Bəxtiyar Tuncay
AĞA MƏHƏMMƏD ŞAH QACAR VƏ YA TALEYİN QARA ULDUZU
KİNOSSENARİ
(Yusif Vəzir Çəmənzəminlinin “İki od arasında” və Jan Gevrin “Xacə şah” romanlarının motivləri əsasında)
Bakı-2007
1-CI SERIYA
ÖLÜM HÖKMÜ
Üfüqdə ilk qızartılar.Dan yeri yenicə sökülməyə başlayır.Ara-bir xoruz
səsləri eşidilir.Ətrafa ala-toranlıq hakimdir.Xoruz səslərini açılan dəmir darvazala-
rın boğuq səs-küyü əvəz edir.
Şuşanın yenicə açılmış darvaza qapıları.Hər iki tərəfdə əli nizəli keşikçi-lər durublar.İç tərəfdən darvazaya 15-20 silahlı nökərin müşayiət etdiyi, üstlərində kacəvələr olan iki dəvə yaxınlaşır.Yanaşı gedən dəvələrin ipləri nökərlərin atlarına
bağlanmışdır.Süvarilərdən başqa yüyənli-yəhərli,fəqət süvarisiz daha iki at diqqəti
çəkir. Onlar keşikçilərin bərabərinə çatdıqda, nökərlər və keşikçilər bir - birilərini səssiz, əllərini ürəklərinin üstünə qoymaqla salamlayırlar.Bu səssizliyi sağdakı kə-cavənin pərdələrini aralayaraq boylanan Şahnisə xanım pozur:
-Sabahınız xeyir, uşaqlar!
Keşikçilər yer-yerdən “Aqibətiniz xeyir!”, ”Neçə belə xeyirli sabahlara
çıxasınız!”-deyə cavab verirlər.
O biri kəcavədən boylanan Kiçikbəyim xanım:
-Bayramınız mübarək!
Keşikçilər eyni qayda üzrə “Çox sağ olun, Kiçikbəyim xanım!”, “Sizin də bayramınız mübarək!”, “Allah sizdən razı olsun!”, “Neçə - neçə bayramlar görəsiniz!”-deyirlər. Dəvələr və atlılar darvazadan çıxdıqdan sonra biri gənc , digəri yaşlı
iki keşikçi qapıları bağlayaraq cəftəni çəkirlər. Gənc keşikçi yaşlıdan soruşur:
-Bu xanımlar kim idi?
Yaşlı keşikçi:
-Biri İbrahimxəlil xanın zövcələrindən Şahnisə xanım, o birisi isə qızı Kiçikbəyim xanımdır.
Mahmud adlı gənc keşikçi:
-Aman, Allahım! Siz qarabağlılar nə qədər də mehriban və gözəl insan-
larsınız! Baba, harada görünüb ki, xanın zövcəsi və qızı nökər - qaraya bu cür xoş
rəftar etsin, bu qədər isti münasibət göstərsin?
Gəncin bu sözləri digər keşikçilərin gülüşünə səbəb olur.
Mahmud:
-Baba,bunda gülməli bir şey yoxdur.Təbrizdə, Tehranda, İsfahanda, Məşhəddə belə şey görə bilməzsən. Rəiyyətlə elə davranırlar ki , sanki , qarşısındakı insan yox, heyvandır.Yalnız elatlar istisnadır. Onlarda xan-bəylə adi çoban bir süfrədə çörək yeyir , heç kim heç kimə baş əymir . Hamı bərabərdir . Qadınları da başlarını örtmürlər, onlar da kişilərlə bərabər at çapır, güllə atır, ova və hərbə gedirlər.
Səraslan adlı yaşlı keşikçi:
-Bizim elatlar da elədir. Amma şəhərlərdə vəziyyət başqa cürdür.
***
Şuşa şəhərinin kənarları. Hava artıq bir qədər işıqlanmışdır. Şəhəri tərk etmiş yolçular yollarına davam edirlər. Kiçikbəyim öz kəcavəsindən anasının kəcavəsinə tərəf boylanaraq:
-Anacan, olar mən kəcavədən enib ata minim?
Şahnisə xanım:
-Daha neyləyək, bu gün bayramdır deyə, xahişinə əməl etməyə məcburuq.
Minə bilərsən.
Qədimi cəld boş gedən atlardan birinin yüyənini açaraq onu dəvənin yanına gətirir və qiza kəcavədən enib ata minməyə kömək edir və deyir:
-Hə, ay qara qız, deyəsən, yorulmusan.Yorğunluğun bənizinin rənginin qaçmasından hiss olunur. Axşam sənə demədimmi, az oyna, az atıl-düş? Sənsə sö-
zümə heç bir məhəl qoymadın.
Kiçikbəyim xanım:
-Qədimi əmi, Şuşanın indicə çıxdığımız darvazası nə üçün “ Gəncə qapısı” adlanır?
Qədimi:
-Çünkü həmin darvazanın səmti Gəncə istiqamətindədir. Şuşadan Gəncə-yə uzanan karvan yolu o qapılardan başlayır. Gəncədən gələn karvanlar da şəhəri -mizə oradan daxil olurlar.
Qız şəhadət barmağını Topxana tərəfə uzadaraq soruşur:
-Bəs, buranın adı niyə Topxanadır?
Qədimi:
-Bax, xanım, təqribən 20 il əvvəl Fətəli xan Əfşar o döşdən tutmuş Şuşa
dərələrinə qədər hər tərəfi qoşunla doldurmuşdu. Ağzı yuxarı qalaya tərəf daraşmışdılar. Rəhmətlik Pənahəli xan toplara od qoydurdu, bütün yer - göy lərzəyə gəldi. Gəncə qapıları açıldı , şəhərdən çıxıb hücuma keçdik. Fətəli xan Əfşar bu yerləri o tərk edən oldu... O vaxtdan da bu yerin adı “Topxana” qalıb.
Şahnisə xanım sualları ilə qocanı yoran qızını məzəmmət edir:
-Bəs deyilmi, qızım? Axı ,suallarınla onu yorursan.
Kiçikbəyim:
-Ay ana, bayram ildə bir dəfə olur. İndi də deyib-danışmasam, bəs, nə vaxt danışacağam?
Qədimi:
-Qurbanın olum, ay xanım,onun indi deyib-danışan, gülən-əylənən vaxtı-dır. Bilmək, öyrənmək istəyir.
***
Molla Pənah Vaqifin evi. Vaqif xırda rəngli şüşələrdən şəbəkə formasın-da quraşdırılmış pəncərələri taybatay açaraq uzaqda görünən başı qarlı-dumanlı Murov dağını seyr edir . Kadr arxasından açılan qələmkar pərdələrin səsi eşidilir.
Vaqif səsə geri boylanır. İçəri girənin oğlu Qasım olduğunu görür. Qasım atasına yaxınlaşaraq onun əlini öpür və deyir:
-Bayramın mübarək!
-Səninlə birlikdə, oğlum , neçə belə bayramlara çıxasan! Böyük oğlan olasan, xoşbəxt olasan!
Qasım:
-Ata, dostlarımla Cıdır düzünə getmək istəyirik. Gəldim icazə alam.
Vaqif:
-Əlbəttə ki, get. Bayram günü də getməyib, nə zaman gedəcəksən?
Qasım “Çox sağ ol!” deyib otaqdan çıxır. O, çıxar-çıxmaz, Qızxanım da-
xil olur. Bir qədər kök və qabarıq sinəli olan Qızxanım kəlağayıya bürünmüşdür. Kəlağayısının altından eşiyə çıxan qara zülfləri, əyninə geydiyi məxməri tuman-köynək, sinəsinə taxdığı qızıl sinəbənd onu daha da gözəlləşdirməkdədir.
Qızxanım:
-Qasım yenə də məndən qabağa düşdü. Səni məndən daha tez təbrik etdi.
Vaqif:
-Demək ki, oğlum məni arvadımın sevdiyindən daha çox sevir. Uşağa bayram xərcliyi verməyi də unutdum.
Qızxanım:
-Fikir etmə, mən verdim.
Vaqif:
-Deməli,sənə nəzərdə tutduğumun iki misli qədər verməliyəm. Nə isə,
Qızxanım xanım, bayramın mübarək!
Qızxanım:
-Vay, başıma xeyir, sən də məni qabaqladın.
Vaqif:
-Demək, mən səni daha çox sevirəm.
Qızxanım bir qədər incik, bir qədər də istehzalı şəkildə deyir:
-Sən bunu hər gecə artıqlaması ilə sübut edirsən.
Vaqif gülümsəyərək:
-Axı, sənə neçə dəfə deyim, mən dövlət məmuruyam, bu boyda xanlığın
vəziriyəm, işim çox olur. Bunu başa düşmək o qədərmi çətindir?
Qızxanım:
-Həmişə başım söhbətə qarışır , əsas məsələ yadmdan çıxır. Neçə belə bayramlara çıxasan! Allah səni üstümüzdən əksik etməsin.
Vaqif sol əli ilə Qızxanımın sağ əlini özünə tərəf çəkir, sağ əlini cibinə salıb qalın bir qızıl qolbaq çıxardır, zövcəsinin qoluna taxır:
-Hə, necədir, xoşuna gəldimi?
Qızxanım:
-Çox sağ ol, çox gözəldir.
O, pəncərəyə yaxınlaşaraq qolunu günəşə tərəf tutur . Qolbaq günəşin
şüaları altında bərq vuraraq par-par parıldamağa başlayır.Qızxanım sevinclə:
-Bax,gör necə parıldayır.
Vaqif :
-Sən bundan daha yaxşısına layiqsən.
***
Şahnisə və Kiçikbəyim onları müşayiət edən silahlı nökərlərlə birlikdə
meşəarası yolla yollarına davam edirlər. Şahnisə xanım əvvəlki kimi kəcavədə, Ki-
çikbəyim xanım isə at belindədir.
Şahnisə xanım Qədimiyə müraciətlə:
-Ay Qədimi, deyirsən ki, Şuşanın Gəncə qapısı açıldı və siz də aslanlar kimi hücuma keçib Fətəli xan Əfşarı bu yerlərdən qovdunuz, bəs, necə oldu ki, gedəndə İbrahimxəlil xanı da özü ilə girov aparmışdı?
Qədimi:
-Vallah, xanım, Fətəli xan Əfşar qasid yollayaraq, şirin dil tökdü, dedi ki, qızımı Pənahəli xanın oğlu İbrahimxəlil xana vermək istəyirəm. Biz də inandıq, İbrahim xana qoşulub Xocalı düzünə barışığa getdik. Qoyunlar kəsildi, qazanlar asıldı, aşıqlar deyib, oxudu. Məclisin ən şirin yerində sözündən döndü,İbrahimxəlil xanı da, bizi də girov götürüb özü ilə apardı.
Kiçikbəyim qəh-qəhə çəkərək:
-Demək ki, bayaq öz qəhrəmanlıqların barədə dediklərin gop imiş.
Şahnisə xanım da qızına qoşulub gülür. Nökərlər də qəh-qəhə çəkirlər.
Yaranmış vəziyyətdən pərt olan və pərtliyini gizlədə bilməyən Qədimi
öskürməyə başlayır.
Şahnisə xanım Qədimini düşdüyü xoşagəlməz vəziyyətdən çıxarmaq üçün deyir:
-Öskürməyindən belə görünür ki, çoxdandır, çubuğunu çəkməmisən.
utanma, doldur çək.
Bu təklif Qədiminin ürəyincə olsa da, tərəddüd edir:
-Yox, xanım, sizə hörmətsizlik olar. Məni xəcalətli etməyin.
Bu yerdə söhbətə müdaxilə edən Kiçikbəyim deyir:
-Hörmətsizlik filan olmaz, heç bir xəcaləti də yoxdur.
Qədimi “Allah sizdən razı olsun”-deyərək, atının sürətini yavaşıdıb ar-
xaya qalır və çubuğuna od vurur.
Kiçikbəyim atını anasının kəcavəsinə yaxınlaşdırarq soruşur:
-Anacan, atam və Qədimi əmi girov götürüldükdən sonra nə baş verdi?
Şahnisə:
-Atanın girov götürülməsi xəbəri babana çatan kimi qoşunu ilə birlikdə Fətəli xan Əfşarın dalınca düşdü, yolda Kərim xan Zəndlə rastlaşdı. Bu həmin Kərim xan idi ki, bu gün Şirazda özünü şah , hökmü altında olan torpaqları da İran dövləti elan edib.Babanın qoşunu ilə Kərim xan Zəndin qoşunu birləşir və onlar birlikdə Fətəli xan Əfşara çataraq ona qalib gəlirlər.Beləcə,Pənah xan oğlu İbra-himxəlili xilas edir.
Kiçikbəyim:
-Doğrudur ki,Urmiyə xanı Fətəli xan Əfşar Azərbaycanı birləşdirmək is-
təyirdi,babamdan və Şəki xanından başqa bütün o biri xanlar ona tabe olmuşdular?
Şahnisə:
-Nə bilim,qızım,belə deyirlər.Deyilənlərə görə,qubalı Fətəli xan da Azər-
baycanın bütün xanlıqlqrını birləşdirməyə səy edirdi.Ona qarşı da yalnız Şəki və Qarabağ xanları çıxış edirdilər.
Kiçikbəyim:
-Babam nə üçün belə edirdi?Məgər o,Azərbaycanın birliyini istəmirdi?
Şahnisə:
-İstəməyinə istəyirdi,amma başqa xanlara tabe olmaq istəmirdi.O,Çin-
giz xanın nəslindən olduğu üçün fikirləşirdi ki,xanlar xanı,yəni padşah olmaq onun
haqqıdır.
***
Molla Pənah Vaqifin evi.Vaqif yenə də açıq pəncərədən Murov dağına tamaşa edir və öz-özünə deyir:
-Vətənimizin əzəmət rəmzi Murov,sən əvvəlki kimi əzəmətlisən,amma Azərbaycanın əvvəlki qüdrətindən əsər-əlamət qalmayb.Nadir şahın ölümü ilə Və-
tənin əski əzəməti də qeyb oldu.
Qələmkar pərdənin səsi onu fikrindən ayırır o,səs gələn istiqamətə dö-nür və içəri boylanan qoca nökərin keçəl başını görür.
Nökər:
-Ağa, Mirzə Əliməmməd ağa təşrif gətirib.
Vaqif:
-Buyursun,buyursun.
Nökərin başı pərdənin arxasnda itir.Vaqif pərdəli qapıya yaxınlaşır. O, pəncərənin yanından qapıya doğru addımladıqca ekranda evin interyerinin bəzi detalları-divarda xalça üzərindən asılmış saz,səliqəli kitab rəfləri və s.,eləcə də, evin bir küncündə sərilmiş, üstündə səməni və bayram şiriniyyatları olan süfrə gö-zə dəyir.Molla Pənahın qapıya çatması ilə nökərin kadr arxasından səslənən “Bu-yurun” sözlərinin eşidilməsi və Əliməmmədin içəri girməsi bir olur.Uca boylu, saqqalına dən düşmüş adam olan bu qonaq əlini qoynuna qoyaraq:
-Əssəlamu əleyküm.
Vaqif:
-Və əleykəssəlam.Xoş gəldin!
Mirzə Əliməmməd:
-Bayramın mübarək!
Vaqif:
-Səninlə belə.Buyur süfrə başına!
Molla Pənah qonağı ilə birlikdə süfrənin ətrafında üz-üzə bardaş qurur-lar.
Mirzə Əliməmməd:
-Sənə də əziyyət verdim.
Vaqif:
-Əstəfrullah,o nə demək?Peyğəmbər övladlarına hörmət və ehtiram bor-cumuzdur.Xəfiyyəbaşına ehtiram isə ikiqat borcunuzdur. Buyur,ağzını şirin elə.
Mirzə Əliməmməd süfrədəkiləri,indi görürmüş kimi qəribə bir mimika edərək:
-Bəh-bəh-bəh!Allah süfrənizi həmişə bol və açıq eləsin.Dövlət məmuru olasan,süfrə olsun,özün bilirsən də...Harada aş,orada başıq.
Mənə çox maraqlıdır, sən mahalımızın ən tanınan və sevilən şairisən.Bu gün Azərbaycanda və türklərin yaşadıqları digər məmləkətlərdə Molla Pənah Vaqi-fin adını eşitməyən yoxdur.Sənin üçün vəzir məqamı daha əhəmiyyətlidir,yoxsa şa-irlik?
Bu sözlərdən sonra Mirzə Əliməmməd süfrədən bir şəkərbura götürərək dişləyir və gözlərini həmsöhbətinin gözlərinə dikir.Vaqif isə bir anlığa fikrə gedir, sanki,bu sualı gözləmirdi.Bir qədər düşündükdən sonra deyir:
-Vallah,bu barədə heç vaxt düşünməmişəm,ona görə də cavab verməyə
çətinlik çəkirəm.Amma bu da var ki,xan məni özünə vəzir etməmişdən öncə artıq şair idim.Söz-saz sənətinə sevgim uşaqlıq dövründə yaranmışdı,onda yatıb yuxum-da da görə biməzdim ki, bir vaxt İbrahimxəlil xanın vəziri olacağam.Nə isə...Sazın öz yeri,öz ləzzəti var,dövlət məqamının da öz yeri,öz hikməti var.
Bu məqamda içəri girən nökər süfrəyə iki fincan qəhvə qoyur.Vaqif qəh-vəninin ətrini burnuna çəkərək:
-Yəmən qəhvəsidir.Xüsusi olaraq Təbrizdən gətirtmişəm.Çox keyfiyyətli maldır.
Mirzə Əliməmməd:
-Bəh-bəh-bəh!
Nökər:
-Ağa,Mirzə Əliməmməd ağanın qardaşı Xanməmməd ağa təşrif gətirib.
Bu xəbəri eşidən Mirzə Əliməmmədin başına elə bil, qaynar su tökür-lər,öncəki xoş ovqatından əsər-əlamət qalmır.Bu hal şairin gözündən qaçmır.O,qo-
nağını mənalı-mənalı süzərək nökərə:
-Buyursun gəlsin!(Kadr arxasında zurna və nağara sədaları eşidilməyə
başlayır.) Başladı.
Nökər otağı tərk edir.
***
Şuşanın Gəncə qapıları taybatay açıqdir.Darvazanın hər iki tərəfində ke-şikçilərlə yanaşı zurnaçılar və nağaraçılar düzülərək şən rəqs havası ifa edirlər. Əl-əlvan libaslara bürünmüş şəhər əhalisi,kimi at belində,kimi arabalarda,kimi də-vələrə yüklənmiş kəcavələrdə,kimi də piyada darvazadan şəhər dışına axışırlar.
Mahmud Səraslandan soruşur:
-Səraslan dayı, bu qədər adam hara gedir?
Səraslan:
-Cıdır düzünə.Ətraf kəndlərin camaatı da ora gələcək,xalq elliklə Nov-
ruzu bayram edəcək.
Mahmud:
-Xoruz döyüşü də olacaqmı?
Səraslan özünü gülməkdən güçlə saxlayaraq:
-Xoruz döyüşü də olacaq,qoç döyüşü də,buğa döyüşü də,hələ üstəlik dəvə döyüşü də.
Mahmud:
-Bizdə,Təbrizdə də olur.
Səraslan:
-Mahmud,sən nə gülməli adamsan.Belə də olmalıdır da.Elə danışırsan ki, sanki,siz azərbaycanlısız,biz yox və ya biz türkük,siz yox.Bir millətin bir adəti olar da...
Mahmud:
-Ay dayı,baş ağrısı olmasın,bir sualım da var.Təbrizdə söz-söhbət var ki,
İbrahimxəlil xan Çingiz xanın nəvəsi Hülakü xanın nəslindəndir.Bu doğrudur?
Səraslan:
-Bəli,tamamilə doğrudur.Xanımız türklərin ən şərəfli soylarından birinə
mənsubdur.Rəşidəddinin və Əbülqazinin yazdıqlarına görə Çingiz xan Oğuz xanın,
Oğuz xan isə Nuh əleyhissəlamın oğlu Olcayın,yəni Yafəsin soyundan idi.Bax,be-
lə,xanımızın şəcərəsi Həzrət Nuh peyğəmbərə qədər uzanır.
***
Nökərlərinin müşayiəti ilə yollarına davam edən Şahnisə xanım və Ki-çikbəyim 5-6 evdən ibarət olan və kiçik bir kəndi xatırladan məkana yaxınlaşırlar.
Artıq Şahnisə xanım da kəcavəni tərk etmiş və at belindədir.Çubuğunu çəkib biti-
rən Qədimi də onlarla yanaşı gedir.Digər nökərlərin bir qismi 3-4 metr irəlidə,o bi-
ri qismi isə 3-4 metr arxada hərəkət edirlər.
Kiçikbəyim:
-Nə pis kənddir,evləri də lap tövləyə oxşayır.
Qədimi:
-Düz söylədin,bunlar ev deyil,keçmişdə bura yerli bəylərdən birinin töv-ləsi olub.Burada mal-qara saxlayıblar.İndi isə Ağrı,Van tərəflərdən nökərçilik edib bir-iki quruş para qazanmaq və acından ölən ailələrinə göndərmək üçün Qarabağa gəlmiş ermənilər yaşayırlar.Hamsı da Osmanlı təəbəsidirlər.
Kiçikbəyim:
-Fu!Heç adam da belə yerdə yaşayar?
Qədimi:
-Adam yaşamaz,amma erməni yaşayar.Vallah,xanım,heyvan kimi şeydir-lər.
Kiçikbəyim:
-Mən burada yaşayanları görmək istəyirəm.
Qədimi Şahnisə xanima baxır,o da başınin işarəsi ilə nökərin gözləri ilə verdiyi suala müsbət cavab verir.
Qədimi öndə gedən nökərlərə səslənərək “ Durun”-deyə qışqırır.Hər kəs yerində durur.O,üzünü tövlə-evlərə tərəf tutur və ucadan:
-Ayə,Aşot bura gəl!
Tövlələrdən birinin qapısının cırıltısı eşidilir,ardınca əynində çirkli və yamaqlı çuxa olan Aşot gözə dəyir.O,qaça-qaça gəlib Qədiminin ayaqlarına düşür:
-Xoş gəlmisən,ağa!
Kiçikbəyim qəh-qəhə çəkir:
-Bu nə axmaq adamdır.Qədimiyə baş əyib “ağa”deyir.
Qədimi:
-Mənə yox!Xanıma təzim et!O,İbrahim xanın qızıdır.
Aşot yerdən qalxaraq Kiçikbəyimin atına yaxinlaşır və atın qarşısında diz çökərək alnını yerə qoyur:
-İbrahim xanın özünə də,qızına da,atına da,atının təzəyinə də qurban olum.
Bu sözlər hər tərəfdən qəh-qəhələrin qopmasına səbəb olur.Şahnisə xa-nım qəzəbli halda :
-Bu əbləh təlxəyi rədd edin !
Nökərlərdən ikisi erməniyə yaxınlaşıb,atdan enmədən əyilərək onun qollarından yapışırlar və sürüyərək yolun qırağına atırlar.Qorxudan dili-ağzı quru-yan Aşot cınqırığını belə çıxara bilmir.
-Xanım,onun dərrakəsi bu qədərdir.Onların hamısı belədir.
Kiçikbəyim:
-Amma Ohan keşiş belə deyil.
Qədimi:
-Ohan keşişgil artıq 30-35 ildir ki,Qarabağda yaşayırlar,bizim təəbəliy-imizi də,qanun-qaydalarımızı da,adət-ənənələrimizi də qəbul ediblər.Təzə-təzə gə-ləndə onlar da eynən bunlar kimi idilər.
***
Vaqifin evi. Vaqif və Mirzə Əliməmməd süfrə arxasında əyləşiblər. Bunlardan birincisinin əhvalı yüksək səviyyədədir.İkincisi isə qardaşının gəlməsi
xəbərindən bərk dilxor olmuşdur.Şair soruşur:
-Şəhərdə nə təzə xəbər var.
Əliməmməd qəhvədən bir qurtum içərək:
-Deyilənə görə, dünən Xəzinə qayasından qaydan İbrahimxəlil xanın yo-lu Qurdlar məhəlləsindən keçibmiş.Kələntər Ağası bəy də yanındaymış.Uzun sö-zün qısası , sövdəgər Hacı Kərimin evinin yanından keçəndə gözü onun çəpərin ar-xasında palaz çırpan qızına sataşıb.Xanın qıza gözü düşüb və indi onu almaq istə-yir.Deyirlər,14-15 yaşlarında ay parçası kimi bir qızdır.
Vaqif:
-Belə de...Demək bu yaxınlarda xanın toyunda süzəcəyik.
Sözün bu yerində pərdə çəkilir və Xanməmməd içəri girir:
-Əssəlamu əleyküm.
Molla Pənah:
-Və əleykəssəlam.Xoş gəldin!
Xanməmməd yaxınlaşaraq Vaqifin əllərini sıxır:
-Şair-vəzirin bayramı mübarək!Neçə-neçə belə bayramlara çıxasınız!
Molla Pənah:
-Sənlə birlikdə!Buyur əyləş.(Xanməmməd oturur.) Eşitmisən, deyirlər, xan təzə arvad almağa hazırlaşır?
Xanməmməd:
-İndi bütn Şuşa əhli bu barədə danışır,heç ola bilərmi ki,mənim xəbərim
olmasın? Qızın atası Hacı Kərimlə salam-sağolumuz var.Cox gəvəzə adamdır,xa-nın qaynatası olandan sonra qılıncının sağı da,solu da kəsəcək.Görəsən,Şahnisə xanımın bundan xəbəri varmı?
Mirzə Əliməmməd:
-Xəbəri olsa,etirazmı edəcək?!
***
Şahnisə xanım atlı nökərləri ilə birlikdə dolanbac aşırım yollarla üzü-aşağı enməkdədir.Ən arxada üstü kacəvəli dəvəiər gedir.Kiçikbəyim və Qədimi gözə dəymirlər.Kamera arxasından çay şırıltısinin səsi gəlir.Yolçular yollarına da-
vam etdikcə,şırıltı səsi get-gedə güclənir.Atlılar dolanbacın son dilimini keçər-keçməz,aşağıda Qoturcay görünür.Çayın məcrası çox geniş olsa da,özünün eni bə-
zi yerlərdə bir,bəzi yerlərdə isə iki metrə çatır.Qədimi və Kiçikbəyim atdan enib
çay qırağında durmuşlar.Yanlarında İbrahim xanın 15 yaşlı qardaşı oğlu Məmməd
bəy də var. Hər üçünün atı çay qırağında otlayır.
Şahnisəgil çaya yaxınlaşırlar.Kiçikbəyim üzünü anasına tutub:
-Anacan,bax,əmim oğlu da gəlib çıxıb.
Məmməd bəy:
-Bayramınız mübarək!
Şahnisə:
-Sənin də bayramın mübarək,ay Məmməd!Neçə belə bayramlar görəsən,
böyük oğlan olasan,xoşbəxt olasan!
Məmməd bəy:
-Çox sağ olun,Allah sizdən razı olsun!(üzünü nökərlərə tutaraq)Sizin də
bayramınız mübarək!
Nökərlər yer-yerdən:
-Sizinlə birlikdə!
Şahnisə:
-Məmməd,bala,haradaydın? Dedim bu uşaq daha gəlməz. Bir az da nara-hat idim.
Məmməd bəy:
-Kəsmə yolla gəldim,xanım.
Atlılar atlarından endilər.Hamı çaya yaxınlaşdı.
Məmməd bəy nökərlərə:
-Çadırlar ağacın altındadır,başlayın qurmağa.Bütün şəhər bura axışır.Bir azdan burada iynə atsan,düşməyə yer olmayacaq.
Şahnisə Qədəmiyə müraciətlə:
-Uşaqlara söylə,çır-çırpı toplayıb ocaq qalasınlar,qəhvə bişirək.Vəzir Təbrizdən Yəmən qəhvəsi gətizdirib,yaman tərifləyir.
Kiçikbəyim çayın üstündən iki dəfə o yan-bu yana tullanır və hər iki hal-da “ Ağırlığım-uğurluğum tökülsün!”-deyir və üzünü əmisi oğluna tutaraq:
-Hə,igid,növbə sənindir.
***
Cıdır düzünün quş uçuşu məsafəsindən açilan panoramı.Hər tərəfdə ala-bəzək çadırlar qurulub,dörd bir tərəfdə ocaqlar qalanıb.Yuxarıdan insanlar qarışqa kimi görünür.Adamların sayı- hesabı yoxdur.
Uzaq panoramı yaxın görüntülər əvəz edir.Ekranda öncə ocaq ətrafında
əl-ələ tutaraq yallı gedən tərəkəmə oğlan və qızlar canlanır.Onların tərəkəmə ol-duqları geyimlərindən,qızların başlarının açıq olmasından və oğlanlarla qızların əl-ələ tutmaqdan çəkinməmələrindən görünür.Başqa tərəfdə uşaqlar xoruz döyüşdü-rürlər.Digər tərəfdə qız-gəlin od üstündən hoppanırlar.Başqa bir qrup isə kəndir-bazların çıxışına tamaşa edir.Yaşlı kişilər bir qıraqda dövrə vuraraq,dastan söylə-yən aşığı dinləyirlər.Kameranın obyektivi onların üzərinə tuşlanır.
Aşıq:
-Ağcaqız icazə alıb sərv ağacının altına gəldi,gördü ki,Qərib elə yatıb-dır,heç özündə deyildir.Ağcaqız siyah saçlarından üç tel çəkib sinəyə saz elədi,gö-
rək, Qəribi necə oyatdı:
“Eyvandan enib yürüdü,
Oyan ,ovçu,ovun gəldi!
Şövqü aləmi bürüdü,
Oyan,ovçu,ovun gəldi!”
Ağcaqız gördü ki,Qərib oyanmır,alıb ikinci yarpağını,görək,necə dedi:
“Siyah zülfün tökmüş üzə,
Sürmə çəkmiç qaşa-gözə,
Eyvanından endi düzə,
Oyan,ovçu,ovun gəldi!”...
***
Ekranda növbə ilə qoyun cəmdəyi soyan qəssablar,böyük qazanları qa-rışdıran aşbazlar,manqallara şiş düzən kababçılar, yumurta döyüşdürən uşaqlar gə-lir.Kameranın obyektivinə bu dəfə dövrə vurub tar və kamançanın müşayiəti ilə dəf vuraraq muğamat oxuyan xanəndəni dinləyən qrup tuş gəlir.
Xanəndə oxuyur:
-Cənnəti vəslindir ol məqsəd ki,iman əhlinə
Qılsa Həqq ruzi cəhənnəm atəşi,oldur səbəb.
Qaliba məqsəd vüsalındır ki,dün gün durmayıb
Çərx sərgərdan gəzər,bilməz nədir rəncü təəb.
Bəsteyi-zənciri-zülfündür nəsimi-tərmizac,
Təşneyi-cami-neməti-vəslin Füzulidən dirig,
Yoxdur özgə məqsədi,səndən səni eylər tələb...
***
Vaqifin evi.Molla Pənah,Əliməmməd və Xanməmməd süfrə başında
oturub qəhvə içə-içə paxlava yeyirlər.
Vaqif:
-Xanməmməd dadaş,sənin dostun Qaçaq Səfərdən nə xəbər var?
Xanməmməd:
-O,mənim yox,Şeytanın dostudur.Köpək oğluna xərac vermədən nə şə-hərdən bir karvan çıxa bilir,nə də şəhərə karvan gələ bilir.20-22yaşı var, amma ba-ğıranda adamın bağrı yarılır.
Vaqif:
-Axır ki,ondan qorxduğunu boynuna aldın...Bir şey soruşmaq istəyirəm, bayram günü şüşə qabın sınması yaxşı əlamətdir,yoxsa pis?Səhər sübh tezdən ehti-yatsızlıq edib şüşə mürəkkəbqabımı sındırmışam.İndi nə qədər edirəm,pis fikirləri başımdan qova bilmirəm.
Mizə Əliməmməd:
-Xeyrdir,inşallah.Sən nə deyirsən,qardaş?
Xanməmməd:
-Məncə də xeyrdir.
Mirzə Əliməmməd:
-Başimiz söhbətə qarışdı.Xanın görüşünə gecikməyək.
Molla Pənah cibindən saatını çıxarıb baxır:
-Hə,artıq tərpənmək vaxtıdır.(Nökəri çağırır) Lələ,ay lələ.(Nökər gəldik-də) De, atları hazırlasınlar.(Üzünü qadaşlara tutub)Amma siz nə deyirsiniz- deyin, mənim ürəyim çox narahatdır.Şüşənin sınması nəyəsə işarədir.İl ərzində nə isə xo-şagəlməz bir şey olacaq. Hissiyatım məni heç vaxt aldatmır.
Nökər pərdə arxasından boylanaraq:
-Ağa,atlar hazırdır.
Vaqif və qonaqları ayağa qalxırlar...
Qapıya çathaçatda Mirzə Əliməmməd ayaq saxlayaraq Vaqifə:
-Xəbər gəlib,Ağa Məhəmməd şah Qacar Tehranın üzərinə yürüşə çı-
Dostları ilə paylaş: |