylədiyi şəkildə göndərməkdən imtina etməsi. Xanın elçisi Şahteymur Atalığın məhəbbətnamə ilə çarın yanına yola düşməsi.

Xanın Moskva elçisinin tezliklə geri dönməsi və boyar Vasiliy Borisoviçin və digər əsirlərin təyinat yerinə göndərilməsi, eləcə də gətiriləcək tatar əsirlərinin azad edilməsi üçün pul ayrılması barədə buyuruğu haqqında çarı məlumatlandırması. Çardan sərhədyanı bölgələrin xalqlarının gəmilərlə dənizə çıxmasına yasaq qoyması barədə xahiş. Noqay, çərkəs, tatar, tavqaç və tatlar tərəfindən Çarın məmləkətinə ziyan və zərər vurulmaması barədə xanın öhdəliyi.

Xəzinənin eləcə də əsirlərin azad edilməsi üçün nəzərdə tutlan pulun çatdırılmasına nəzarət etmək məqsədi xanın öz elçisini və altun baysalı şərtnamə verildikdən sonra çarın xana hədiyyətlər gətirmiş elçisini, eləcə də boyarı və digər əsirləri təyinat yerinə göndərmək niyyəti. Xanın çardan tatar elçisini dəqiq cavabla yubadılmadan geri göndərməsi barədə xahişi. Xanın 6 əsiri qarşılığında pul almaq, bir neçə əsiri də tatar əsirləri ilə dəyişdirmək üçün göndərməsi.



Tatar elçisi gələr-gəlməz əsirlər üçün ödəniləcək pulun və tatar əsirlərin gətirilməsi barədə xanın çara xahişi. Çarın borcu – Səədi Çələbinin zəmanəti ilə göndərilən çar katibinin əvəzinə bir tatar əsiri. Səədi Çələbinin Valuykadan qayıdışı. Çardan məktub və gətirən daimi elçi ilə əsirlərin Kırımda görüşünün təşkili. Tatar elçisinin daimi elçilərlə görüşünün təşkili barədə çara edilən xahiş.

Yarlığın orijinal mətni belədir:

Adil Gəray Xan bin Dövlət Gəray Sultan.

Sözümiz.

Tañrı Təbarək və Təalaniñ rəhmi və inayəti milən Uluğ Orda və Uluğ Yurtnıñ və Dəşt-i Qıpçaqnıñ və Təxt-ı Qırımnıñ və sansız köb Tatarnıñ və sağışsız köb Noğaynıñ və Tat bilə Tavgaçniñ Tağ ara Çərkəsniñ uluğ padişahı bolğan min uluğ Adil Gəray Xan damə dövlətühu və nüsrətühu əli yövmül-Mizan həzrətlərindin qardaşımız biy Aleksay Mixaylaviç, barça Urusnıñ pənahı və köb məmləkətlərniñ də bolsa, hükümdarığa köpdin köb səlam etüb, nədir halıñız və xətriñüz deyüb, sorğanımızdan soñra ilam yarlığ-i şərif saadet-redif Xani budır ki, siz qardaşımızğa irsal qıldığımız elçimiz Səədi Çələbiğə qoşub, biz uluğ Xan-i əzəm həzrətlərimizyibərgən çapqunıñuz və mühəbbətnamə xəttiñüz vasıl bolub, nə kim dostluq və mühəbbətlik içün yazğan sözləriñüz və ağızdan ısmar qılğan cəvablarıñuz cümləsi məlum-i şərifimiz olmuşdır və yibərgən böləkləriñüz taqı kəlmişdir.

həbbətnamettiñüzdə yazdıñuz kim, iki yurtnıñ arasında dostluq və qardaşlıq sözün söyləşüb, bikləşür səbəbli bir yaqın qulumıznı və culuv içün boyarıñuz Vasil Barisaviçni və özgə tutsaqlarıñuznı Valükağa yibərgəy erdik və çapqunıñuznı taqı təcil tərəfiñiz yibərgây irdik kim, ol vaqıt siz qardaşımız da bolsañuz, yaqın kişiləriñüzdin aqlınçay milən boyarıñuz Vasil Barisaviçniñ və özgə tutsaqlarıñuznıñ bahaların və bizim Tatar tutsağımıznı Valükağa yibərmək və almaşuv bolmaq murad qılasız və soñra bizim elçimiz milən siziñ kişiñüz dost sözün söyləşüb, söz uyğaşğuday bolsa, biz qardaşıñuzğa mühəbbətlik böləkləriñüz milən sipahiləriñüz kəlüb şərtnamə-i Hümayun alurğa məqul körüp, tilək etəsiz və iki tərəfdə bolğan yatur elçilərni taqı almaşuvğa yibərməmizni murad qılasız.

Biz uluğ Xan-i əzəm həzrətlərimiz də bolsaq, mundın müqəddəm Səədi Çələbi ilə yibərgən ttimizdə Lehlü milən dostluq ve qardaşlığımız mühkəm bolğan səbəbli siz üçünçi padişah ilə taqı barışıqlıq murad qılamız deyüb və əgər siz qardaşımız barışıqlıq murad qılmağuday bolsañuz, tutsaqlarıñuznıñ kəsilgən bahaların Səədi Çələbi Valükadə körüb, kelsin deyüb, yazğan erdik. Kenə taqı ol söz üzerindəmiz.

Siz qarındaşımız bu dəfə xəttiñizdə yazğan uslübçə elçi və tutsaqlarıñuz Valükağa yibərmək bolmastur. Butt-i şərifim yazılub, yaqın qullarımızdın Şahtimur Atalıq irsal qılınmışdır. Buyurdım ki, bola turğan adəə körünüşiñüzalub və mühəbbətnamə xəttimizni oqutub, yaxşı tiñləgəy erdiñüz və kəlgən çapqunıñuz taqı təcil qaytarurğa buyurduq və boyarıñuz Vasil Barisaviçni yolğa çıqarduq.

İmdi muradıñuz dostluq ve qardaşlıq bolsa, qalğan uluğ zinələrimizdin üç yıllıq zinəmizni və boyarıñuz Vasil Barisaviçniñ altmış biñ qara ğuruş bahasın və özgə tutsaqlarıñuznıñ söyləşüb, kəsilgəni üzrə bahaların və bizim Tatar tutsağımıznı kün ilkəridə bolsa, Valükağa köndərgəy erdiñüz və özgə qalğan zinələrimizni taqı biz istəgənimiz üzrə köndərirgə buyurğay erdiñüz və bizim dostumızğa dost bolub, düşmanımızğa düşman bolub və çet xalqıñıznı zəbt etüb, dəñizgə qayıq endirməgəy erdiñüz. Biz dəxi ümuma köb Noğay və Çərkəs və Tat və Tavgaç və bil-cümlə Tatar əskərimizni zəbt qılub, siz qardaşımıznıñ məmləkətləriñiz zərər etdirmək ihtimalımız yoqdur. Ömür axığaçə dostluqda turarmız. Bu sözlərimizni qəbul etüb, barğan elçimiz zinə və tutsaq culuvın Valükadə körüb kəlürdəy bolsa və şərtnamə alurğa bizim elçimizgə qoşub, böləkləriñüz milən bir yaqın kişiñüz yibərgüdəy bolsañuz, biz Xan-i ali-şan həzrətlərimiz də bolsaq, elçiñüzni divan-i Hümayunımızğa alub, dostluq səbəbli padişahanə itimad və altun baysalı şərtnamə berüb, yibərirmiz və boyarıñuz Vasil Barisaviç və cümlə tutsaqlarıñuznı və yatur elçiñüzni taqı təcil Valükağa yibərürmiz.

Bizim murad və süygənimiz budır. Əgər siz qardaşımıznıñ muradıñuz dostluq bolsa, elçimizni tutqavsız qaytarub, bəlli söz yazub, ilam qılğay erdiñüz kim, anıñ səbəbli biz Xan-i əzəm həzrətləri də bolsaq, sizniñ yazuvlarıñuzğa körə dostluq işin fərağat qılub, yalıñız boyarıñuz Vasil Barisaviçni almaşuv yerinə yibərürmiz. Xaslı muradıñuz dostluq bolsa, üç yıllıq zinə və boyarıñuznıñ altmış biñ qara ğuruş bahasını özgə tutsaqlarıñuznıñ kəsilgən bahaların Valükağa yibərgəy erdiñüz və yaxud elçimiz milən bəlli cəvab köndərgəy erdiñüz. Bu sözlərimiz özgə türlük bolmastur və bir taqı elçi barmastur və bu dəfə culuv içün altı tutsaq və Tatar içün taqı bir qaç tutsaq yibərilgəndir. Culuvlı tutsaqlarnıñ bahaların və Tatarlarnı elçimiz ile köndərgəy erdiñüz və Səədi Çələbi ilə yibərgən yazıçı [...] içün iki Tatar kəlsə, kərək idi birisi kəlmədi, anı taqı köndərgəy erdiñüz ve Səədi Çələbini körünüşiñüz aldırmay Valükadan qaytardıñuz. Bu iş dostluqğa layiq tügüldir. Anıñ səbəbli kim sizniñ çapqunıñuz yatur, elçiñüz və tutsaqlarıñuzğa körsətübmiz. Siz dəxi işbu elçimizni mühəbbətlik milən körünüşiñüz və elçilerimiz körüştürüb təcil qaytarğay erdiñüz.

Yazıldı taxtgahımız Bağçasarayında biñ yetmiş toquz sənəsində Şəvval ayında.

Xan Adil Gəray bin Dövlət Gəray Sultan (Документы Крымского Ханства.., 2017, s. 246-249).

Adil Gəray Xanın elmə məlum onuncu yarlığı da Aleksey Mixayloviçə göndərilib. 1670-ci il tarixli bu yarlıq Hüseyn Fеуzxanovun arxivində “№ 220” şifrəsi altında qeydə alınıb.



Yarlığın qısa məzmunu belədir:

Keçən ilin (hicri 1079) Şəbbal ayında Vasili Şeremetyev və digər əsirlərin xandan Moskvaya çapar göndərməsini xandan xahiş etmələri. Elçi Şahteymur Atalığın çara məhəbbətnamə yarlığı ilə yola salınması. Həmin elçinin bir il ərzində Moskvada yubadılması. Elçilərin saxlanılmasının pis hərəkət olması. Xan elçisi Mühəmməd Əməldeşin çara məhəbbətnamə yarlığı aparması. Əsirlər üçün ödənilməli olan pul, eləcə də Moskvanın göndərməli olduğu xəzinə (bac-xərac) barədə əvvəlki yarlıqda yazılanların yenidən çarın diqqətinə çatdırılması. Xanın elçilərin yubadılmadan dərhal geri göndərilməsini və onlarla birlikdə çarın Kırıma Moskva elçisini göndərməsini istəməsi. Elçilərin qaytarılması, eləcə də Moskva elçisinin gələrək altın baysa alması üçün xanın çara üç ay vaxt verməsi və əks təqdirdə dostluq münasibətlərini düşmənçiliyin əvəz edəcəyini bildirməsi. Xanın Moskvalı əsirlər üçün pul ödəmək və digər əsirləri dəyiş-düyüş etmək barədə tələbi. Xanın çar tərəfindən Osmanlə sultanına göndərilən quşlar barədə heyranlığını bildirməsi. Xanın çardan ona 4 şunqar və 4 karçıqa quşu göndərməsini xahiş etməsi.



Yarlığın orijinal mətni belədir:

Hu.

Adil Gəray Xan bin Dövlət Gəray Sultan.

Sözümiz.

Tañrı Təbarək və Təalaniñ rəhmi və inayəti milən Uluğ Orda və Uluğ Yurtnıñ və Dəşt-i Qıpçaqnıñ və Təxt-ı Qırımnıñ və sansız köb Tatarnıñ və sağışsız köb Noğaynıñ və Tat bilə Tavgaçniñ Tağ ara Çərkəsniñ uluğ padişahı bolğan min uluğ Adil Gəray Xan həzrətlərindin qardaşımız biy Aleksay Mixaylaviç, barça Urusnıñ pənahı və köb məmləkətlərniñ də bolsa, hükümdarığa köpdin köb səlam etüb, tatuvlıq milən hal və xətriñüz sorğanımızdan soñra ilam yarlığ-i şərif saadet-redif Xani budır ki, ötkən biñ yetmiş toquz Şəvval ayında munda bolğan elçiñüz və tutsaq bolğan Vasil Barisaviç Şeremetavnıñ və özgə tutsaqlarıñuz barışıqlıq və yarışılıq bolurın tiləb çapqun cibəririmizni tilək qılğanları səbəbli dostluq və mühəbbətlikkə oxşavlı sözlərimizni mühəbbətnamə xəttimiz yazub, Şahtimur Atalıq qulumıznı yibərgən irdik.

Bu küngəçə yibərməy yıl oza alub qaldıñuz. Yatur elçi bolsa, yatub və çapqunı toxtatmay cibərmək adət irdi. Bizim zaman-i səadətimizdə sizdən kəlgən elçi çapqunlarıñuznı alub, qalğanımız yoqdur. İmdi ol səbəbli mühəbbətnamə xətt-i şərifimiz təhrir qılınub, yaqın qullarımızdan Mühəmməd Əməldeş təyin və irsal qılınmışdır. İnşəAllahu Təala, körünüşiñizğa alub mühəbbətnamə xətt-i şərifimizni oqutub, yaxşı tiñləğəy erdiñüz.

Mundan əvvəl Şahtimur Atalıq qulumız milənttimizdə dostluq və qardaşlıq cəvablarımızı və tutsaqlarıñuz bahaların və xəzinə əhvalını yazğan erdik. Ol yosunça dostluq və qardaşlıqnı qəbul qılar bolsañuz, Şahtimur Atalıqnı və halə barğan Mühəmməd Əməldeşni öz elçiñiz milən toxtavsız yibərgəy erdiñüz. Özgə söz yoqdur. Barça sözlərimizi Şahtimur Atalıq qulumız ilə yazub irsal qılğan erdik. Halə taqı ol söz üzərindəmiz. Munda bolğan elçiñüz Vasil Barisaviç Şeremetav boyarıñuz və özgə tutsaqlarıñuz tilək qılğan səbəbli üç ay vədə milən Mühəmməd Əməldeş qulumıznı yibərdik. Üç ay vədədə elçilərimizni elçiñüz milən yibərüb altun baysamıznı aldırmağday bolsañuz, artıq dostluq ve barışıqlıq bolmay, cav bolğan bəriñüzdir. Biz taqı [....] Təala həzrətinə sığınub və ulu Peyğəmbərimiz Mühəmmədül-Mustafa səlli-Allhu Təala aleyhim və səllimniñ mücizat kəsirül-bərəkətinə süygənüb işimizi körürgə sıy qılarmız, dostluq ve barışıqlıq bolub, iki yurtnıñ fəqir və füqarası rahat və tinç bolurğa fikriñüz bar bolsa və yoq taqı bolsa, üç ay vədədə elçilərimizni qaldırmay toxtavsız yibərgəy erdiñüz iki yurtnıñ arasında yaxşılıq barışlıq içün yürgən elçilerni tutsaq və culuv içün tutsaq alub, barğan kişilərimizni bu küngeçə alub, turmaq oxşavsız qılıqdır. Barışlıq bolsa və bolmasa taqı tutsaq içün alub, barğan tutsaqlarıñuz içün tutsaq və culuvğa köndərilgən tutsaqlarıñuznıñ bahaların berüb, yibərgəy erdiñüz. Alarğa tutqav bolsa, bir taqı tutsaqlarıñuz cibərilməskə səbəb bolurında şübhə yoqdur və balıyındın qorqub yaxşı fikir etkəy erdiñüz.

Mundan soñra ötkən yıl səadətlü Al-i Osman padişahığa yibərilgən şunqar quşlarıñuznı körüb, süygan erdik. İmdi tört şunqar milən tört qarçığa irsal qılğay erdiñüz. Dostluq və mühəbbətlik içün tiləymiz her zaman adət bolur iş tügüldir.

Yazıldı taxtgâhımız Bağçasarayda, Mühərrəm aynıñ on beşində miñ səksən bir tarixində.

Bi-məqam Bağçasaray əl-məhrusə.

Xan Adil Gəray bin Dövlət Gəray Sultan (Документы Крымского Ханства.., 2017, s. 249-250).

Adil Gəray Xanın elmə məlum on birinci yarlığı da Moskva çarı Aleksey Mixayloviçə göndərilib. 1670-ci il tarixdə göndərilmiş yarlıqların ikincisi olan bu şərtnamə yarlığı Hüseyn Fеуzxanovun arxivində “№ 224” şifrəsi altında qeydə alınıb.



Yarlığın qısa məzmunu belədir:

Hicri 1080-ci il tarixində geri dönən elçi Şahteymur Atalıqla birlikdə Moskva elçisi Vasiliy Yelçin, katib Yakov Çerntsov və dilmanc Abdullahın Kırıma gəlişi. Çarın məhəbbətnamə məktubunun xama təqdim edilməsi. Çarın xan, kalğa Kırım Gəray Sultan, nurəddin Dövlət Gəray Sultan, eləcə də Kırım, noqay, çərkəs xalqları ilə dostluq etmək niyyəti. Çarın Moskva, Uluq Orda və Polşa arsında üçtərəfli dostluğa nail olmaq istəyi. Xanın Polşa kralı ilə aralarındakı möhkəm dostluqdan bəhs edərək, şərtnamədə yazılanlara əməl etməyə hazır olduğuna əmin etməsi.

Əsirlərin almaşuvda başa baş dəyişdirilməsi və pul qarşılığında alınması. Knyaz Andreyin geri alınma bahası barədə danışıqlar. Çarın elçilərinə hörmət və xoş münasibət. Moskva tacirlərinin Uluq Orda ərazisində gömrük haqqı ödəmədən sərbəst dolaşa bilməsi. Xanın günahkarları cəzalandırmaq barədə öhdəliyi. Əsirlərin qarşılıqsız azad edilməsi barədə öhdəlik. Çarın arabaçı və quşçularının ləngidilmədən geri göndərilməsi. Xanın çardan eyni şeyləri öz öhdəsinə götürməsini istəməsi. Boyar Vasiliy Şeremetin azad edilməsi üşün lazım olan 60 min quruşun (və ya hər iki quruşun əvəzinə 1 altun pul) və üç illik xəzinənin almaşuva gətirilmə şərti. Xanın boyarı bəy zəmanətinə uyğym olaraq almaşuva göndərmək barədə öhdəliyi. Hər il xəzinənin dəftər əsasında ödənilməsi şərti.

Keyfiyyətli kürklərin göndərilməsi. Elçilərin sayının İslam Gəray Xan və Mühəmməd Gəray Xan dövrlərində olduğu kimi müəyyənləşdirilməsi. Don və Dnepr kazaklarının Qara dənizə çıxaraq, xanın məmləkətinə ziyan verməsinin qarşısının alınması. Xanın Moskva torpaqlarına ziyan vurmamaq öhdəliyi. Xanın çarın elçiləri qarşısında dostluğa daim əməl ediləcəyi, bundan vaz keçilməyəcəyi barədə and içməsi. Elçilərə altun baysalı şərtnamənin təqdim edilməsi. Çarın da and içməsinin tələb edilməsi. Çərkəz torpaqlarının iki ölkə arasında qarşıdurma obyekti olmaması, Dnepr sahillərindəki çara tabe olan çərkəz qalalarına hücuma keçməmək şərti. Xanın əvvəlki Moskva elçilərini və boyar Şeremetyevi almaşuva göndərmək qərarı.




Dostları ilə paylaş:
1   2   3   4   5   6
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə