Yusaku Mazdzava
İlon Maskın kosmosla bağlı layihələrindən biri də Yerin orbitinə minlərlə peykin yerləşdirilməsi hesabına ucuz və çox keyfiyyətli peyk internet-kanalının yaradılmasını öngörən “Starlink” layihəsidir. Yerdəki və kosmosdakı çox sayda verici, ötürücü və qəbuledici qurğular vasitəsilə geniş şəbəkənin həyata keçirilməsi ilə gerçəkləşməkdə olan bu böyük planın da icraçısı “SpasceX” şirkətidir. Onun həyata keçirilməsinə 2015-ci ildə başlanılmış, 2017-ci ildə sözügedən şirkət 2020-ci ilə qədər üst-üstə 12 min peykin orbitə yerləşdirilməsi barədə normativ sənədlər hazırlamış, “TINTIN” peyklərinin ilk prototipləri 2018-ci ilin 22 fevralında göyə göndərilmişdir. Normativ sənədlərə görə, peyklər vasitəsilə gerçəkləşdirilən internet-kanalının 2019-2020-ci ildə işə düşməsi nəzərdə tutulmuşdu və artıq deyilənlər, demək olar ki, bütünlüklə həyata keçmişdir.
“SpaceX” eyni zamnda, kosmosa göndərdiyi peyklərin bir qismini elmi-tədqiqat işlərinin aparılması məqsədilə satışa çıxarılmasını planlaşdırır.
“Starlink” peykləri, kriptonlardan da istifadə edilməklə, Holl effekti əsasında çalışan elektrostatik mühərriklə təmin edilmişdir. Bu mühərriklər peyklərə öz orbit yüksəkliyini tənzimləməyə, kosmosda manevrlər etmək və istismar müddəti bitdikdən sonra orbiti tərk etməyə imkan verəcək şəkildə quraşdırılmışdır. Peyklərin hamısı 260 kq ağırlığındadır, yastı panel şəklindədirlər. Onlar kosmosdakı zibillər və digər peyklərlə toqquşmamaq və vaxtında manevr edərək toqquşmadan qaçınmaq məqsədilə ABŞ-ın Milli Müdafiə Nazirliyinin kosmik zibillərə nəzarət sisteminin məlumatlarından istifadə edirlər. Hər bir peyk günəş bateriyasına, eləcə də ulduzlarla istiqaməti tapmaq üçün nəzərdə tutulmuş anten qəfəslərinə sahibdir.
Sistem “İridium”, “Globalstar”, “Thuraya” və İnmarsat” peyk sistemlərindən fərqli olaraq, telefonlara birbaşa kilidlənməyəcəklər, telefonlarla əlaqə pitsa qutusu boyda olan və peykləri izləyən anten qəfəsli telefon terminalları vasitəsilə yaradılacaq. Bu terminallar peyklərin izlənə biləcəyi hər tərəfə qurulacaqlar.
“Starlink” peyk qruplarının dizaynı və vəziyyəti
Dostları ilə paylaş: |