İlahi və bəşəri iki fərqli proqram.
İnsan ağlı ilə süni intellekt arasında fərqlərin olduğu şübhəsizdir. Bundan sonra da olacaq. Bu fərqlərdən bəziləri süni intellektin, digərləri isə insan ağlının üstünlüyündən xəbər verməkdədir. Yəni bəzi xüsusiyyətlərinə görə süni intellekt təbii intellekti üstələyir. Bu baxımdan yaddaşı misal çəkə bilərik.
Beyinin funksiyalarından və fəaliyyət növlərindən biri olan yaddaş informasiyanın toplanmsı, saxlanmsı, yenilənməsi, ətraf mühitə operativ reaksiyası və perspektiv planlaşdırılması funksiyasını yerinə yetirir. Eyni sözləri süni intellektin analoji funksuyası barədə də söyləyə bilərik.
Mütəxəssislər yaddaşın aşağıdakı xüsusiyyətlərini qeyd edirlər:
-Dəqiqlik
-Yaddaşın həcmli olması
-Yadda saxlamanın sürəti
-Yaddaşı təzələməyə hazır olma
-Yaddan çıxarmanın sürəti.
Bütün bu parametrlərə görə süni intellekt insan beynini üstələyir.
Yaxınlarımızla söhbətlərdə tez-tez “əgər yadımda düz qalıbsa”, “yaddaşım məni aldatmırsa”, “yadımda deyil”, yadıma gəlmir”, “yadımdan çıxdı”, “unutdum” və s. bu kimi ifadələrə rast gəlirik. Bu kimi ifadələr insan yaddaşısının qalıcı və dəqiq olmadığından xəbər verir. Kompüterlərimizin yaddaşı barədə isə eyni sözləri demək mümkün deyil. Süni intellektin yaddaşı dəqiq və sabitdir.
Yaddaşın həcminə görə də süni intellekt insan beynini üstələyir. Eyni sözləri yadda saxlamanın sürəti barədə də söyləyə bilərik. Məsələn, Saib Təbrizinin aşağıdakı şerini neçə dəfə oxumalı və təkrarlamalıyıq ki, yadımızda qalsın?
Dostları ilə paylaş: |