Kemiçi, küprükçilərgə. Gəmiçi (gəmi kapitanı) və körpü (liman) rəislərinə.
Bazarda turğanlarğa. Bazar əhlinə.
Bu yarlığnı tuta turğan Mühəmmədninq ubağa ataları burunğu keçkən Sain Xan çağıdinq biri-birə yarlığ rast tarxanlıq yusinica yürib. Bu yarlığa sahib olan və təqdim edən Mühəmmədin ata-babaları keçmiş zamanlardan bu günədək Sain Xan (Batı Xan) çağından tərxanlıq yarlığını bir-birilərinə ötürərək imtiyaz sahib olmuş və tərxanlıqlarını yürütmüşlər.
Atası Hacı Bayram Xocanı bizninq xan ağalarımız siyurqab. Atası Hacı Bayram Xoca bizim xan ağalarımız (atalarımız) tərəfindən siyurqal (iqta torpaqları) sahib edilib.
Tarxan qılğan carkasınq anqlata utındı ersə. (İndi biz Mühəmmədin müraciətinə əsasən) Tərxanlıq səlahiyyətlərin bir daha izah və təsdiq edirik.
Utulınq yub kürüb. Müraciət tərəfimizdən rəğbət görüb (xoşgörü ilə qarşılanıb).
Mühəmməd bizninq siyurqal bulub tarxan bulub tursun didimiz. Mühəmməd bizdən siyurqal alıb tərxan olsun dedik.
Bu kündinq ilğaru Qırım bilə Qırım yerninq tumanida. Sudaq atlığ kentninq cıvarında. Bu gündən etibarən Kırım ilə Kırım vilayətində və Sudaq adlı şəhərin civarında.
Burunğu zemandinq bərü mütəxatir tarxan bulğan undinçi qalasi bilə məşhur bulğan qalasidinq şəri iqbalə yusunca yer sulayı bilə Mühəmmədninq uğlanlari İlki Açi-Mühəmməd və Mahmudni azad tarxan bulsun. Keçmiş zamandan bəri xatiri xoş tutulan tərxan(lıq mərkəzi) olmuş, Undunçi qalası kimi məşhur olan qala və ətrafındakı ərazilərdəki torpaq və sular Mühəmmədin oğulları İlki Açi-Mühəmməd və Mahmud tərxan olsunlar.
Bularninq yer sularinğa, bağ-baxçalarinğa, hamam, degirmənləringə təsərrüf ğıla turğan yerləringə, burundinq qalğan asadlaringə basa qalarığa, sabançi ortaqcilarığa kim-kim ersə küc uğa tekurmasun. Bunların ərazilərinə, torpaq və sularına, bağ və baxçalarına, hamam və dəyirmanlarına, təsərrüfat sahələrinə, kotanla şumlanan ortaq sahələrinə kim gəlsə, kimliyindən asılı olmayaraq, onlara toxunmasınlar, xətirlərinə dəyməsinlər.