BəXTİyar tuncay etnoqonik miFLƏR


"Köçəri iskit tayfaları Asiyada yaşayırdılar. Massagetlər onları oradan sıxışdırdıqda onlar böyük hərbi qüvvə ilə Araz çayını keçib kimmerlər ölkəsinə gəldilər"



Yüklə 1,66 Mb.
səhifə136/165
tarix01.01.2022
ölçüsü1,66 Mb.
#104919
1   ...   132   133   134   135   136   137   138   139   ...   165
"Köçəri iskit tayfaları Asiyada yaşayırdılar. Massagetlər onları oradan sıxışdırdıqda onlar böyük hərbi qüvvə ilə Araz çayını keçib kimmerlər ölkəsinə gəldilər" (Гейбуллаев, 1991, s. 277).

Bu məlumatdan isə belə məlum olur ki, iskitləri Araz çayını keçməyə massagetlər məcbur etmişdilər. Massagetlərin isə ən azı e.ə VII əsrdən Azərbaycan sakinləri olduqlarını bütün mən­bə­lər birmənalı şəkildə təsdiqləyir (İsmayıl, 1955, c. 10; Гей­буллаев, 1991, c. 124). Yəni iskitlər Azərbaycana kənardan gəl­məmişdilər, əksinə ilk vətənləri olan Azərbaycandan qovulmuş­dular. kimmer torpaqlarına daxil olmaları isə onu göstərir ki, onlar Araz çayını keçib Van sahilləri və Ağrı dağı istiqamətinə üz tutmuşlar. Çünki kimmerlərin onlardan öncə ələ keçirdikləri və məskunlaşdıqları yer Urartu ərazisi idi və bu ərazi Ağrı dağı, Van gölü və ətrafını əhatə edirdi. Eyni zamanda o da məlumdur ki, kimmerlərin əlində olan torpaqlar arasında Kappadokiya da var idi (Гейбуллаев, 1991, s. 106).

Üçüncüsü, iskit və saklara xas mədəniyyətin ən qədim nü­mu­nələri Azərbaycan ərazisindən (Qədim Manna ərazisi) tapıl­mışdır. Söhbət Güney Azərbaycanın Ziviyə adlı yaşayış məntə­qəsindən tapılan, sensasiyaya səbəb olan, fəqət çox hissəsi oğur­lanan xəzinədən gedir. Həmin xəzinə 1947-ci ildə Sakkız şəhə­rindən 40 kilometr şərqdə, Həsənlu yaxınlığından tapılmışdır. Maraqlıdır ki, R.Qrişman Sakkız şəhərinin adının saklarla bağlı olduğunu söyləməkdədir (Excavations in Kaluraz..., 1973).

M.A.Dandamayev və V.Q.Lukonin xəzinə barədə yazmışlar:

"Həmin dövrdə Güney Azərbaycandakı siyasi olaylar İra­nın mərkəzi rayonları ilə normal əlaqələr üçün münasib de­yildi. Bu üzdən də bir çox əşyalar, ilk növbədə də qiymətli me­tallardan olan əşyalar ya əridilmiş, ya da bölüşdürmə zamanı kəsilmiş, az qiymətli əşyalarsa yerə atılmış və sınmışdı. Əntiq əşya satıcılarının fəallığı sayəsində xəzinə ayrı-ayrı şəxsi kol­leksiyalara və ABŞ, Fransa, Kanada, İngiltərə və Yaponiyanın çeşidli muzeylərinə yol tapdı. Hazırda onun əsas hissəsi Teh­randakı Arxeologiya muzeyində saxlanılır." (Дандамаев, Лу­конин, 1980, c. 90-91).

Sözügedən xəzinəyə aid 341 əşyanın (43-ü qızıldan, 71-i gümüşdən,103-ü fil sümüyündən) tam siyahısını, hazırlanma ma­teriallarını və ölçülərini ilk dəfə R.Qrişman dərc etdirmişdir (Ghrishman, 1973, p. 445-452). Bir vaxtlar İranın Arxeolyi Xid­mətinin baş inspektoru olmuş Andre Qodar 1950-ci ildə bu əş­yaların sadəcə bir hissəsinin siyahısını dərc etdirə bilmişdi və elə həmin dövrdə də onların böyük əksəriyyətinin e.ə. lX əsrə aid ol­duğu fikrini ifadə etmişdi. "Heyvani üslub" terminini də ilk dəfə məhz o, işlətmişdir. Məhz Qodar ilk dəfə bu üslubda aşşur incəsənətinə xas elementlərin olduğunu ifadə etmişdir. Məhz onun sayəsində bu əşyaları çoxu Tehrana, muzeyə göndərilmiş və qoruna bilmişdir.

Andre Qodar digər böyük alim E.Hersfeldin ardınca bu in­cəsənətin iskit incəsənətinə başlanğıc verdiyini söyləmiş, sözü­gedən incəsənətin "Manna" incəsənəti olduğunu bildirmişdir (Go­dard, 1950). Elə bu böyük alim də xəzinənin tapıldığı Ziviyə yaşayış məntəqəsinin adının qədim mixi yazılarda, daha dəqiq desək, II Sarqonun kitabəsində (Luckenbill, 1927, II, p. 5) "Zu­bie qalası" kimi yad edilən qədim yaşayış məskəninin dövrümü­zədək yaşayan adı olduğunu söyləyərək göstərmişdir ki, Ziviyə xəzinəsindən tapılan əşyaların bənzərlərinə bu məntəqədən bir neçə kilometr kənarda yerləşən Qaplantudan əldə edilən tapın­tılar içərisində də rast gəlinmişdir. O, Qaplantuda üzə çıxarılan qədim şəhərin qalıqlarının bir vaxt Mannanın paytaxtı olmuş İzirtu olduğunu da sözlərinə əlavə etmişdir (Дандамаев, Луко­нин, 1980, c. 91).

R.Bernett tapılan bütün bu əşyaların Quzey Qafqaz, Quzey Qara dəniz, Gü-ney Rus düzənliyi, Orta Asiya, Altay, Sibir və Şərqi Türküstandan, iskit kurqanlarından tapılan və sonrakı əsr­lərə aid olan incəsənətin ilk və daha qədim nümunələri olduğunu qeyd etməklə yanaşı, bu misilsiz incəsənətin Aşşur və Urartu in­cəsənətlərinin təsiri ilə yarandığını iddia etmişdir (Barnett, 1962, p. 77-95).

Qədim Manna ərazisində iskit incəsənətinin qaynaqlarının tapılması iskit və sakları Azərbaycan və Ön Asiyaya gəlmə he­sab edən alimləri çaş-baş salsa da, onların hamısı iskit-sak incə­sənətinin Ön Asiya mənşəli olduğunu etiraf etməyə məcbur qal­mışlar. Belələrindən biri də Y.Y. Kuzminadır (Кузьмина, 1987, c. 3). O, bu incəsənətin Ön Asiyadan Avrasiya çöllərinə və Al­taya qədər yayıldığını bildirmişdir (Кузьмина, 1987, c. 8).

İskit və saklara aid edilən "heyvani üslub" barədə bir çox alimlər fikir söyləmişlər. Bu baxımdan A.Alfoldi, D.Karter, E.Farkaş, V.Abayev, K.Şefold, İ.Yat-senko, Q.Fyodorov-Davı­dov, A.Xazanov, A.Şkurko, M.Rostovtsev, İ.Braginski, K.Tre­ver, S.Tolstov, Q.Puqaçenkova, S.Rudenko, B.Litvinski, V.Lu­konin, D.Ra-yevski, Q.Bonqard-Levin, A.Akişev, B.Mazolev­ski, V.Qolmsten, A.Qraç, L.Dyula (Кузьмина, 1987, c. 4), Q.Qey­bullayev (Гейбуллаев, 1991, s. 283) və s. kimi elm adam­larını göstərmək olar. Və bütün bu alimlər iskit incəsənətinin qaynaqlarının Manna ərazisi ilə bağlı olduğunu, Aşşur və Urartu mədəniyyətlərinin təsiri ilə formalaşdığını qeyd etmişlər.

Məsələn, A.M.Xazanov iskit incəsənətinin On Asiyanın mə­dəni ölkələrinin təsiri ilə formalaşdığını söyləməkdə (Рыба­ков, 1979, c. 225), B.A.Texov isə iskit mədəniyyətinin Kiçik və Ön Asiyadan yayıldığını qeyd etməkdədir:

"Həqiqətən, Orta Asiya və Sibirdə iskit abidələrinin yaşı cavandır, hər halda, orada iskit mədəniyyəti ilə bağlı ortaya çı­xan material, əsasən e.ə.VII-VI əsrlərə aiddir. Beləliklə aydın olur ki, Ön Asiya iskitləri Midiya üzərindən orta Asiya və Sibi­rə keçmişlər, onların da bir hissəsi Güney Qafqaz üzərindən, əsasən, Qara dəniz sahilləri ilə quzeyə getmişlər. Burada isə ortaya çıxan iskit triadası (yaraqlar, at nəsnələri və heyvani üslub) adətən, Amu-Dərya və Volqa tərəfdən gələn iskitlərlə əla­qələndirilir, halbuki, həmin tarixdən öncə Sibir və Orta Asiyada bu mədəniyyətin izini sübut edən faktlar müəyyən olunmayıb." (Техов, 1980, c. 17-18).

İskit və sakların incəsənətini dərindən tədqiq edən M.İ.Ar­tomonov "heyvani üslubun" əsas motivinin maral motivi oldu­ğunu göstərmişdir (Артомонов, 1974, c. 25). Bu təsbitin iskit və sakların, eləcə də onların incəsənətinin mənşəyini anlamamız baxımından böyük önəmi var. Gerçəkdən də maral motivi iskit-sak incəsənətində ən yayğın motivdir. Eyni motivə elm aləmində "iskit maral daşları" adı altında tanınan daşların üzərində də rast gəlinməkdədir. Və "iskit maral daşları"nın kökləri e.ə. lX əsrdə formalaşan "heyvani üslub"dan daha qədim dövrlərə qədər uza­nır. Və bu köklər də məhz Azərbaycana işarə edir.

Mövzu ilə bağlı tarixçi alim X. Mahmudova deyir:

"Maral daşları iskitlər dövrünün incəsənətini, ideologi­yasının və sosial həyatının öyrənilməsi baxımından əvəzsiz mən­­bədir. 20-ci əsrin 70-ci illərindən geniş tədqiq edilməyə başlayan bu daşlar təkcə Asiyada deyil, Avropada da təsbit edil­mişdir. Belə abidələrə Kabarda-Balkar ərazisindəki Qızbu­run-1 kurqanında, Rumıniyada, Dinoqeti-Tarvanadlı yerdə, Bol­qarıstanda, Almaniyada, Gürcüstanda, Şərqi və Mərkəzi Qazaxıstanda, Baykal gölü ətrafında və Monqolustan əra­zisin­də rast gəlinmişdir.


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin