Bəxtiyar Tuncay AĞa məHƏMMƏD Şah qacar və ya taleyin qara ulduzu



Yüklə 2,1 Mb.
səhifə8/23
tarix18.06.2018
ölçüsü2,1 Mb.
#54110
1   ...   4   5   6   7   8   9   10   11   ...   23


Saroş:

-Çox sağ ol,aydınlıq içində olasan!Gəl,gəl,eşikdə durma!

Mahmud:

-Yox,ay Saroş,tək deyiləm.Səraslan əmini çağır,onunla sözüm var.



Saroş:

-Nə deyirəm ki.İndi çağıraram.Saroş qapını örtmədən gedir və 4-5 saniyə

sonra Səraslan peyda olur:

-Mahmud bala,xoş gəlmisən.İçəri niyə keçmirsən?

Mahmud:

-Gözün aydın,oğlun qayıdıb!Həmişə evində-eşiyində olsun.



Səraslan:

-Şox sağ ol!Amma içəri keçməməkdə heç yaxşı etmirsən.

Mahmud:

-Səraslan dayı,bir müşkül işim çıxıb,sənə pənah gətirmişəm.Köməyinə

ehtiyacım var.

Səraslan:

-O nə demək,oğul,xoş gəlmisən,səfa gətirmisən!Gir içəri,müşkülün nə-

dirsə,anlat,biz də bilək,bir çarəsinə baxaq.

Mahmud:

- Tək deyiləm.



Səraslan:

-Fərq etməz.Yanındakı hər kimsə,onu da götür gəl içəri.

Mahmud:

-Çox sağ ol!Bilirdim ki,məni darda qoymazsan.(Üzünü sol tərəfə tutub)



Süsən,ay Süsən,gəl.

Kadra sol tərəfdən Süsən daxil olur.Onun başı örtülü,gözləri yerə dikili-

dir.

Mahmud:


-Qız qaçırmışam…

Səraslan:

-Gəlin,mənim balalarım,xoş gəlmisiniz!Mənim evim sizin öz evinizdir.

Gənc sevgililər içəri girirlər.

***

Gecədir.Ətrafa düşən ay işığı daşlı-qayalı iki böyük təpənin arasıdan keçən yolu işıqlandırır.Ay işığında hər iki tərəfdə daşların və qayaların arxasında



pusqu qurmuş yaraqlı əsgərlərin kölgə və siluetləri gözə dəyir.Uzaqdan eşidilməyə başlayan at ayaqları səsi pusquda duranların bir-birilərinə əl işarələri edərək hazır vəziyyət almalarına səbəb olur.At ayaqlarının səsi get-gedə yaxınlaşır...Və nəhayət,

görüntü sahəsinə 20-25 atlı daxil olur... Güllə səsi eşidilir.Atlar səksənib fırnıxma-ğa və kişnəməyə başlayırlar.

***

Daşların arxasından qalxan Mirzə Əliməmməd atlılara qışqırır:



-Siz hər tərəfdən mühasirəyə alınmısınız.Atlardan enin,silahlarınızı yerə

at...


Növbəti güllə səsi eşidilir vəMirzə Əliməmməd qolunu tutaraq aşağı əyi-lir.Atışma başlayır.İlk güllələrdən sonra atlıların yarısı yerə sərilir. Fəqət onlar müqavimət göstərməkdə davam edirlər.Əsgərlərdən də güllə yarası alıb yıxılanlar olur.

***


Hava ala-qaranlıqdır.Üfüqdə doğmağa hazırlaşan günəşin ilk qızartıları

görünür.Xoruz səsləri eşidilir.

***

Vaqifin yataq otağı.Yarıqaranlıq otaqda Qızxanım təkdir.Gecə köynəyin-dədir.İki nəfərlik yatağın üstündə oturub hönkür-hönkür ağlayır:



-Bu nə vaxta qədər davam edəcək,İlahi? Axı,mən də insanam,mən də qa-dınam...Mənim də ehtiyaclarım var...Başqalarının kişiləri gündüz evdə olmasalar da,gecə mütləq arvadlarının qoyunlarında olurlar.Mənki isə nə gündüz tapılır,nə də

gecə...Yatağım artıq buz bağlayıb.Tənhalıqdan,biganəlikdən yorulmuşam.Bu nə yazıdır,taleyimə yazmısan,ay Allah?!Belə həyatdansa ölüm daha yaxşıdır.

***

Xanın məşvərət otağı.Xan,Kələntər ağası bəy və Vaqif dövrə vurub otur-muşlar.Taxt boşdur.Xan:



-Nə oldu,bu Mirzədən niyə xəbər çıxmadı?Görəsən,onları əldən qaçırma-yıb ki?

Bu an Qədimi içəri girərək deyir:

-Xan sağ olsun,Mirzə Əliməmməd ağa gəldi.

Xan:


-De,tez olsun,gəlsin,ürəyimiz üzüldü ki...

Qədimi “Baş üstə!”-deyib otaqdan çıxır.İki-üç saniyə keçmir ki,Mirzə Əliməmməd içəri girir.Qoluna bağlanmış qanlı sarıqdan yaralı oldğu anlaşılır.

Xan:

-Bu nə hal-əhvaldır,Mirzə,yoxsa yaralanmısan?!



Xəfiyyəbaşı:

-Boş şeydir.Yüngülcə güllə sıyırıb.25-30 nəfər idilər,hamısı da silahlı.Yu-sif Əmini diri ələ keçirmək mümkün olmadı.Döyüşdə başından güllə yarası alıb gəbərdi.Amma Məlik-Yeqanovu sağ-salamat tutub gətirdim.İt oğlu it,özünü ölülü-yə vurub meyidlərin arasında sağ-salamat uzanmışdı.Elə bilirdi yoxlamayacağıq.

Mühafizəçiləri avarlar idilər.Son damla qanlarına qədər kişi kimi vuruş-dular,kişi kimi də öldülər.Amma nəyə və kimə görə öldüklərini elə də bilmədilər. Müsəlmanın bədbəxtliyi də elə bundadır,bilmədən,öyrənmədən əhd bağlayırlar və əhdlərinə sona qədər sadiq qalırlar. Bizdən də altı nəfər öldü.

Xan :


-İndi haradadır o it südü əmmiş?

Mirzə Əliməmməd ağa:

-Atdım zindana.İndi bərk yorulmuşam.İcazə versəz evə gedib bir az din-cələrdim,sonra isə onu dindirmək lazım olacaq .

Xan:


-Hə,sən get dincəl.Biz də bütün gecəni yatmamışıq,biz də dincəlməliyik.

O,it balasının başını bədənindən ayıracağam.Buna bir bax,urus padşahı buna ermə-nilərin xanı rütbəsi veribmiş!Ay,sən öləsən,sənin padşahın ölsün!

Gedin hamınız dincəlin,bu gün işimiz cox olacaq.

***


Xan sarayının bağçası.Məmməd bəy və Qasım bağçada gəzə-gəzə yavaş-dan söhbət edirlər.Qasım deyir:

-Vaxt və fürsət tapıb atamın o dediyim iki tələbəsi ilə söhbət etdim.Ey-nən bizim kimi düşünürlər.Qərara gəldik ki,səninlə də birlikdə görüşüb söhbət edək və əhd bağlayaq.Artıq iki nəfər yox,dörd nəfərik.

Məmməd bəy:

-Dörd yox, altı nəfərik.

Qasım heyrət və maraqla Məmməd bəyə baxır.

Məmməd bəy:

-Hə,hə,altı nəfər!Dözməyib,ürəyimi əmim qızıma açdım.Sən demə,o da

çoxdan bu fikirdəymiş.Bu barədə xəlvətdə yalnız Qədimi ilə dərdləşərmiş.Qədimi də,o da qərara gəliblərmiş ki,bundan sonrakı həyatlarını Azərbaycanın birliyinə həsr etsinlər.Amma nə etməli olduqlarını bilmirlərmiş.Bir-iki dəfə istəyiblər,mə-nimlə söhbət etsinlər,amma ürək etməyiblər.

Qasım:

-Əhsən!Qızdakı və nökərdəki ürəyə bir bax!Onda gəl belə bir iş edək. Mən anamdan xahiş edim,o,bir vəsilə ilə Şahnisə xanımı bizə qonaq çağırsın. Ki-çikbəyim xanım da ona qoşulsun. Onlar hara getsələr,onsuz da Qədimi yanlarında olur.Sən də onlara qoşulub gələrsən,mən də o biri iki yoldaşımı dəvət edərəm, im-kan tapıb birlikdə görüşərik.



Məmməd bəy:

-Gözəl fikirdir.

***
Zindan.Mahmud və Səraslan iş başındadırlar.Səkkiz qəfəsdən yalnız bi-rində məhbus var.O,knyaz Məlik-Yeqanovdur.Yorğun və əzgin məhbus quru yerdə uzanıb yuxuya gedib.Gənc və yaşlı keşikçi söhbət edirlər.Səraslan fikirli-fikirli de-

yir:


-Vallah,qızın İslamı qəbul emək qərarına gəlməsi,çox yaxşı haldır.Bu onu

göstərir ki,səni doğrudan da çox sevir.Sevdiyi üçün də dinini dəyişməyi gözə al-mışdır.Amma yaxşı olar ki,İslamı sənə görə yox,onun öz fəzilətinə görə qəbul et-

sin. Ona görə də tələsmə,qoy bizim uşaqların anası bir həftə ona hər şeyi yerli-ye-

rində öyrətsin,başa salsın.Sonra kəlmeyi-şəhadət gətirib müsəlman olsun,biz də qazini dəvət edək,gəlib kəbininizi kəssin.O vaxta qədər sən də kirayə ev məsələni

həll edərsən.Edə bilməsən də məsələ deyil,bir müddət bizdə yaşayarsınız.Kaş, im-kanım olaydı,sizə toy da edərdim.

Mahmud:


-Çox sağ ol,Səraslan əmi,bilmirəm,etdiyin yaxşılığın əvəzini necə cıxaca-ğam.

Səraslan:

-Əvəzini səndən yox,Allahdan gözləyirəm.Əslində sən çox sağ ol ki,sənin sayəndə bu qoca vaxtımda savab sahibi oluram.Bir də,axı,mən sənin yaxşılığının əvəzini ödəyirəm.

Mahmud:


-Hansı yaxşılığımın?

Səraslan:

-Hə,yadımdan çıxmışdı sənə deyəm.Sən demə,oğlumun evə dönməsinə görə sənə minnətdar olmalıyammış.

Gənc təəccüblə qocanın üzünə baxaraq:

-Sən nə danışırsan?Vallah bir şey başa düşə bilmirəm.

Səraslan:

-Yadına gəlirmi,bir göyərçin görüb hay-küy etmişdin?

Mahmud:


-Hə,nə olsun ki?

Səraslan:

-O olsun ki,həmin göyərçinin ayağında qaçaq Səfərin rəhmətlik Xanməm-mədə məktub var idi.Məktubda isə Saroşun həmin gün Şuşaya gələcəyi bildirilirdi.

Bu məktubun sayəsində Saroşu tutmuşdular.Dalını isə özün bilirsən.

Mahmud:

-Belə de.Amma bu mənim xidmətim deyil ki...Allahın təqdiridir...



Açılan qapının və zəncirlərin səsi onları söhbəti yarımçıq kəsməyə məcbur edir.Səsə məhbus da yuxudan ayılır.İçəri keşikçibaşı,iki keşikçi və Mirzə Əliməm-

məd daxil olurlar.Keşikçibaşı üzünü Mahmuda tutaraq, “Aç!” deyir və Mahmud da

məhbusun olduğu qəfəsi açır.Mirzə Əliməmmədin uca,amiranə səsi eşidilir: “Çıx!”

Keşikçilər Məlik-Yeqanovun əllərini bağlamaq istəyirlər,fəqət xəfiyyəbaşının əli-nin işarəsi ilə bu fikirdən əl çəkirlər.Məhbus qəfəsdən çıxır.

Mirzə Əliməmməd:

-Aparın!


Hər kəs məkanı tərk edir.Səraslan,Mahmud vəMirzə Əliməmməd üçlükdə

qalırlar.Xəfiyyəbaşı Mahmuda yaxınlaşıb onu başdan-başa süzür və soruşur:

-Təbrizli Mahmud sənsən?

Mahmud “Bəli”-deyə cavab verir.Mirzə Əliməmməd gülümsəyərək,əli ilə

bir-neçə dəfə onun kürəyinə vurur,bir söz deməyib gedir.Mahmud və Səraslan bu jestdən bir şey başa düşməyərək təəccüblə bir-birilərinə baxırlar.

***


Kiçik təpələrlə əhatələnmiş düzənlik sahə. Ağa Məhəmməd şah Qacar tə-pələrin birinin üzərində durub düzənlikdə məşq edən əsgərlərin məharətini izləyir.

Təpədən aşağıda şahın mühafizəçiləri durmuşlar.

***

Bir qrup atlı əsgər iki dəstəyə bölünərək,kənarda at belində onları müşa-hidə edən yüzbaşının nəzarətində bir- biri ilə qılınclaşırlar.



***

Digər tərəfdə ağac dirəyə bərkidilmiş nişangaha çapa-çapa ox atan atlı əs-

gərlər gözə dəyirlər.Başqa bir yüzbaşının nəzarəti altında məşq edən bu əsgərlədən birinin də oxu hədəfdən yayınmır.

***


Şah yenə də xəyallara qapılmışdır.Üz-gözündən keçmişin xəyallarının onu

təqib etməkdə olduğu açıq-aydın sezilir.

***

Yaşıl otlarla örtülü təpədə bitən qollu-budaqlı çinar ağacı.Ağacın arxasın-da buludlar gözə dəyir. Üfüqdə arxa tərəfdən təpəyə qalxan gənc Ağa Məhəm-məd xanın növbə ilə başı,çiyinləri,atının başı,sinəsi görünməyə başlayır.Bir müd-dət sonra o,ağacın yanına çatır.Üz-gözündən uzun yolun yorğunluğu açıq-aydın se-zilir.At bir-iki addım atdıqdan sonra Ağa Məhəmməd xan başını ağır-ağır qaldıra-raq irəli baxır və birdən birə gözlərinə, sanki, işıq gəlir.O, dərhal yüyəni çəkərək atı əyləyir.



***

Ekranda Ağa Məhəmməd xanın gözünə sataşan məkan canlanir.Uzaqda

Damğan şəhərinin qala divarları görünür.

***


Gəncin dodaqları əsir,gözləri dolur.O,hıçqırarq ağlamağa başlayır.

***


Damğan şəhərinin darvaza qapıları və keşikçi bürcləri.Ağa Məhəmməd

xan at belində darvazaya yaxınlaşır.Keşikçi qülləsində keşik çəkən əsgərin səsi eşidilir:

-Dur!Kimsən,haradan gəlirsən?

Ağa Məhəmməd xan:

-Əsgər,get saraya,şəhərin hakimi Hüseynqulu xandan muştuluq istə,ona de ki,böyük qardaşın Ağa Məhəmməd xan gəlib.

***


Damğan hakiminin evinin bağçası.Arxa planda evin eyvanı,eyvanda var-

-gəl edərək qonaqlıq hazırlığı görən qadınlar,ön planda isə ocaq üstündə olan və

buğlanan iki böyük aş qazanını qarışdıran aşbazlar diqqəti cəlb edir.Onlardan bir qədər aralıda qəssablar ağacdan asılmış qoyun cəmdəklərini soymaqla məşğuldur-lar.

Hüseynqulu xan və Ağa Məhəmməd xan baxçanın ortasındakı hovuzun

yanında qurulan çardağa döşənmiş döşəklərin üstündə,mütəkkələrə dirsəklənərək əyləşmişlər.Hüseynqulu xan sulu qəlyan çəkə-çəkə:

-Əziz qardaşım,çox təəssüf ki,anamız bu xoş günü görə bilmədi.Ölən günə qədər hey sənin həsrətinlə qovrulub yandı,yaxıldı.Adın bir an da dilindən düşmədi.Mənim toyumda da, Xanbaba doğulanda da üzü gülmədi.Sənin başına gəlmiş faciənin xəbəri gələn gün yorğan-döşəyə düşdü,çox çəkmədi,canını tapşırdı.

Ağa Məhəmməd göz yaşlarını zorla boğaraq:

-Zavallı anam mənim...

Bu dəm Hüseynqulu xanın zövcəsi qardaşlara yaxınlaşaraq optaya süfrə sərir,süfrəyə böyük məcmeyidə doğranmış qovun-qarpız qoyur.

Ağa Məhəmməd xan:

-Gəlin bacı, bizəhmət, Xanbabanı gətir,əmi-qardaşoğlu bir az da oyna-yaq, əmisinə isinişsin.

-Vallah elə indicə yuxuya gedib,oyananda gətirərəm.

Xanım bu sözləri deyib uzaqlaşır.

Hüseynqulu xan:

-Oynamağa ,mehribanlıq etməyə,inşallah,vaxtınız çox olacaq.

Ağa Məhəmməd xan:

-İnşallah.İndi məni yalnız bir məsələ düşündürür-Kərim xan Zənddən

intiqamımzı almaq!

Hüseynqulu xan:

-Bunun üçün çox güclü olmalıyıq və Allaha şükürlər olsun ki, artıq əv-vəlkindən çox-çox güclüyük.Damğana hakim təyin edilər-edilməz,yuxarıbaş tayfa-sı ilə danışıqlara başladm.Sağ olsun yuxarıbaşlıların yeni rəisi Kamaləli bəy,səsi-mə səs verdi.Aşağıbaş tayfası ilə yuxarıbaş tayfası arasnda onillərlə davam etmiş

düşmənçiliyə son qoya bildik.İndi bütün Xorasanda,Türkmənsəhrada,Gilan və Ma-

zandaranda Qacar elinin qarşısına çıxa biləcək bir qüvvə yoxdur...

Hüseynqulu xan qəlyandan dərin bir qullab alır:

-...Əfşar elinin başda gələn böyüklərinin çoxu bizi dəstəkləyir.Dəstəklə-

məyənlər isə Nadir şah dövrünün ab-havası başlarından çıxmayan və dövrün nəbzi-ni tuta bilməyən kiçik bir dəstədir ki, gec-tez onlar da bizimlə bir olmaqdan başqa çarə olmadığını anlayacaqlar.Artıq Astarabad hakimi Dəvəlu xanın ordu əmrləri də Qacar eli ilə gizli-gizli həmrəylik nümayiş etdirirlər.Yəni bu gün hərəkətə keçsək ən qısa müddətdə təkcə Astarabada deyil, bütün Xorasana,eləcə də Gilan və Ma-zandarana hakim ola bilərik.Bu üç vilayətin bir illik vergisi yetər ki, böyük bir ordu yaradıb Kərim xanın taxt-tacını başına devirək.

Qardaşı danışdıqca ara-bir qovundan,qarpızdan yeyən,fəqət onu çox diq-qətlə dinləyən Ağa Məhəmməd xan :

-Məndə olan məlumata görə,Həm Şirazda,həm də əyalətlərdə Kərim xandan narazılıq artır.Yerli vali və hakimlərdən mərkəzi hakimiyyətə tabe olmaq

cəsarəti göstərənlərin sayı artır.Şahınsa onları cəzalandırmaq üçün qoşunu yetmir.

Hüseynqulu xan:

-Məlumatın doğrudur.Şaha asi olanlardan biri də Dəvəlu xandır.Vergi verməkdən imtina edir.

Ağa Məhəmməd xan:

-Yeri gəlmişkən, İran şahının eşikağası Abbasəli bəy xahiş etdi sənə

çatdırım ki,qulluğunda durmağa və saraydakı gözün və qulağın olmağa hazırdır.

Məncə,bunun özü çox şeydən xəbər verir.

Hüseynqulu xan:

-Sənin şərəfinə təşkil etdiyim ziyafətə Qacar elinin bütün öndə gələn şəxslərini dəvət etmişəm.Gərək bütün məsələləri yaxşi-yaxşı götür-qoy edək.Sə-nin əsirlikdən qurtulman əl-qolumu açdı.İndi iki qardaş əl-ələ verib çox böyük iş-

lər görəcəyik.

***


Kamaləli bəyin səsi Ağa Məhəmməd şahı xəyallardan ayrılmağa məc-bur edir:

-Şahım,müjdə!!!

Ağa Məhəmməd şah:

-Söylə,müjdənin əvəzi bir saniyə də gecikməz!

Kamaləli bəy:

-İndicə xoş bir məlumat aldıq.Lütfəli xan Şirazı alandan sonra Kərim xan Zənd beş yüz əsgəri ilə İsfshana sığınmaq istəyib,fəqət Nəcəf xan Zənd qapı-ları onun üzünə açmayıb.İndi o,yorğun-arğın Həmədan istiqamətində hərəkət edir. Əgər cəld hərəkət etsək, onun onun yolunu kəsib,işini bitirə bilərik.

Şah:

-Bu xoş müjdənə görə barəndə çoxdan düşündüyüm işə artıq qərarımı



verdim. Sən bu gündən Xorasan valisisən.Təcili hazırlıq görün! Səfərə çıxırıq!

Kamaləli bəy “ baş üstə”-deyib,atını çapır.Şah isə yenidən xəyallar alə-

minə qayıdır.

***


Hüseynqulu xanın sarayı.Xan taxtın yanında əyan-əşrəfinin əhatəsində

ayaq üstə durub.Sağ tərəfində gənc Ağa Məhəmməd xan,sol tərəfində isə Kamaləli bəy dayaniblar.Birincinin əlində bahalı daş-qaşlarla bəzədilmiş qızıl tac ,digərinin əlində isə hakimiyyət rəmzi olan qızıl toppuz var.

Hüseynqulu xan:

-Ağalar!Qardaşlarım!

Sizin hər birinizin səyi və şücaəti sayəsində bu gün Qacar elinin haki-miyyət dairəsi bütün Xorasn,Mazandaran və Gilanı əhatə etməkdədir və sahib olduğumuz donanma Xəzər dənizində Dərbənddən Qaraboğazqola qədər böyük

bir sahəni nəzarətdə saxlayır.Məsləhət-məşvərət edərək birlikdə gəldiyimz qərara

əsaslanaraq bəyan edirəm ki,bu gündən etibarən hökmümüz altında olan ərazilər

İran şahı Kərim xan Zəndə tabe deyildir və öz müstəqil şahına sahibdir.

Ağa Məhəmməd xan əlindəki tacı qardaşının başina qoyur və deyir:

-Bu gündən xanımız Hüseynqulu xan şahdır və o,səltənəti Cavansuz şah

adı ilə idarə edəcəkdir.

Kamaləli bəy qızıl toppuzu Hüseynqulu xana verir və ucadan deyir:

-Cavansuz şaha eşq olsun!

Hamı təkrar edir:

-Eşq olsun!

Ağa Məhəmməd xan:

-Hakimiyyəti bütün dünyaya yayılsın!

Hamı:


-Bütün dünyaya yayılsın!

Ağa Məhəmməd xan və Kamaləli bəy şahın qollarına girib onu taxta qə-

dər müşaiyət edir və taxta əyləşdirirlər.

Mərasim iştirakçıları bir nəfər kimi şaha təzim edirlər.

***

Zindanın məhbusları dindirmə otağı.Mirzə Əliməmməd və Məlik-Yeqa-nov üzbəüz otürmuşlar.Məlik-Yeqanov danışır,xəfiyyəbaşı diqqətlə qulaq asır:



-Bu işlərə nə Yusif Əmin,nə də mən başlamamışıq.Bizdən təxminən yüz il öncə,Hüseyn şah Səfəvinin hakimiyyəti dövründə Oriy adlı bir erməni başlala-mışdır.Biz, olsa-olsa, onun ardıcılları hesab oluna bilərik.Firdovsi öz“Şahnamə”-sində farslar üçün İran dövləti arzu və hədəfini yaratdığı kimi,Oriy də bizlərin qəl-

bində və şüurunda bir erməni dövləti arzusunu alovlandırmışdır.Onun arzusu Van

və Ağrı ətrafında kiçik bir Ermənistan yaratmaq idi.Bu məqsədini gerçəklişdirə bil-

mək üçün o,Firəngistandan Urusiyətə qədər bir çox ölkələri gəzməli olmuşdu.Ən

sonda o,Dəli Petronun diqqətini özünə və erməni məsələsinə cəlb edə bildi.Petronu

başa saldı ki,urusların Osmanlı vəAzərbaycan səltənətlərinə yönəlik hədəflərinin həyata keçirilməsində isəvi ermənilər onların ən yaxın köməkçisi ola bilər.

Mirzə Əliməmməd:

-Bunlar mənə məlumdur.Petronun Osmanlı və Azərbaycan padşahlarına

məktub yazaraq erməniləri himayə etdiyimdən də xəbərdaram.Sən sağ qalmaq istəyirsənsə,mənə bu gündən və öz fəaliyyətlərindən danış.

Həmsöhbətinin susduğunu görən Mirzə Əliməmməd yanındakı zınqrovu

əlinə götürüb silkələyir və deyir:

-Düşünmək üçün bir gün vaxtın var.Ya xoşluqla danışacaqsan,ya da zor-la danışdıracağam.Birinci halda,bəlkə,sağ qalmaq imkanın da oldu.

Sözün bu yerində keşikçilər içəri girirlər.

Xəfiyyəbaşı üzünü onlara tutur:

-Aparın ona falaqqaları və manqalları göstərin,sonra da öz qəfəsinə sa-lın,fikirləşsin. O təbrizli balasına da deyin,yanıma gəlsin.

***


İbrahimxəlil xanın məşvərət otağı.Xan taxtda əyləşib.Solunda Vaqif,sağ tərəfində isə isə Kələntər Ağası bəy oturmuşlar.

Qarşı tərəfdə,onlarla üzbəüz diz üstə oturan beş erməni məliyi yer almış-

dır.Məliklərin sifətindən həyacan və qorxu yağır.

İbrahimxəlil xan:

-Əldə olan məlumata görə,bəzi ermənilər əlbir olaraq,İrəvan və Qarabağ

xanlıqlarının ərazisində erməni xanlığı yaratmaq xülyasına düşüblər və bu məqsəd-lə urus padşahı ilə gizli sövdələşməyə də giriblər.Dünən geçə onlardan ikisi Qara- bağa gəlməliymiş...İngilis cəsusu Yusif Əmin və urus padşahının xüsusi nümayən-dəsi Məlik-Yeqanov...Məlik-Yeqanovu həbs etmişik və indi xanlığımızın xəfiyyə-başısı Mirzə Əliməmməd ağa onu dindirir.Yusif Əmin isə artıq it kimi gəbərib.Dü-şünürəm ki,bir müddət sonra biz indi bildiyimizdən daha çox şey biləcəyik.Ola bil-

sin ki,sizlərdən də kimlərinsə onlarla əlaqədə olduğunu təsbit etdik.Bu zaman sizi

nəyin gözlədiyihi bilirsiz.

Sizi saraya dəvət etməkdə məqsədim mən təsbit etməmişdən öncə hər birinizə məlum olanlar barədə məlumat almaqdır.Səmimi olanların,günahlarını eti-

raf edənlərin günahını bağışlayacağam,necə ki,Ohan keşişi bağışladım.İndi sizi dinləyirəm.Hətəm Məlik,səndən başlayaq.

Hətəm Məlik ayağa qalxaraq:

-Xan sağ olsun,məlumunuz olsun ki,mən Çiləbördün məliyi olsam da,əs-lim-köküm erməni deyil.Ata-babalarım da Qarabağa Şirvandan köçmüşlər.Onlar alban,daha dəqiq desəm,qıpçaq-qarqar soyundan idilər.Biz,qıpçaq-qarqarlar da si-zin kimi türk soyluyuq. Bizi ermənilərlə yalnız dinimiz birləşdirir. Çiləbördün ya-rıdan çoxu qıpçaq əsillidir.Gənclər unutsa da qocalar bu günə qədər qıpçaq dilin-

də danışırlar. And verirəm müsəlmanların və xaçpərəstlərin bir olan Tanrısına ki, mənim bütün bunlardan heç bir xəbərim yoxdur.

Xan:


Yaxşı otur.Usub Məlik,səni dinləyirəm.

Hətəm Məlik oturur,əvəzində isə Usub Məlik qalxır və deyir:

-Xan sağ olsun,mən də Hətəm Məlik kimi,Şirvandan Qarabağa köçən xaçpərəst qıpçaq-qarqarların nəslindənəm. “Kitabi-Dədə Qorqud”da haqqında söz

açılan Qıpçaq Məlik mənim ulu babam olub...

İbrahimxəlil xan onun sözünü kəsərək Vaqifdən soruşur:

-O nə kitabdır elə?

Molla Pənah:

-Azərbaycanın ən qədim sakinlərindən-oğuz və qıpçaq türklərinin həya-tından bəhs edən bir kitabdır.Həzrət Peyğəmbərimiz dövründə yaşamış Dədə Qor-qud adlı bir el ozanı qələmə almışdır.

Xan:

-Davam et!



Usub Məlik:

-Bizim Gülüstanda da Van və Ağrı tərəflərdən gəlmiş ermənilər çox az-

dır.Əksəriyyət qarqar qıpçaqlarının nəsilləridir.Doğrudur,bizdə də artıq gənc nəsil

qıpçaq dilində danışmır,amma bütün qədimi dini kitablarımız bu dildədir.Onları yalnız qocalarımız,bir də alban keşişləri oxuya bilir...

Xan yenə onun sözünü kəsərək Vaqifdən soruşur:

-Bu qıpçaq dili deyilən şey nədir,axı?

Molla pənah:

-Türk dilinin bizimkindən və cığatay ləhcəsindən fərqli bir ləhcəsidir.Qa-

zi-Qumuq xanlığının əhalisi bu ləhcədə danışır.Onları“Ağ Xəzər” də adlandırırlar.

Xan:


-Hə, indi başa düşdüm.(Üzünü Usub Məlikə tutaraq) Davam et!

Usub Məlik:

-Ermənilər bizə həm qarqar, həm də“Akxazur”,yəni“Ağ Xəzər”deyirlər. Rəbbimiz İsaya and olsun ki,mənim də bütün bunlardan xəbərim yox-dur.

Xan:


-Yaxşı,otur!(Usub Məlik oturur,xan isə üzünü Allahqulu Məliyə tutur) Allahqulu Məlik,sən nə deyəcəksən?

Allahqulu Məlik:

-Mən də erməni deyiləm.Albanam,amma qıpçaq-qarqar yox,udinlərdə-nəm...

Xan Vaqifdən soruşur:

-Udin nə deməkdir?

Molla Pənah:

-Qəbələ ətrafında yaşayan çox kiçik bir xalqdır.Öz ayrıca dilləri var,ləz-gi dilinə oxşayır...

***


Mirzə Əliməmməd və Mahmud dar bir küçə ilə söhbət edə-edə piyada gedirlər.Arxalarınca xəfiyyəbaşının atının yüyənini çəkən bir keşikçi gəlir.

Mirzə Əliməmməd:

Deməli,deyirsən ki,Təbrizdə uzun müddət göyərçin saxlamısan.

Mahmud:


-Bəli.

Mirzə Əliməməd:

-Gəlsənə,mənimlə işləyəsən.Məvacibin indikindən üç dəfə artıq olcaq,

səni xəzinə hesabına evlə təmin edərik.At da verərik,daha piyada gəzməzsən.Sən də mənə iki yüz-üç yüz göyərçin yetişdirərsən.Bir nəfər də köməkçi verərik.Hə,nə

deyirsən?

Mahmud:


-Allah sizdən razı olsun.Əlbəttə ki,razıyam.Olarmı ki,köməkçini özüm seçim?

Mirzə Əliməmməd:

-Hə, nə olar? Madam ki,belə istəyirsən,özün seç.

***


Ibrahimxəlil xanın sarayının bağçası.Kiçikbəyim,Məmməd bəy və Qə-dimi hovuzun kənarında oturmuşlar.Məmməd bəy danışır,o biriləri dinləyirlər.

Məmməd bəy:

-Dediyim kimi,artıq altı nəfərik.Qasımın dediyinə görə,təqribən iki həf-tə sonra vəzirin dostu,böyük şair Molla Vəli Vidadi Qarabağa gəlir.Vəzirin evində böyük qonaqlıq olacaq.Təbii ki,biz də orada olacağıq.O biri iki gənc də gələcək. İmkan tapıb birlikdə görüşərik,bundan sonra nə etməli olduğumuzu müzakirə edə-rik.

Qədimi:


-Razı olsaydız,bir-iki dost-tanışla da söhbət edərdim.Hər halda,mənim tanıdıqlarım sizinkindən qat-qat çoxdur.Təcrübə də onun kimi.

Kiçikbəyim:

-Əlbəttə ki,söhbət et.Tərəfdarımız nə qədər çox olsa,o qədər yaxşıdır. Amma ehtiyatlı ol.

Qədimi:


-Təbii ki,ehtiyatlı olacağam.Yəni deyirsən,ürəyimdən dar ağacı keçir.

Yox,mən hələ yaşamaq istəyirəm.

Bu sözlərdən sonra həmsöhbətlər bir-birinə qoşulub gülüşürlər.

***


İbrahimxəlil xanın məşvərət otağı.Məşvərət davam edir.Sıra Şahnəzər

Məliyə çatmışdır.O,ayaq üstə durub:

-Mən Göyçədən köçmüş albanlardanam,amma nə qarqar,nə də udinəm. Biz, Zəngəzur müsəlmanları və göyçəlilər kimi,türkmanıq.Ermənilər bizə tarkman deyirlər. Amma xaçpərəstik.Dilimiz sizinlə bir olduğu üçün gənclərimiz də öz dil-lərini bilirlər.Üstəlik erməni dilini də bilirlər.Din dərslərini erməni dilində alırlar.Erməni dili bütün albanlar üçün ortaq ibadət dilinə çevrilib.İbadətimizi bu dildə edirik. İncilə and olsun ki,mənim də xəbərim yoxdur.


Yüklə 2,1 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin