T. Bleir
T. Bleir öz xatirələrində Putinin NATO-nun genişlənməsinə verdiyi reaksiyanı özünü təhqir edilmiş hesab edən birisinin reaksiyası kimi təsvir edərək belə yazmışdır: "Vladimir amerikalıların ona layiq olduğu yeri vermədiyi qənaətinə gəldi".
Bu hadisədən 12 il sonra V. Putin özünün Kırım nitqində belə demişdir: “Bizi hər dəfə aldadır, qəraraları arxamızda qəbul edir və bizi baş vermiş fakt qarşısında qoyurdular. NATO-nun genişlənməsi və sərhədlərimizdə hərbi infrastrukturun qurulması zamanı da belə oldu. Bizə hər dəfə “bunun sizə dəxli yoxdur” deyirdilər (Михаил Зыгарь, 2014).
2004-cü ilin sonunda Ukrayna hadisələri (Narıncı İnqilab) səbəbiylə Rusiya-ABŞ münasibətlərində soyuma başladı. 2004-cü il prezident seçkilərində Rusiya hakimiyyəti Vahid İqtisadi Məkan (CES) çərçivəsində Rusiya ilə iqtisadi əməkdaşlığı müdafiə edən və rus dilinə ikinci dövlət dili statusu verən Ukrayna Regionlar Partiyasının namizədi Viktor Yanukoviçi dəstəklədi.
4 May 2006-cı ildə ABŞ vitse-prezidenti Riçard Çeyni Vilnüsdə olarkən Çörçillin Fulton nitqindən sitat gətirərək, indi çoxlarının “Vilnüs nitqi” adlandırdığı bir nitq söylədi və qeyd etdi ki, ABŞ “Rusiyanın öz mineral ehtiyatlarından xarici siyasətdə təzyiq vasitəsi kimi istifadə etməsi, Rusiyada insan hüquqlarının pozulması və beynəlxalq aləmdə Rusiyanın təxribatçı hərəkətlərindən” narahatdır. Rusiyanın İran, Suriya, KXDR və “əndişə yaradan” digər dövlətlərlə hərbi əməkdaşlığını dayandırmaqdan imtina etməsi BMT Təhlükəsizlik Şurasında davamlı olaraq Rusiya-Amerika qarşıdurmalarına səbəb olur.
Dik Çeyni
ABŞ-ın 2006-cı il Milli Təhlükəsizlik Strategiyasında Rusiya Federasiyasına qarşı olan mövqeyi kökündən dəyişdirildi. Əgər 2002-ci ildə bənzər bir sənəddə Amerika rəhbərliyi Rusiyada baş verən bəzi müsbət dəyişiklikləri qeyd edərək onu terrorizmlə mübarizədə müttəfiq adlandırmışdısa, 2006-cı il sənədində Rusiya Federasiyasında demokratiyanın inkişafına çox skeptik münasibət bildirilmiş və qeyd edilmişdi ki, “Birləşmiş Ştatlar zəruri hallarda zəruri hesab etdiyi kimi hərəkət etməyə hazırdır."
Bununla əlaqədar Rusiya Xarici İşlər Nazirliyinin Məlumat və Mətbuat İdarəsi bəyanat yayaraq bildirdi ki, Ağ Evin fikrincə, "ABŞ-ın xarici ölkələrlə əlaqələrinin inkişafının əsas meyarı, bu ölkələrin Amerikanın demokratiya anlayışı ilə uyğunsuzluğu və ya uyğunsuzluğu və uyğun olamayan bu kimi arzuolunmaz rejimlərlə mübarizə ehtiyacı olacaqdır. Vaşinqtondan belə görmək olur.”
2000-ci illərin ikinci yarısından etibarən etdiyi bütün çıxışlarında, o cümlədən Münhendəki beynəlxalq forumdakı nitqində Putin daim Amerikanın xarici siyasətinin hərbi aspektlərindən narazılığını bildirmiş və "maneəsiz, hipertrofik güc tətbiq edilməsindən" və ABŞ-ın dünya nizamına baxışının digər dövlətlərə sırımağa çalışmasından narahatlığını dilə gətirmişdir.
10 Fevral 2007-ci ildə Münhendə keçirilə “Təhlükəsizlik Siyasəti” Konfransında çıxış edən Putin ABŞ qoşunlarının və ABŞ-ın Şərqi Avropada raketdən müdafiə sisteminin elementlərinin yerləşdirilməsinə, həmçinin kosmosun hərbiləşdirilməsinə etirazlarını bildirdi. Rusiya lideri ABŞ-ın bütün dünya problemlərini hərbi yolla həll etməyə çalışdığını söylədi və NATO və Avropa Birliyini BMT-nin funksiyalarını öz üzərinə götürməyə çalışdığını söylədi (Мюнхенская речь Путина.., 2013).
ABŞ rəhbərliyinin fikrincə, ABŞ-ın raketdən müdafiə sisteminin elementlərinin Şərqi Avropada yerləşdirilməsi Avropanı Şimali Koreya və İran raketlərindən qorumaq məqsədi daşıyır. Rusiya rəhbərliyi bu izahı rədd edir (Россия может выйти.., 2016).
Dostları ilə paylaş: |