Bəxtiyar Tuncay III dünya savaşi giRİŞ



Yüklə 2,93 Mb.
səhifə47/105
tarix01.01.2022
ölçüsü2,93 Mb.
#102794
1   ...   43   44   45   46   47   48   49   50   ...   105
Vladimir Zelenski
Mayın 28-də, Zelenskinin prezidentlik kürsüsünə keçməsindən bir həftə sonra, K. Uolker dünya mətbuatının nümayəndələrinin suallarını cavablandırarkən ABŞ-ın Ukrayna siyasətinə aydınlıq gətirərək bildirdi ki, Minsk razılaşmasının həyata keçirilməsi istiqamətində Ukrayna indiyə qədər etdiyindən daha artığını etmək iqtidarında deyil. Nə edə bilərdisə, artıq edib. O bir daha bəyan etdiki böhranın tək səbəbi Rusiyanın işğalıdır: “Ukrayna konflikt sırasında cinayət törətmiş hər kəsə amtistiya verilməsi barədə qanun qəbul edib, xüsusi status verib, bütün ərazilərdə seçkilər keçirib və Donbasda da, onun üzərində nəzarəti etibarlı şəkildə təmin etdikdən sonra, keçirəcək. Təəssüf ki, Minsk razılaşmasının həyata keçirilməməsi Rusiyanın Şərqi Ukraynanı işğal etməsi ilə əlaqədardır. Rusiya atəşkəsin təmin edilməsinə, silahlı dəstələrin silahsılaşdırılmasına, Ukrayna konstitusiyasına zidd olan və Minsk razılaşması ilə nəzərdə tutulmayan “xalq respublikaları”nınləğvinə nail olmalı və öz hərbi hissələrini bölgədən çıxarmalıdır. Bir sözlə Rusiya Donbasda müharibənin durması üçün hələ çox şey etməlidir” (США предупредили.., 2019; Владимира Зеленского.., 2019).

Sentyabrın 5-də dövlət katibi M. Pompeo “The Daily Signal”a müsahbəsində Putin ilə “Normand formatı” daxilində danışıqlara hazır olan Zelenskinin prosesə yeni nəfəs gətirəciyənə ümid etdiyini söyləyərək xatırlatdı ki, ABŞ-ın hazırki siyasəti Zelenskiyə Moskva ilə manasibətlərdə yaranmış dalandan çıxış yolu tapmasına imkan yaratmaqdan ibarətdir. Rusiya ilə dialoq Ukraynada mühariyə son qoymaq baxımından zəruridir. Terrorizmlə mübarizədə də Rusiya ilə əməkdaşlığa ehtiyac var. Pompeo bir daha ölkəsinin “Kırım deklarasiyası”na sadiqliyini ifadə etdi (Нормандский формат.., 2019; EXCLUSIVE.., 2019).

Rusiya-ABŞ münasibətlərinin sözügedən dövrdəki vəziyyətini nümayiş etdirən hadisələrdən biri də D. Trampın Kerç boğazında baş vermiş Rusiya-Ukrayna qarşıdurması barədə 25 noyabr 2018-ci il tarixli məruzəyə istinad edərək, V. Putinlə 31 noyabr-1 dekabr tarixində nəzərdə tutlmuş görüçdən imtina etməsi idi (Президент США выпал.., 2018).

Daha sonra Vaşinqtondan Kerçdə baş vermiş olayla bağlı yeni sanksiyaların tətbiq ediləcəyi barədə yeni səslər və Rusiyaya təzyiq edilməsi barədə Avropalı müttəfiqlərə çağırışlar eşidilməyə başladı. Dövlət Demartamenti Avropalı müttəfiqlərini Rusiyanı cəzalandırmaq məqsədilə “Şimal axını-2” layihəsindən imtina etməyə çağırdı (Риторика больного.., 2018).

2019-cu ilin 7 sentyabrında Rusiya və Ukrayna arasında əsirlərin dəyiş-düyüşü gerçəkləşdirildi. Rus tərəfi Ukraynaya 24 əsir qaytardı (Помощник президента.., 2019; Обмен пленными, 2019). Bundan məmnun olduğunu dilə gətirən D. Tramp baş verən hadisəni sülh istiqamətində ilk ehtimali nəhəng addım adlandırdı. Mövzu K. Uokrin də gündəminə oturdu. O da öz növbəsində hadisələrin qarşılıqlı anlaşma istiqamətində yürüyə bilcəyinə ümidvar olduğunu dilə gətirdi (Гигантский шаг.., 2019).



Yüklə 2,93 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin