Bəxtiyar Tuncay III dünya savaşi giRİŞ



Yüklə 2,93 Mb.
səhifə88/105
tarix01.01.2022
ölçüsü2,93 Mb.
#102794
1   ...   84   85   86   87   88   89   90   91   ...   105
17.06.2020.

Vaşinqton rəhbərliyinin Liviyada atəşkəs üçün atacağı addımlardan məmnun qalarıq.

Bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.

XİN rəhbəri vurğulayıb ki, ABŞ-ın Liviyada tərəflər üzərindəki təsiri sülh prosesinə töhfə verə bilər.



Qeyd edək ki, Liviyada qanuni Sərrac hökumətinə dəstək verən Türkiyə atəşkəsin yalnız BMT nəzarətində elan edilə biləcəyini vurğulayıb (Rusiya ABŞ-a çağırış etdi.., 2020).

18.06.2020.

Rusiya Müdafiə Nazirliyi ABŞ Hərbi Hava Qüvvələrinə məxsus 2 ədəd “Boeing” B-52 strateji bombardmançılarının Sakit okeanın şimal-şərqində uşuşlarını izləyib.

Bu barədə Nazirliyin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, bombardmançı təyyarələr Rusiyanın şimal-şərq hissəsinin neytral hava məkanında uçuşlar edib.

Məlumata görə, bombardmançılar Rusiya sərhədlərinə yaxın uçublar (Sevinc Əliyeva, 2020 d).



Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığına (NORAD) məxsus F-22 qırıcı təyyarəsi 17 iyun tarixində yenidən Alyaska yaxınlığında Rusiyaya məxsus “Tu-95” bombardmançılarının uçuşlar etdiyini aşkarlayıb.

Bu barədə NORAD-ın mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, ABŞ təyyarələri iki “Tu-95” bombardmançısı, iki “Su-35” qırıcı təyyarəsi, A-50 havadan xəbərdarlıq və nəzarət təyyarəsi aşkarlayıb.

Hərbi təyyarələr ABŞ-ın hava məkanına daxil olmayıb.

Məlumatda qeyd olunur ki, bu, il ərzində qeyd alınan 8-ci belə hadisədir (Sevinc Əliyeva, 2020 e).

19.06.2020.

SSRİ-nin dağılmasından sonra iqtisadiyyatı bərbad hala düşən, sosial problemlərin məngənəsində boğulan Rusiyaya Vladimir Putin yeni siyasi nəfəs gətirməklə valı 180 dərəcə dəyişməyə nail oldu. Niyə Rusiya? 



Putinin yeni SSRİ ideyası hesab olunan Avrasiya İttifaqının fəaliyyətinə başlaması üçün səyləri də gözardı edilə bilməz. Müşahidəçilər hesab edir ki, Rusiyanın atdığı siyasi addımlar onun SSRİ modelində yeni birliyin yaradılmasını zəruri edən tələblərdən irəli gəlir. Dağlıq Qarabağ konflikti başda olmaqla, Dnestryanı münaqişənin, Gürcüstanın probleminin açarının Kremldə olması da ABŞ-ın bölgədə ambisiyalarını həyata keçirilməsinə mane olur. Moskvanın başqa variantları da yoxdur, əks təqdirdə ABŞ bölgədə oturuşa bilər və siyasi təsir rıçaqlarını tam olaraq sahiblənmiş olar.  

Rusiya üçün postsovet məkanındakı Mərkəzi Asiya dövlətlərinin də strateji önəmi böyükdür. Ən maraqlısı isə odur ki, bu bölgəyə Rusiya və ABŞ-la yanaşı Çin də ciddi maraq göstərir. Mərkəzi Asiya regionu siyasi qığılcımlarım böyük “partlayışa” səbəb ola biləcək yerlərdən biridir. Lakin 2014-cü ildə NATO qoşunlarının Əfqanıstandan çıxarılması ABŞ başda olmaqla Qərb dairələri üçün regionun əhəmiyyətinin azaldığı kimi şərh edənlər də var. ABŞ Mərkəzi Asiyadan çəkilməsə belə Çinlə və Rusiya ilə rəqabəti ucbatından maraqlarını tam təmin edə bilməyəcək. Ona görə ki, Çin və Rusiya bölgənin aparıcı güclərindən olmaqla bərabər həm də yaxın  müttəfiq sayıla bilər. Pekinin dövlət maraqları naminə Rusiyanın qarşısından geri çəkilməyəcəyi də aydındır. ABŞ Mərkəzi Asiyadan çəkilsə belə, Çin və Rusiya arasında region uğrunda mübarizə səngiməyəcək. Regionun güclü dövlətlərindən biri Qazaxıstanın Rusiya ilə isti münasibətləri də mövcuddur. Rəsmi Astana artıq Rusiyanın yaratdığı Gömrük İttifaqına qoşulmaq barədə qərarını açıqlayıb. Yeltsin vaxtından siyasi oriyentasiyasını dəyişməyən Qazaxıstan prezidenti Nursultan Nazarbayevin bundan sonra Kremllə münasibətlərdə Qərbin maraqlarına cavab verən dönüş etməsini gözləmək olmaz. Digər ölkələr Tacikistan, Qırğızıstan, Türkmənistan və Özbəkistanın Rusiya prezidenti V. Putinin neosovet ideyalarına tam olaraq dəstək vermirlər. Ancaq Kreml problemi “həll etmək” üçün ənənəvi etnik kart siyasətindən yararlanmağa çalışır. Qırğızıstanın Oş vilayətində fəaliyyət göstərən özbək diasporuna fəal dəstək verən Kremlin məqsədi rəsmi Bişkekə təzyiqdir. Rusiyanın bölgəni nəzarətə almaq üçün oynadığı oyunlar qırğızlarla özbəklər arasında etnik düşmənçiliyin alovlanmasına səbəb olur. 2012-ci ildə rəsmi Daşkəndin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) tərk etməsindən sonra Rusiya ilə münasibətlərdə soyuqluq yaranmasının ardından Moskvanın Daşkəndə qarşı etnik kartdan istifadə edəcəyi şəksizdir. Məsələnin digər tərəfi ondan ibarətdir ki, NATO-nun Əfqanıstanda hərbi əməliyyatları başlanan zaman Özbəkistan Qərb üçün qlobal əhəmiyyətli strateji məntəqə rolunu oynasa da, 2005-ci il may ayında Əndican vilayətində baş qaldıran xalq etirazının güc yolu ilə yatırılmasından sonra münasibətlər soyumağa başladı. Hadisədən sonra Avropa İttifaqının və ABŞ-ın Özbəkistana sanksiyalar tətbiq etməsinin ardından prezident İslam Kərimovun da mövqeyində dəyişiklik oldu. Hazırda nə ABŞ, nə də Rusiya meylliliyi ilə seçilən Özbəkistana perspektivdə Kremlin təzyiqlər edəcəyini ehtimal etmək olar. Özbəklərin taciklər və qırğızlarla etnik qalmaqalını nəzərə alan Rusiyanın yenə də ənənəvi “millətçiliyi qızışdırma” siyasi texnologiyasından əl çəkməyəcəyi şəksizdir. Moskva necə deyərlər bir əldə iki qarpız tutaraq, Tacikistanı da etnik özbək əhalisi ilə qorxudur. Görünür bunun nəticəsidir ki, Tacikistan prezidenti İmaməli Rəhman Rusiya bazalarının 2050-ci ilə qədər ölkəsində qalması haqqında razılığa gəlib. Tacikistanda taciklərdən sonra çoxluq təşkil edən özbək əhali (1.5 mln nəfər) ilə toqquşmalar baş verir ki, bu da Kremlin bölgəyə nəzarət etmək üçün taktiki  təxribat planlarının tərkib hissəsidir (Postsovet ölkələri üzərində.., 2014).

Yüklə 2,93 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin