BəXTİyar tuncay etnoqonik miFLƏR


"E.ə. I minillikdə irandilli tayfalar və xalqlar bizim ölkə­mizin



Yüklə 1,66 Mb.
səhifə134/165
tarix01.01.2022
ölçüsü1,66 Mb.
#104919
1   ...   130   131   132   133   134   135   136   137   ...   165
"E.ə. I minillikdə irandilli tayfalar və xalqlar bizim ölkə­mizin (keçmiş SSRİ-nin) - Çin sərhəddindən Dunay çayına qə­dər geniş ərazilərində məskun idilər (Грантовский, 1974, c. 3).

Yuxarıda əsərlərindən sitatlar təqdim etdiyimiz müəllif­lərin hamısı sözügedən etnik qrupları irandilli hesab etməklə yanaşı, onların qohum olduqlarını və Avrasiyanın geniş ərazi­lərində məskun olduqlarını təsdiq etmişlər. Bizim üçün önəmli olan da elə budur. O ki, qaldı həmin xalqların irandilliliyinə bu­nun belə olmadığını, söhbətin bilavasitə türk etnosundan get­di­yini irəlidə görəcəyik. Əslində isə yuxarıda kimmerlərin və se­kel­lərin (skolotların) dili barədə söylədiyimiz arqumentlər bu cə­fəng fikirlərin üzərindən birdəfəlik xətt çəkmək üçün yetərlidir.

Avrasiyanın geniş ərazilərinin iskit və sak xalqlarının məs­kəni olduğunu digər müəlliflər də təsdiqləmişlər. Belələrindən biri də V.İ.Abayev (Абаев, 1979, c. 121) olmuşdur. Bütün bu müəlliflər artıq yuxarıda qeyd edildiyi kimi, iskit və saklara aid edilən "heyvani üslub"un bütün bu ərazilərə səpələnmiş kur­qanlardan tapılan zəngin maddi mədəniyyət nümunələrinə xas olması faktından, eləcə də Herodot da daxil olmaqla bütün antik müəlliflərin həmin mədəniyyətin daşıyıcılarını ümumi­ləşdirici "iskit" adı ilə adlandırması faktından çıxış etmişlər. Fəqət həmin müəlliflər həmin kurqanların xronoloji ardıcıllığını, yəni hansı kurqanların nisbətən daha qədim olması faktını nəzərə almadan, bu etnik qrupların Şərqdən Qərbə doğru yayıldıqlarını söylə­mişlər. Onların belə düşünmələrinə isə Herodotun və Siciliyalı Diadorun (Ağasıoğlu, 2005, s. 85) iskitlərin ilkin vətəni kimi qeyd etdikləri məkanda axan Araz çayının yanlış olaraq bəzi hallarda Volqa, bəzi hallarda isə Amu Dərya çayı ilə eyniləş­dirmələri səbəb olmuşdur (Гейбуллаев, 1991, s. 277). Halbuki, bu halda söhbət həmişə Azərbaycandakı Araz çayından get­miş­dir. Bu barədə irəlidə söhbət açılacaqdır.

A.P.Smirnov iskit kurqanlarından tapılan maddi mədəniy­yət nümunələrini Asiya mənşəli hesab edərək yazmışdır:



"Buradan bir qədər şərqdə-Qazaxıstan, Orta Asiya və Altayda ümumi etnomədəni dəyərlərə sahib olan... qəbilələr məskun idilər. Məhz bu ərazilər iskitlərin qaynağı və Ata yur­du olmuşdur, məhz buradan onlar Şərqi Avropaya gəlmiş­dilər." (Смирнов, 1966, c. 43).

A.İ.Terenojkin isə başqa, gerçəyə daha yaxın bir fikir söy­ləyərək bidirmişdir ki, iskitlərin bir qismi Ön Asiyadan Orta Asiya və Sibirə getmişlər:




Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin