Bəxtiyar Tuncay İBLİSİn böYÜK ŞƏR İmperiyasi


(Haqq yoldan) çıxanlar isə Cəhənnəm üçün odun olacaqlar (orada yandırılacaqlar)””



Yüklə 174,87 Kb.
səhifə14/27
tarix10.01.2022
ölçüsü174,87 Kb.
#110603
1   ...   10   11   12   13   14   15   16   17   ...   27
(Haqq yoldan) çıxanlar isə Cəhənnəm üçün odun olacaqlar (orada yandırılacaqlar)””. 

Peyğəmbərin (s) səhabələrinin rəvayətinə görə Qəza Hamə adlı bir cin Peyğəmbərin yanına gələrək iman etdiyini orada olan insanlar görmüşdülər.

Yuxarıdakı ayələrdən belə aydın olur ki, cinlərin kafir və günahkar olanları da vardır, bunlara şeytan deyilir, ataları iblisdir. O, Adəmə sitayiş etməyərək Allaha üsyan etmiş, işi insanları və həmcinsləri olan cinləri haqq yolundan yayındırmaqdır. Necə insanlar içində yolunu azmışlar varsa, cinlər arasında da belələri var.

Şeytan, mələk və cinlərin mənşəyi məsələsində İslam alimləri arasında yekdil fikir yoxdur. Maraqlıdır ki, Quranda Şeytanın özünü oddan yaradılmış varlıq kimi təsvir etməsi, cinlərin onu özlərindən biri hesab etmələri barədə dəqiq ayələr olsa da, fərqli fikirdə olan alimlərə də rast gəlinməkdədir. Onlar Quran ayələri ilə birlikdə doğru olub-olmadığı dəqiq bilinməyən hədislərə istinad edirlər.Belə hədislərdən biri İbn Abbasın nəql etdiyi bir hədisdir. Bu hədisə görə, İblis Allahın oddan yaratdığı bir mələk olmuşdur. İbn Abbas  qeyd edir ki, “cin” sözü nə dünyəvi cinlərə, nə də Şeytan kimi “alov mələklərinə” aid edilə bilməz. 

Bu hədis həm Quranla, həm də VII əsrdə yaşamış ən nüfuzlu İslam ilahiyyatçılarından biri olan Bəsrəli Həsinin  İslam Peyğəmbərindən (s) sitat gətirdiyi hədislə ziddiyyət təşkil edir. Sözügedən hədisdə Peyğəmbərin (s) dilindən belə deyilir: “İblis heç bir saniyə belə mələk olmayıb. Adəm insanlığın mənşəyi olduğu kimi, İblis də cinlərin mənşəyidir”. 

Orta əsr fars alimlərindən Mahmud Zəmaxşəri yazır ki, “mələk” və “cin” sözləri sinonimdir. Digər bir fars alimi Əl-Bəyzavi  isə onun əksinə qeyd edir ki, Şeytan mələk olmağa ümid etsə də, hərəkətləri onu cin etmişdir. Digər İslam alimləri isə razılaşırlar ki, Şeytan cin olmuş və düzgünlüyünə görə Cənnətə qəbul edilmişdir, lakin, mələklərdən fərqli olaraq ona, Allaha tabe olub-olmamaq seçimi verilmişdir. Cənnətdən qovulduqda isə Şeytan, insanlığı öz cəzalandırılmasında günahkar elan etmişdir. 

İblisin alov mənşəli olmasını izah etməyə çalışan Zəkəriyyə Qəzvini və Məhəmməd ibn Əhməd İbşihi] qeyd bildirmişlər ki, bütün fövqəltəbii varlıqlar oddan yaradılsalar da, mələklər odun işığından, cinər isə alovundan yaradılmışdır və buna görə də bütün fövqəltəbii varlıqların mənşəyi oda bağlıdır. Əbdülqani əl-Məqdisinin fikrincə isə, yalnız mərhəmət mələkləri işıqdan, cəza mələkləri isə alovdan yaradılmışdır.

Əl-Təbəri bildirir ki, Adəmin yaradılmasından əvvəl Yer cinlərlə məskun idi və onlar boş-boşuna gəzirdilər. İblis əvvəlcə Əzazil və ya Əl-Harit adlı oddan yaradılmış mələk olmuş və dünyəvi cinlərə qarşı durması üçün Allah tərəfindən yerə göndərilmişdir. Əzazil döyüş zamanı cinlərə qalib gəlmiş və onları dağlara qovmuşdur. Lakin, bundan sonra özünün insanlar və digər mələklərdən üstün olduğunu düşünməyə başlamış və bu da onun qovulmasına səbəb olmuşdur. Əzazilin rəhbərlik etdiyi mələklər qrupu Cənnəti qoruduqlarına görə cinlər adlandırılırdılar. 

Ət-Təbəriyə aid edilən başqa bir ənənəyə görə isə, Şeytan, mələklər tərəfindən ələ keçirilərək əsir alınmış yer cinlərindən biri olmuşdur. Bundan sonra Allah onu digər cünlər üzərində hakim təyin etmiş və o, Əl-Hakam adını almışdır. Laqeydlik göstərməsinə kimi min il ərzində o, öz vəzifəsini yerinə yetirmiş, lakin, sonra bağışlanaraq Adəm qarşısında baş əyməkdən imtina edənə kimi işini davam etdirmişdir.

Bu kimi fikir və baxışların sayı olduqca çoxdur. Lakin onlar bizi azdırmamalıdırlar. Bizim tək istinadgahımız, əlbəttə ki, Quran olmalıdır. Quran isə bizə İblisin cinlərdən olduğunu bildirir. Əl-Kəhf surəsinin 50-ci ayəsibunu açıq şəkildə ortaya qoymaqdadır:

Bir zaman Biz mələklərə: “Adəmə səcdə edin!”– demişdik. İblisdən başqa hamısı səcdə etdi. (İblis) cinlərdən idi. O, Rəbbinin əmrinə boyun əymədi...”.

Quranda Şeytaları xarakterizə edən ayələrdən biri də Əl-Ənam surəsinin 121-ci ayəsidir. Bu ayədən belə məlum olur ki, şeytan insanları Allahın yolundan döndərmək üçün batil inanclar uydurur və onları insanlara təlqin edir. Onun batil əqidəsinə uyanlar müşrik adlandırılır:



Üstündə Allahın adı çəkilməmiş (“bismilləh” deyilib kəsilməmiş heyvanlardan) yeməyin. Çünki bu, günahdır. Həqiqətən, şeytanlar öz dostlarına sizinlə mübahisə etmək üçün (batil əqidələr) təlqin edirlər. Əgər onlara itaət etsəniz, sözsüz ki, siz də müşriklərdən olarsınız”.

Yuxarıda misal çəkdiyimiz ayələrdən göründüyü kimi, şeytan insanları Allaha və Qurana inanmaqdan vaz keçdirməyə nail olmaq üçün hər bir yola baş vurur. Yəni onun əsas hədəfi Adəm övladları arasında imansızlıq toxumu səpməkdir. Təsadüfi deyil ki, Əl-Əraf surəsinin 27-ci ayəsində şeytanın inanmayanların dostu olduğu bildirirlir və qeyd edir ki, şeytanlar insanları insanların onları görə bilmədikləri yerdən görürlər:

Ey Adəm oğulları! Şeytan, əcdadınızın ayıb yerlərini özlərinə göstərmək məqsədilə (aldadaraq) libaslarını soyundurub Cənnətdən çıxartdığı kimi, sizi də aldatmasın. Şübhəsiz ki, o və onun nəsli sizləri sizin onları görə bilmədiyiniz yerlərdən görürlər. Həqiqətən, Biz, şeytanları iman gətirməyənlərin dostları etdik”.

Eyni ayənin 30-cu ayəsində də eyni məsələ diqqətə çatdırılır, Allahı qoyub şeytanı özlərinə dost tutanların doğru yolda olduqlarını zənn etdikləri deyilir:

(Allah Öz bəndələrinin) bir qismini doğru yola yönəltdi, digərlərinə isə (haqq yoldan) azmaq layiq görüldü. Çünki onlar Allahı qoyub şeytanları özlərinə dost tutdular və elə güman edirlər ki, doğru yoldadırlar”.

Həmin surənin 175-ci ayəsində deyilənlərə bir qədər də aydınlıq gətirilir:

Onlara ayələrimizi verdiyimiz kimsənin əhvalatını oxu. O, ayələrdən kənara çıxdı, şeytanın təqibinə məruz qaldı, axırda da azanlardan oldu”.

Maraqlıdır ki, nə Tövratda, nə İncildə, nə də Quranda Şeytanın xarici görünüşü heç vaxt təsvir edilməsə də, İslam miniatürlərində Şeytan buynuzlu, qabarıq dişli, quyruqlu və caynaqlı təsvir edilir. XIX əsrdən başlayaraq xristian incəsənətində də o, buynuzlu, haça dırnaqlı, qeyri-adi tüklü ayaqlarla, çox vaxt çılpaq və əlində yaba tutmuş halda təsvir edilir.

Dünya ədəbiyyatının bir çox şah əsərində Şeytanın bədii obrazı ilə rastlaşmaq mümkündür. Bu sırada Dantenin “İlahi komediya”sının, Hötenin “Faust” əsərinin Con Miltonun “İtirilmiş Cənnət” və “Qaytarılmış Cənnət”, eləcə də Uilyam Bleykin poemalarının adını çəkmək mümkündür.

Şeytan, Hüseyn Cavidin “İblis” dramında xüsusilə canlı təsvir edilmiş, onun daxili aləmi böyük ustalıqla açılaraq gözlər önünə sərilmişdir. Həmin əsərdə İblisin dialoqu Cavid Poeziyasının zirvəsini təşkil edir:


İblis!.. O böyük ad nə qədər calibi-heyrət!

Hər ölkədə, hər dildə anılmaqda o şöhrət,

Hər qülbədə, kaşanədə, viranədə İblis!

Həp Kə’bədə, bütxanədə, meyxanədə İblis!

Hər kəs bəni dinlər, fəqət eylər yenə nifrət,

Hər kəs bana aciz qul ikən, bəslər ədavət,

Lakin bəni təhqir edən, ey əbləhü miskin!

Olduqca müsəllət sana, bil, nəfsi-ləimin,

Pəncəmdə dəmadəm əzilib qıvrılacaqsın,

Daim ayaq altında sönüb məhv olacaqsın.

Bənsiz də, əmin ol sizə rəhbərlik edən var:

Qan püskürən, atəş savuran kinli krallar,

Şahlar, ulu xaqanlar, o çılğın dərəbəglər,

Altın və qadın düşkünü divanə bəbəklər.

Bin hiylə quran tilki siyasilər, o hər an

Məzhəb çıqaran, yol ayıran xadimi-ədyan;

Onlarda bütün fitnəvü şər, zülmü xəyanət,

Onlar duruyorkən bəni təhqirə nə hacət?!

Onlar, əvət onlar sizi çignətməyə kafi,

Kafi, sizi qəhr etməyə, məhv etməyə kafi...

Bən tərk edərim sizləri əl’an, nəmə lazim!

Hiçdən gələrək, hiçliyə olmaqdayım azim.

İblis nədir? – Cümlə xəyanətlərə bais...

Ya hər kəsə xain olan insan nədir? – İblis!..


Bir çoxları yanlış olaraq, İblisi mələk hesab edirlər və bu fikirlərini əsaslandırmaq üçün Əl-Bəqərə surəsinin 34-cü ayəsini misal çəkirlər:

Bir zaman Biz mələklərə: “Adəmə səcdə edin!”– dedikdə, İblisdən başqa (hamısı) səcdə etdi. O imtina edib təkəbbür göstərdi və kafir­ oldu”.

Halbuki, buradan İblisin də mələklərdən biri olduğu mənası çıxmır. Üstəlik də Allahın mələkləri nurdan, Şeytanı isə atəşdən yaratdığı bilinməkdədir. Cinn surəsinin 4-cü ayəsində də açıq-aydın şəkildə Şeytanın cinlərdən biri olduğu söylənilir.

Bu fakt bir daha sübut edir ki, Quranın hər hansı bir ayəsi əsasında hökm vermək doğru deyildir. Mütləq eyni məzmunlu ayələrə də müraciət edilməli, onlar tutuşdurulmalı və bundan sonra fikir yürüdülməlidir.

Tağut adı ilə də tanınan İblisin tam mahiyyətini başa düşmək üçün Qurandakı digər ayələri də gözdən keçirməyimizə ehtiyac var. Əks təqdirdə gəldiyimiz nəticə yarımçıq olacaq, İblisin qurduğu Şər imperiyasının mexanizmlərini anlamağımız çətinləşəcək.

İblis barədə maraqlı məlumatlardan biri də Əl-Əraf surəsinin 200-202-ci ayəıərində yer alır. Bu ayələrdən belə aydın olur ki, yalnız Allaha sığınanlar Şeytanın şərindən qorunmaq imkanındadırlar:

Əgər şeytandan sənə bir vəsvəsə gəlsə, Allaha sığın. Şübhəsiz ki, O, Eşidəndir, Biləndir.


Yüklə 174,87 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin