Bəxtiyar Tuncay III dünya savaşi giRİŞ


VI FƏSİL ABŞ və Rusiya qarşıdurması pik nöqtədə



Yüklə 2,93 Mb.
səhifə43/105
tarix01.01.2022
ölçüsü2,93 Mb.
#102794
1   ...   39   40   41   42   43   44   45   46   ...   105
VI FƏSİL
ABŞ və Rusiya qarşıdurması pik nöqtədə
2019-cu ilin 17 fevralında Təhlükəsizlik üzrə Münhen konfransında çıxış edən Dövlət Departamentinin Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri Bəşər Əsədin Suriyanın şimal-şərq bölgələrinə nəzarəti bərpa etməsini istəmədiklərini bildirərək qeyd etdi ki, ABŞ öz quru qoşunlarını Suriyadan çıxarır. Çünki artıq İslam dövləti üzərində qələbə çalınıb və bu qoşunlara ehtiyac yoxdur.

Ceyms Cefri
ABŞ öz quru qoşunlarını Suriyadan çıxartsa da, Hərbi Hava qüvvələri hələ də Suriyadadır. Fevralın 15-də “The Washington Post” qəzeti ABŞ-ın Müdafiə Nazirliyinin Almaniya, İngiltərə və Fransa hərbçiləri ilə birlikdə Suriyanın şimal-şərqində kürdlər üçün təhlükəsizlik zonası yaratmaq üzərində çalışdığını yazaraq, bunun üçün daha 1,5 min nəfər hərbi kontingentə ehtiyac olduğunu bildirdi (В США не хотят.., 2019).

Fevralın 2-də “Reuters” agentliyi Donald Tramp administrasiyasından bir nəfər yüksək rütbəli məmura istinadən bildirdi ki, ABŞ-ın Suriyada 400 hərbçisi qalacaq. Onlardan 200-ü ümumi sayları 800-dən 1500-ə qədər olan Avropalı müttəfiqləri ilə birlikdə Suriyanın şimal-şərqindəki təhlükəsizlik zonasında, digər 200 nəfərsə beynəlxalq koalisiyanın Ət-Taifdəki hərbi bazasında yerləşdiriləcək (Reuters узнало.., 2019).

Martın 3-də “The Washington Post” Amerikadakı diplomatik qaynaqlara istinadən ABŞ-ın ərəb ölkələrinin Bəşər Əsədlə vətəndaş müharibəsinin əvvəllərində qırılmış əlaqələrini bərpa etməsinə mane olduğunu yazdı. Bunlardan birincisi 2018-ci ilin sonunda özünün Dəməşqdəki səfirliyinin işini bərpa edən BƏƏ oldu. Qəzetin iddiasına görə, digər ərəb ölkələri də eyni addımı atmaqda maraqlı idilər. Fəqət Tramp administrasiyası bunun qarşısını almaq üçün əlindən gələn hər şeyi etməkdədir (WP: США.., 2019).

2019-cu ilin 26 sentyabrında ABŞ Maliyyə Nazirliyi Rusiyanın Suriyadakı Hərbi Kosmik Qüvvələri üçün yanacaq daşınmasına vasitəçilik edən fiziki və hüquqi şəxslərə, eləcə də gəmilərə sanksiyalar tətbiq edildiyini elan etdi. Buna cavab olaraq, Rusiya XİN bəyan etdi ki, bu sanksiyalar Rusiyanın Suriyadakı fəaliyyətlərinə heç bir xələl gətirməyəcək (Санкции окажут.., 2019).



Barış Pınarı” Hərəkatı bölgəsi
2019-cu ilin avqustunda ABŞ-Türkiyə danışıqları nəticəsində Suriyanın şimalında, kürd terrorçularına aid istehkamların sökülməsi və sərhəd bölgəsindən ağır silahların çıxarılması da daxil olmaqla, təhlükəsizlik zonasının yaradılması və ortaq əməliyyatlar üçün koordinasiya mərkəzinin yaradılması barədə razılıq əldə edildi. Vaşinqton Türkiyəyə bufer zonada birgə patrulların təşkil edilməsini təklif etdi. “Rəsmi Dəməşq” bu razılaşmaya qəti şəkildə qarşı çıxdı, çünki onun fikrincə, belə bir addım Suriyanın suverenliyini, beynəlxalq hüquq prinsiplərini və BMT nizamnaməsini pozur (Турция и США.., 2019; США маневрируют.., 2019).

Bununla belə, Türkiyə tərəfi ABŞ-ın əldə edilmiş razılaşmaya əməl etməməsindən məmnun qalmayaraq (Эрдоган обвинил.., 2019) oktyabrın 9-da Türkiyə-Suriya sərhəddi boyunca 30 km dərinlikli təhlükəsizlik zolağı yaratmaq və daha sonra ora Türkiyəyə sığınmış 2 milyon Suriya qaçqınını yerləşdirmək məqsədilə ABŞ tərəfindən himayə edilən kürd terrorçularına (PYD // YPG) qarşı “Barış Pınarı” Hərəkatına başladığını bəyan etdi (Эрдоган представил.., 2019).

Hərbi əməliyyatların başlaması Trampı ABŞ hərbi hissələrini sözügedən bölgədən çıxartmağa məcbur oldu (Walker Tim, 2019).

Əməliyyat sırasında Türkiyə ordusu M4 strateji yolunu kəsərək, Suriyanın Ras əl-Ayn və Tell-Abyad sərhədd şəhərləri və qonşu bölgələr üzərində nəzarət qurdu. Bu hal terrorçuları Bəşər Əsəd rejimi ilə əlaqə yaratmasına (Лаврентьев, 2019), nəticədə rus hərbiçilərinin və Bəşər Əsəd rejiminə bağlı hərbi birliklərin terrorçuların nəzarətində olan Türkiyəni qabaqlayaraq Münbic, Ayn əl-Ərəb (Kobani), Ət-Tabka, Ər-Rakka şəhərlərini, qonşu bölgələri, eləcə də Fərat çayı üzərindəki iki elektrik stansiyasını və körpüləri ələ keçirmələrinə səbəb oldu. Rus və rejim güclərinin neftlə zəngin bölgələr istiqamətində hərəkətinin qarşısını Amerikalılar aldılar (Москва и Анкара.., 2019).

Rusiya-ABŞ gərginliyinin pik nöqtəsinə çatmasında Ukrayna hadisələrinin də xüsusi rolu olmuşdur.


Yüklə 2,93 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin