zərdə tutur və bizim könüllü surətdə ona tabe olacağımızı zənn edir? Vallah,xacəyə tabe olmaqdansa,uruslarla müttəfiq olmaq daha şərəflidir.Mən düşünməliyəm...
***
Nəcəf xanın hərəmxanası.Sütunlu geniş zal formasında olan hərəmxana-nın tam mərkəzində fəvvarəli hovuz var.Nəcəf xanın əl - əlvan geyimli zövcə və kənizləri(15-20 nəfər) hovuzun ətrafına yğışmışlar.Onlardan biri ud çalır,digərləri dinləyirlər.Keçəl,qulağı sırğalı hərəmağası qavalda ritm tutur.
Qadınlardan biri üzünü kameraya tərəf çevirir və kamera arxasında içəri girən Nəcəf xanı görüb dik atılır və sevinc hissi ilə ucadan deyir:
-Xan gəldi!
Dərhal bütün nəzərlər kameraya dikilir və hər kəs kameraya doğru yü-
rüməyə başlayır.
***
Nəcəf xan hərəmxananın qapısında durmuşdur.Üzündə sonsuz sevinc və özündən məmnunluq sezilir.O,“Xan gəlldi !”ifadəsinə cavab olarq ucadan deyir:
-Xan gəlmədi,İran şahənşahı Nəcəf şah Zənd gəldi!
Bu xəbər kameranın arxasında çıxıb sağdan və soldan kadra daxil olan
və Nəcəf xana tərəf tələsən qadınların heyrət və sevinc nidaları ilə müşayiət olunur. Qadınlar bir saniyənin içində onu dövrəyə alırlar.Nəcəf xan sağındakı və solundakı
qadınları qucaqlayaraq lovğa-lovğa sözünə davam edir:
-Siz də artıq xanın yox,şahın zövcə və kənizlərisiniz!
Bu sözlər eyni nidaların təkrarlanmasına səbəb olur. Fəqət bu sevinc çox çəkmir.Çünki sevinc nidalarının ardınca kadr arxasından həyacan və qorxu do-lu kişi səsi eşidilir:
-Şahım,şəhər mühasirəyə alınmışdır!!!
Bu sözlər qadınların ildırım sürəti ilə xandan arlanmalarına,xanın da eyni sürətlə geriyə dönməsinə səbəb olur.
***
Qum şəhərinin qala bürclərinə qalxan pilləkanlar. Xan əyan - əşrəfi ilə birlikdə,silahlı əsgərlərin əhatəsində tələsə-tələsə pilləkanlarla yuxarı qalxır.
***
Qum şəhərinin dar küçələrindən biri. Küçə ilə tüfəngli əsgərlər ora - bura qaçışır.Hər kəs narahat və başını itirmiş vəziyyətdədir. “Tez-tez!”,“Cəld olun!” ki-mi nidalar eşidilir.
***
Xan və ətrafındakılar həyacanla bürcdən çölə baxırlar.
***
Uzaqda bütün üfüq boyu çadır quran,ocaq yandıran əsgərlər,topları dö-yüş mövqelərinə çəkən topçular görünür.Kadr arxasından Nəcəf xanın titrəyən sə-
si eşidilir:
-Bunlar kimdir?!
***
Bürcdə dayanmış xan qarşısındakı xəfiyyəbaşının üstünə qışqırır:
-Səndən soruşuram,bunlar kimdir?
Xəfiyyəbaşı başını aşağı salaraq susur.
Nəcəf xan:
-Sən necə xəfiyyəbaşısan ki,düşmən ordusu yalnız qapımıza dayandıqda bu barədə xəbər tutursan və düşmənin kim olduğunu da bilmirsən?!(Üzünü yaxın-dakı əsgərlərə tutaraq)Bağlayın bu köpəyin əl-qolunu,özünü də atın zindana!!! Sa
bah onun boş kəlləsini bədənindən ayırmaq mənə borc olsun.
Əsgərlər xəfiyyəbaşının üstünü alıb,əl-qolunu bağlamağa başlayırlar.
***
Qarabağ xanlığının xəfiyyəbaşısı Mirzə Əliməmməd at belində tək Şuşa-
nın dar küçələrindən biri ilə irəliləyərək,Ohan keşişin evinin həyət qapısının ağzın-da atını əyləyərək yerə enir.Sol əli ilə atın yüyənini saxlayıb,sağ əli ilə qapını döy-məyə başlayır.Qapı arxasından keşişin səsi gəlir:
-Gəldim,gəldim!
Qapı kilidinin səsi eşidilir və qapı açılır.Qapıda görünən Ohan keşiş qor-xu və kədər ifadə edən titrək və kövrək bir səslə:
-Qədəmlərinə qurban olum,ay Mirzə Əliməmməd ağa,sən xoş gəlmisən. Bir az da gec gəlsəydin bağrım çatlayacaqdı.
Mirzə Əliməmməd ağa bir söz demədən içəri keçir.
***
Ohan keşişin evi.Keşişlə xəfiyyəbaşı üz-üzə əyləşib qəhvə içirlər.Ohanın
əlləri və dodaqları titrəyir.
-Qızımdan bir ildən çoxdur,heç bir xəbərin olmadığını bilirsən.Nə ölüsü məlumdur,nə dirisi.Bu dərd azmış kimi,indi də səhər evin həyətindən bir şey tap-mışam.
Mirzə Əliməmməd maraq dolu nəzərlərini “bir şey”-deyərkən rəngi-ruhu
qaçan keşişin dəhşət və qorxu ifadə edən üzünə dikir.Ohan ayğa qalxıb o biri otağa
girir və dərhal da geri dönür.Onun əlində ovuc içi boyda,üstündə qan ləkələri olan
kiçik bir boxça var.O,boxçanı yerə qoyub açmağa başlayır.Boxçadan kəsilmiş xo-
ruz başı çıxır.Bunu görən xəfiyyə başını gülmək tutur.Qəh-qəhədən boğula-boğula
deyir:
-Məni elə buna görə bura çağırmısan?! Budur sənin mühüm məsələn?!Bu
gün mən də öz evimin həyətindən kəsilmiş xoruz başı tapmışam.Görünür kimsə bizimlə zarafat etmək istəyir.
Keşiş:
-Yoooox!!!Sənin heç nədən xəbərin yoxdur!
Bu sözlər xəfiyyəbaşını gülüşə son verib ciddiləşməyə məcbur edir.Diq-qətlə müsahibini süzməyə və dinləməyə başlayır.Keşişin isə təlaşı bitmək bilmir:
-Bu o deməkdir ki,qara katalikos-“Müqəddəs Yəhya” təriqətinin başçısı
bizə ölüm hökmü çıxarıb.Sən bu təriqətin necə bir dəhşətli təriqət olduğunu təsəv-vür belə etmirsən.Onun qaniçən,qatil üzvləri hər yerdədirlər və adamı nə vaxt və harada vuracaqları heç vaxt məlum olmaz.Qurban olum,başına dönüm,Mirzə Əliməmməd ağa, mənə kömək elə,məni xilas et!
Bu an kadr arxasından döyülən həyət qapısının səsi gəlir.Ohan keşiş ağap-paq olub yerində donur.Xəfiyyəbaşı belindən tapançasını çıxarıb deyir:
-Qorxma, mən buradayam.Gedək,qapını aç!
Hər ikisi ayağa qalxırlar.
***
Evin həyət qapısı.Ohan keşiş qapıya yaxınlaşa-yaxınlaşa soruşur:
-Kimsən?
Əlində tapança tutmuş Mirzə Əliməmməd yaxındakı ağacın arxasında
mövqe tutur.Qapının arxasından keşişin sualına cavab verilir:
-Mənəm,ata,Akopam.
Ohan həyacanla “Səsinə qurban olum,oğlum!”-deyərək qapını açır:
-Qədəmlərinə qurban olum,bala!
Ata və oğul qucaqlaşırlar.Keşiş hönkür-hönkür ağlamağa başlayır.Bu an
Akopun gözü ağacın arxasından çıxan xəfiyyəbaşına sataşır.O,dərhal aralanaraq,
həyacanla soruşur:
-Bu kimdir?
Keşiş:
-Narahat olma,dostumdur.
Mirzə Əliməmməd irəli gəlir və onlar əl tutub görüşürlər,görüşərkən də bir-birilərini diqqət və şübhə ilə süzürlər.
***
Qum şəhərini mühasirəyə almış Ağa Məhəmməd şah Qacar at belində kənardan şəhərinin qala divarlarına baxır.Yanında Xanbaba və bir neçə mühafi-zəçi var. Mühafizəçilər bir qədər kənarda durmuşlar.Arxa tərəfdə uzun nərdivan-ları daşımaqda olan əsgərlər gözə dəyir.
Xanbaba:
-Əmi,bura haradır?
Ağa Məhəmməd şah Qacar:
-Qum şəhəridir.
Xanbaba:
-İmam Rzanın bacısı Məsumə xanımın uyuduğu Qum şəhərimi?
Şah:
-Məgər başqa Qum da var?
Xanbaba:
-Bu şəhərə hücum etməklə günaha batmarıq ki?!
Şah:
-Qurani –Kərimdə Məkkənin,Mədinənin və Qüdsün adı neçə dəfə çəki-lir?
Xanbaba:
-Dəqiq bilmirəm.Hər birinin adı bir neçə dəfə zikr olunur.
Şah:
-Bəs,Qumun adı neçə dəfə çəkilir.
Xanbaba:
-Heç neçə dəfə.
Şah:
-Quranda bu barədə söz açılmırsa,o zaman narahat olmağa dəyməz.Bir də ki,şəhər əhalisi özü bizə kömək edəcək,buna əmin ola bilərsən.Sən bilirsənmi,
indi şəhərdə nələr baş verir?Bilmirsən,amma mən bilirəm.
***
Qum şəhərinin bazarı.Ərzaq mallarının satıldığı çarşı.İnsan əlindən tər-pənməyə yer yoxdur.Adamlar evlərinə zənbil-zənbil,kisə-kisə ərzaq daşıyırlar.Bü-
tün dükanların qarşısında qalabalıqdır.Adamlar bir-birinin başı üzərindən dükan-lara daxil ola bilmək üçün var-gücləri ilə calışırlar.Səs-küydən,qışqırıq səslərindən ağız deyəni qulaq eşitmir.Ayaqlar altında qalan qadın və uşaqların fəryadı aləmi başına götürüb.Şəhərdə əməlli-başlı xaos başlayır.
***
Qum şəhərinin bazarının çörək dükanlarının yerləşdiyi çarşısı.Çörək tapa
bilməyən kütlə dükanları soymaq və onlara od vurmaqla məşğuldur. Şəhərdə tam bir xaos sürür.
Küçə başında tüfəngli əsgərlər görünür.Onlar iki sıra halında düzülürlər. Əsgərlərin başında duran atlı onbaşının əmri eşidilir:
-Birinci sıra hazırlaş!
Birinci sırada duran əsgərlər tüfənglərini kütləyə tərəf tuşlayır.Bu hal hər
kəsin yerində donmasına və susmasına səbəb olur.Ardınca onbaşının növbəti ko-mandası eşidilir:
-Atəş!
Əsgərlər atəş açırlar.Kütlə içərisindən bir neçə nəfər yerə sərilir.Hər kəs
dəhşət içində qaçmağa üz tutur.
***
Qum şəhərinin divarlarının uzaqdan görünüşü.Yaxın planda arxası kame-raya tərəf olan iki atlı durub.Bunlar Ağa Məhəmməd şah Qacar və Xanbabadır.Şə-hərin üzəri yanan tükanların tüstüsü ilə örtülüdür.Şəhərdən atəş səsləri eşidilir.
***
Ağa Məhəmməd şah Qacarın və Xanbabanın üzləri kameraya tərəfdir.Şah
üzünü qardaşı oğluna tərəf çevirir:
-Bu şəhəri ələ keçirmək üçün bircə güllə belə atmağa ehtiyac olmayacaq.
Xanbaba da üzünü heyrətlə şaha tərəf çevirir,fəqət bircə kəlmə də demir.
***
Səraslanın evi.Səraslan,Mahmud,Saroş və Səfər süfrə arxasında oturub qəhvə içirlər.Səraslan danışır və hər kəs onu dinləyir:
-Xanın lələsi Qədimi ilə uşaqlıqdan dostuq.Amma işi çox olduğundan son
zamanlar ancaq təsadüfdən-təsadüfə görüşürük. Saroş zindanda olanda getdim ki, xahiş-minnətlə xana müraciət edib oğlumun bağışlanmasına nail olum,onda da gö-rüşə bilmədim,Şuşada deyildi,Xankəndinə getmişdi.İki il olar ki,bütün əlaqələrimiz
kəsilmişdi,dünən yanıma adam göndərərək xahiş edib ki,tam etibar etdiyim,ağzıbü-töv dost-tanışdan bir neçə nəfəri yığım başıma, gəlib bəzi məsələlər barədə söhbət etmək istəyir.Vəzirin oğlu da onunla gələcəkmiş. Söhbət etmək istədiyi məsələ nə-dir,bilmirəm,amma,deyəsən,məxfi məsələdir.
Səraslan saatına baxıb üzünü Saroşa tutur:
-Saroş,oğlum artıq gələn vaxtlarıdır,sən Mahmudla çıxın eşiyə,onlara piş-
nəvazlıq edin.
Saroşla Mahmud ayağa qalxıb otaqdan çıxırlar.Səfərsə deyir:
-Ay Səraslan dayı,bu Molla Vəli Vidadi şəhərimizə gələndən sonra hara gedirsənsə,orada Azərbaycanın birliyindən danışırlar.Biri deyir, bizə Azərbaycan
dövləti qurmaq lazımdır,o biri deyir yox,mütləq Azərbaycan səltənətini bərpa et-məliyik.Hamının sözü - söhbəti bu barədədir. Bəzilərinə görə, padşah İbrahimxəlil xan olmalıdır,başqalarına görə isə Ağa Məhəmməd xan Qacar olmalıdır.
Səraslan:
-Eşitmişəm, ay bala, biri deyir, xacədən padşah olmaz, o biri deyir, bütün ümidlər onadır.Bəlkə də Qədimi də bizlə bu barədə söhbət etmək istəyir.
***
Nəcəf xanın qərargahı. Nəcəf xan, ordunun əmiri və Siyamək bəy yanaşı ayaq üsyə durmuşlar.Əmir xana məlumat verir:
-Şəhərin müdafiəsi artıq tam təşkil edilmişdir.Fəqət qarşı tərəf,sanki,hü-cuma keçməyə hazırlaşmır.Görünən budur ki,şəhərdə ərzağın tam bitməsini və gü-norta baş verən hərcmərcliyə bənzər bir halın baş verməsini gözləyəcəklər. Kimlik-lərini bildirmədikləri üçün şəhəri mühasirəyə alanlarım kim olduqlarını hələ də bil-mirik. Mən belə halla ilk dəfədir ki,rastlaşıram.Adətən mühasirə edənlər elə ilk gün
tələblərini irəli sürürlər,bunlar isə...
Nəcəf xan:
-Bu onu göstərir ki,Lütfəli xan deyil.Rəhim xan ola bilməz,Ağa Məhəm-məd şah Qacar ola bilər.Hər halda,sabahda-biri gündə hər şey məlum olar.Şəhərdə
vəziyyət necədir?
Əmir:
-İndi sakitlikdir,amma vəziyyət gərgindir.Bütün çörəkçilər dükanlarını qapamışlar.Unun olmadığını deyirlər.Dəyirmanlar da hamısı şəhərdən kənardadır.
Əl dəyirmanlarının ümidinə qalmışıq.Fəqət buğda tacirləri anbarlarda buğda olma-dığını iddia edirlər.
Siyamək bəy:
-Yalan deyirlər.Qiymətlərin kəllə-çarxa çıxmasını gözləyirlər.Əsgərlərə
əmr vermək lazımdır ki,bütün anbarlarda,tacirlərin evlərində,qohumlarının evində
axtarış aparsınlar.Əks təqdirdə xalq üsyan edəcək.
Xan üzünü əmirə tutaraq:
-Doğru söyləyir.Dərhal hərəkətə keçin.Buğdanı gizlədənlərdən bir-ikisi-nin başını kəsin ki,başqalarına dərs olsun.
Əmir “Baş üstə”- deyib gedir.
***
Ohan keşişin evi.Keşiş,Mirzə Əliməmməd və Akop evin otasında ayaq üstə durmuşlar.Mirzə Əliməmməd keşişə deyir:
-Nə isə,mən artıq gedirəm.Təqribən bir saata mühafizəçiləri göndərəcə-yəm.Narahat olma.
Akop:
-Ehtiyac yoxdur.Mən burdayam.
Ohan keşiş:
-Doğru söyləyir.Ehtiyac yoxdur.Oğlum yanımdadır.Artıq heç nədən və heç kəsdən qorxum yoxdur.
Xəfiyyəbaşı:
-Sən deyən olsun.Salamat qal!
Keşiş:
-Yaxşı yol!
Mirzə Əliməmməd və Akop otaqdan çıxırlar.Keşiş başını yuxarı qadırıb
“Şükr sənə İlahi!”-deyir və xaç çəkir.
İçəri daxil olan Akop:
-Bəs,ömrümdə üzünü görmədiyim bacım haradadır?
Keşiş bir söz deməyib ağlamağa başlayır.
***
Qum şəhəri.Mir Seyid Əlinin evi.Mir Seyid Əli və bir neçə nəfər ruhani
geyimli şəxs süfrə arxasında oturub qəhvə içə-içə söhbət edirlər.Mir Seyid Əli qəh-
vədən bir qurtum içib deyir:
-Bu hal uzun sürə bilməz.Bir azdan aclıq başlayacaq.Nəcəf xanı heç kəs
məşru şah qəbul etmir.Millət Zəndilərin özbaşnalığından cana doymuşdur.Hər kəs
şəhərin keçmiş türk hakimləri dövründəki xoş güzəran və ədalətdən böyük həsrətlə
söz açır.Şəhər əhalisinin böyük əksəriyyəti türkdür və əgər məlum olsa ki, şəhəri mühasirə edən Ağa Məhəmməd şah Qacardır, millətin qarşısını almaq mümkün ol-mayacaq.
İçəri girən nökər deyir:
-Ağa,mühasirəçilərin kimliyi bəlli oldu.Ağa Məhəmməd şah Qacardır...
Nökər bu sözləri deyib çıxır.Mir Seyid Əli:
-Vəssəlam.Nəcəf xanın fatihəsini oxumaq olar.Axşam namazında və-
ziyyəti camaata izah edin.Mən də şaha məktub yazıb göndərmək barədə lazımi təd-birləri alım.Çalışaq məsələni qan tökülmədən,Qum xalqının öz əli ilə həll edək.Ca-
maata mənim adımdan bildirin ki,üsyana hazır olsunlar.Deyin ki,Mir Seyid ağa da
sizinlədir.Qoy hər kəs mənim təlimatımı gözləsin.
***
Ohan keşişin evinin bağcası.Keşiş və oğlu nar ağaçının yanında durmuşlar.Keşiş:
-Süsən bu nar ağacını çox sevərdi.Ona xüsusi qulluq göstərərdi.
Ata və oğul tut ağacına yaxınlaşırlar:
-Bu ağacı isə ananla evləndiyim il öz əlimlə əkmişdim.
Akop:
-Ata,gəl evə keçək.Səninlə vacib sözüm var.
***
Keşişin evi.Ata-bala ayaq üstə ,üz-üzə durmuşlar.Akop atasının gözləri-
nin içinə baxaraq:
-Ata,milli mübarizəmizə nədən xəyanət etdin?Yusif Əmini və Məlik-Yeqanovu nə üçün satdın?!Aşotu niyə güdaza verdin?!
Keşiş gözlərini yerə dikib susur.
Akop sözünə davam edir:
-Cəzasızmı qalacağını sandın?
Bu sözlər Ohanı başını yuxarı qaldırıb oğlunun gözlərinin içinə yazıq-yazıq baxmağa məcbur edir:
-Məni öldürməyə sənimi göndərdilər?
Akop:
-Hə.
Keşişin səsi titrəyir:
-Oğul,axı,mən sənin atanam.
Akop belindəki xəncəri çıxarıb “Atam olduğuna görə utanıram.Səndən iyrənirəm!”-deyir və xəncəri keşişə saplamaq üçün yuxarı qaldırır.Bu an güllə və sınan pəncərə şüşələrinin səsi gəlir.Xəncər Akopun əlindən düşür.O,əlini tutaraq zarımağa başlayır.
Sınmış pəncərədən içəri sıçrayan Mirzə Əliməmməd gəncin üzırinə çöküb onun əl-qolunu bağlamağa başlayır.Keşiş isə hönkür-hönkür ağlayır.
***
Ağa Məhəmməd şahın çadırı.Şah taxtda oturub məktub oxuyur.Xanba-ba,Səfərəli bəy və Abbas bəy onunla üzbəüz durmuşlar.Şah məktubu oxuyub üzü-nü Səfərəli bəyə tutur:
-Səfərəli bəy,get ətraf kəndlərin camaatından bu Mir Seyid Əlinin kim
olduğunu,necə adam olduğunu yaxşı-yaxşı soruş.Mənə ətraflı məlumat gətir.
Səfərəli bəy“baş üstə” deyib cəld çadırdan çıxır.Şah məktubu Abbas bəyə uzadır:
Sənsə,Abbas bəy,Mir Seyid Əlinin xəttini tanıyan adamlar tap.Bu xəttin onun xətti olub-olmadığını araşdır.
Abbas bəy məktubu alır, “Baş üstə!”- deyərək gedir.Çadırda Ağa Mə-həmməd şahla Xanbaba tək qalırlar.Şah:
-Hə,qardaş oğlu,gəl otur,dərdləşək.
Xanbaba əmisi ilə üzbəüz əyləşərək:
-Əmican,nə yazıb o Mir Seyid Əli?
Ağa Məhəmməd şah Qacar:
-Yazıb ki,şəhər əhalisi Nəcəf xanın zülmündən cana doyub və guya bizi
öz xilaskarı qismində görür.Bizim şəhərə hücum edəcəyimiz təqdirdə guya onlar da içəridən hücuma keçəcəklərmiş.Daha sonra sabah günortadan dörd saat keçmiş
xəbərləşməyi təklif edir və hansı tərəfdə nə etmək lazım olduğu barədə fikirlərini yazır.
Xanbaba:
-Bəlkə, gerçəkdən də səmimidir?
Şah:
-Ola bilər.Yoxlamaq lazımdır.Çünki bu bir tələ də ola bilər.Elə buna görə də Səfərəli bəylə Abbas bəyə hər şeyi öyrənməyi tapşırdım.Bilirsən,Bir vaxt kufəli şiələr də İmam Hüseynə belə bir məktub yazmışdılar,sonra isə ona xəyanət etdilər.
Kərbalaya hərəkət etməmişdən öncə qardaşı Mühəmməd Hənəfiyə ona “Şiələrimi-
zin atamız Əliyə xəyanət etdikləri kimi sənə də xəyanət edəcəklərindən qorxuram” –demişdi və zaman onun sözlərinin həqiqət olduğunu sübut etdi.İndi özünü bizim tərəfdarımız kimi qələmə verən bu şəxsin yalan demədiyinə kim zəmanət verə bi-lər? Və ya da kim zəmanət verə bilər ki , məktubu o özü yazmışdır ? Gerçəkdən də camaat onu dəstəkləylir, dedikləri xam xəyallardan başqa bir şey deyil?
Xanbaba:
-Xəbərləşmə dedikdə nəyi nəzərdə tutur?
Ağa Məhəmməd şah Qacar:
-Təklifini qəbul edəcəyimiz təqdirdə sabah saat dörddə Rey qapısı istiqa-mətində işıq yandırmaqla ona xəbər göndərməliyik.O da yenə oxla məktub göndə-rib nə zaman nə etməli olduğumuzu bildirəcəkdir.
***
Şuşa şəhərinin kənarları.Vaqif,Qasım,Kələntər Ağası bəy və Məmməd bəy 20-25 mühafizəçinin müşayiəti ilə Molla Vəli Vidadini və Turqut bəyi yola sa-lırlar.Hamı at belindədir.Yolçular 100-150 metr irəlilədikdən sonra atlarından enirlər.Öncə Vaqiflə Vidadi qucaqlaşıb öpüşürlər.
Vaqif:
-Sənə yaxşı yol!Gəncə və Bakı xanlarının vəzirlərinə mənim məxsusi salamlarımı yetirməyi unutma.
Vidadi:
-Unutmaram,narahat olma.Salamat qal!
Vaqif bu dəfə Turqut bəylə,Vidadi isə Kələntər Ağası bəylə qucaqlaşır.
Ağası bəy:
-Sizə yaxşı yol!Gec də olsa,İbrahimxəlil xanı yola gətirə bildiz.İnşal-lah,O biri xanları da yola gətirərsiz.
Vidadi:
-İnşallah!Amma hər xanlıqda bu qədər vaxt itirməyək.Burada bir ilə yaxın vaxt itirdik.Salamat qal!
Ağası bəy Turqut bəylə,Məmməd bəysə Vidadi ilə,sonra isə Məmməd bəy Turqut bəylə,Qasım bəy Vidadi ilə vidalaşırlar.Ən sonda isə Qasımla Turqut bəy bir-birilərinə sarılırlar.Sonra hər kəs atına minir.Mühafizəçilərin yarısı Vidadi və Turqut bəylə yoluna davam edir.O biri yarısı isə Vaqif,Qasım,Ağası bəy və Məmməd bəylə birlikdə geri dönür.
***
Qum qalasının bürclərindən biri.Çiyinlərindən tüfəng asılmış və bir-bi-rindən təqribən iki metr aralıda durmuş iki keşikçi.Keşikçilərin arasından qaladan
kənarda qurulmuş iki hərbi çadır,hər çadırın yanında iki top,yaxın planda bir xətt
üzərində düzülmüş əsgərlər görünür.Keşikçilərin arxası,rəqib əsgərlərin isə üzləri
kameraya tərəfdir.
Birinci keşikçi üzünü yoldaşına tutaraq:
-Bu qədər top-tüfəngin qarşısında heç kəs dura bilməz.Nəcəf xan,deyə-
sən,milləti qırğına vermək istəyir.
İkinci keşikçi:
-Həzrət Abbas haqqı,imkanım olsa,elə bu saat aşağı enib darvazanı Ağa
Məhəmməd şah Qacarın üzünə açaram,xalq da zülmdən qurtular.
***
Yanaşı qurulmuş iki hərbi çadırın arxa tərəfdən görünüşü.Çadırların ara-sında arxası kameraya tərəf olan iki top gözə dəyir.Arxa planda Qum şəhərinin qa-la divarları görünür.Qalanın üstündə o yan-buyana var-gəl edən 4 tüfəngli əsgər görünür.Çadırın arxasında,yəni ən yaxın planda Səfərəli bəy və əllərində yanan məşəllər tutan iki əsgər durmuşlar.Səfərəli bəy Əlində tutduğd cib saatına baxaraq deyir:
-Vaxtdır,başlayın!
Əsgərlər dərhal çadırların arxasından ayrılaraq,onların və topların arasın-
dan keçib,qala divarları istiqamətində hərəkət edirlər.
***
Yanaşı qurulmuş,arlarında iki top olan qoşa çadırın öndən görünüşü.Əli
məşəlli iki əsgər topların arxasından keçib,kameraya yaxınlaşaraq,tam onun qarşı-sındı dururlar və əllərindəki məşəlləri bir neçə dəfə başları üzərində sağa-sola yel-
ləyərək,Mir Seyid Əlinin adamlarına razılıq barədə işarə verirlər.Səfərəli bəy də
çadırın arxasından çıxıb topların arasında durur.Elə bu an əlində məşəl olan əsgər-lərin qarşısında yerə bir ox sancılır.Oxa məktub keçirilmlşdir.
Əsgərlər cəld əl hərəkətlərinə son verib,Səfərəli bəyə tərəf dönürlər.Səfə-rəli bəy irəli gəlib,oxu yerdən çıxarır və sol tərəfə dönüb sürətlə hadisə yerindən uzaqlaşır.Əsgərlər də onu təqib edirlər.
***
Ağa Məhəmməd şah Qacarın cadırı.Şah mütəkkələrə dirsəklənərək, qarşı-sında ayaq üstə durub saz çalan Xanbabanı dinləyir.Səfərəli bəyin içəri girməsi ilə
Xanbaba çalmağa ara verir.
Qacar əli ilə bəyə oturmağa yer göstərərək,üzünü qardaşı oğluna tutur:
-Durma,davam et!
Səfərəli bəy şahın işarə etdiyi yerdə əyləşir, Xanbaba isə yenidən çalmağa və bu dəfə həm də oxumağa başlayır:
-Carçılar çığrışır,gəranay bozlar,
Ərəb atlar macal tapmaz qaşına,
Bunda baş götürmək hesaba keçməz,
Qoç igidlə yara gərək nişana.
İgid gərək tüpə varə arxanı,
Ağası onunla sala qovğanı.
Sıyıra qılıncı,çəkə qalxanı,
Səksən oxu salığından boşala.
Dörd yandan meydanı tüstü bürüyə,
Ərəb atlar adam leşi sürüyə.
Kəllələr kəsilə,qanlar yeriyə,
Göy üzündə məlayiklər uçana
***
Mahmudun evinin həyəti.Mahmudla Səraslan göyərçin əlindən tərpənmə-
yə yer olmayan həyətdə quşları yemləməklə məşğuldurlar.Mahmud yorğun görü-nən Səraslana üzünü tutaraq:
-Sabahdan işimiz yüngülləşməyə başlayacaq.Mirzə Əliməmməd ağa de-yir ki,hər gün 15-20 göyərçin götürüb, müxtəlif karvanlarla ayrı-ayrı şəhərlərə gön-
dərəcək.Beləcə bizim işimiz də yüngülləşəcək.
Səraslan:
-Deyəsən, xəfiyyəbaşı işini asanlaşdırmaq istəyir.Başqa xanlıqlardan xə-bər əldə etmək məsələsini genişləndirmək istəyir.Amma Qarabağ xanlığında baş verənlərdən heç bir xəbəri yoxdur.
Mahmud:
-Sən nəyi nəzərdə tutursan,üzvü olduğumuz gizli təşkilatımı?
Səraslan:
-Başqa nəyi nəzərdə tuta bilərəm ki?Günü-gündən sayımız artır,sıraları-mız genişlənir.Deyilənə görə, təkcə Şuşada sayımız 200-ü ötüb.Yəni doğrudanmı, Mirzə Əliməmmədin bütün bunlardan xəbəri yoxdur?Vallah,buna heç cür inana bilmirəm.Bəlkə,elə bütün bunları o təşkil edib,bizim xəbərimiz yoxdur!
Mahmud:
-Mən buna inana bilmərəm.Deyilənə görə, təşkilatın başında Məmməd bəylə vəzirin oğlu dururlar.Amma bu barədə,bilirsən də, danışmaq yasaqdır.
Kadr arxasından Süsənin səsi gəlir:
-Qəhvə hazırdır,gələ bilərsiniz.
Mahmud üzünü kadr arxasına tutaraq:
-Gəldik!
Yaşlı və gənc iki dost ayağa qalxırlar.
***
Ağa Məhəmməd şah Qacarın çadırı.Xanbaba çalıb-oxumağı bitirib.Səfə-rəli bəylə birlikdə Şahın qarşısında oturub.Şah oxla göndərilmiş məktubu oxuyur:
-“Ordunun yüzbaşılarından çoxu bizim tərəfə keçib.Gecə yarını üç saat keçmiş Rey qapısında əsgərlər dəyişdiriləcək.Növbəyə yeni başlayacaq yüzbaşı bi-
zim adamdır və o,bir saat sonra qapıları açacaqdır.Hazır olun!Hörmətlə ali hüzuru-nuza ərz edir:Mir Seyid Əli.”
Hə,Səfərəli bəy,nə etmək lazım olduğunu bilirsən.Abbas bəylə birlikdə
bütün zəruri tədbirləri görün!Bu gecə Qum şəhərinin üzərində yenidən türk bayra-
ğı dalğalanacaqdır.Zəndilərin daha bir qalası çökəcəkdir,inşallah!
Səfərəli bəy “Baş üstə!”-deyib,çadırdan çıxır.
Ağa Məhəmməd şah üzünü Xanbabaya tutur:
-Xanbaba,oğlum,sazı götür!
Xanbaba sazı götürüb calmağa başlayır.
***
Mahmudun evi.Mahmudla Səraslan oturub qəhvə içirlər.Süsən bir qədər kənarda nənnidəki körpəsini yelləyərək lay-lay oxuyur:
-Laylay dedim,yatasan,
Qızıl gülə batasan.
Qızılgülün içində,
Şirin yuxu tapasan.
Balam laylay,a laylay,
Gülüm laylay,a laylay.
Səraslan üzünü Süsənə tutaraq:
-Qızım, neçə vaxtdır, səni müşahidə edirəm,bircə dəfə də olsun erməni dilində laylay dediyini görmədim.
Dostları ilə paylaş: |