BəXTİyar tuncay saklarin diLİ VƏ ƏDƏBİyyati ön söZ



Yüklə 212,83 Kb.
səhifə39/54
tarix01.01.2022
ölçüsü212,83 Kb.
#105316
1   ...   35   36   37   38   39   40   41   42   ...   54
Bu gün də...Van gəlünün cənubu...Daru-Baran adlanır." (85.59).

Mənbələrdən belə aydın olur ki, Partatuanın (Alp Ər Tonqanın) ölümündən sonra oğlu Madiy işquzlaın hökmdarı olmuşdur. O, Araz çayını keçərək, Midiya torpaqlarına soxulmuş kimmer-sakları bölgədən didərgin salmış, Midiya və ətraf bölgələr üzərində 28 il sürən hakimiyyət qurmuşdur ki, bu barədə artıq söz açmışıq. Bu hökmdarın adı barədə Firidun Ağasıoğlu yazır:



"Bu ad üzərində geniş dayanmağa ehtiyac yoxdur, çünki onun Ön Asiyada ən işlək adlardan olduğunu görmək olur və ən əsası da budur ki, doğu türk boylarının eposlarında mənası türkcə aydın olan adlar işləndiyi üçün "Maday Kara" dastanı da güman ki, həmin gələnəyi saxlamışdır" (7.109).

Mütəxəssislər adları dövrümüzədək çatmış digər sak hökmdarlarının adları barədə də maraqlı fikirlər söyləmişlər. Bu baxımdan adı aşşur mənbələrində "Tuq-damme", Herodotda isə "Liqdames" kimi çəkilən sak hökmdarı barədə yekdil fikir sərgiləyərək onun adının əslinin türkcə Toxtamış olduğunu yazmışlar (55.319; 7.109). İ.M. Dyakonov da buna bənzər fikir söyləyərək "Duqdamis" formasının üzərində durmuşdur (132.240). Tuqdammenin oğlu Sandakşatrunun adı da sonrakı dövrlərdəki mənbələrdən məlum olan türk adları ilə müqayisə edilmişdir. Məsələn, Qiyasəddin Qeybullayev bu adı haqlı olaraq, "Alpamış" dastanındakı Sandaqaç şəxs adı ilə (55.320), Firidun Ağasıoğlu isə Alp Arslanın komandanlarından Sandak bəyin (7.109) adı ilə tutuşdurmuşlar.

Sak hökmdarlarından birinin daşıdığı İşpakay adı barədə də maraqlı fikirlər söylənmişdir. Həm Oljas Süleymenov, həm də Firidun Ağasıoğlu bu adı türkcə Köpək (s-k) kimi izah etmişlər (48.223;7.108). Təbii ki, bu fikirlə razılaşmaq mümkün deyildir. Fikrimizcə, mixi yazılardakı "İşpakay" adı sonrakı əsrlərdə Göy-türk hökmdarlarının adları içərisində rast gəlinən Işbara (Işbara xan, Baqa Işbara xan, Işbara Sünişi şad, Işbara Tolis şad, İrbis Işbara cabqu-xan) türk şəxs adının (20.524,519,520,522,523) aşşur dilindəki cüzi təhrifi ilə ortaya çıxmışdır. Yəni adın əsli Işbaradır. Hesab edirik ki, Herodotun iskit hökmdarlarından birinə şamil etdiyi Sparaqapit (7.80) adı da Işbara adı ilə bağlıdır.

Biz işquzları, oğuz olduqlarına inandığımız kutilərin birbaşa davamı hesab edirik və fikrimizcə, qədim fars mənbələrində şərab bişirənlər kimi təqdim edilən saklar da məhz oğuzlar olmuşlar. Qədim yunan mənbələri də dikpapaq saklarla şərab bişirən sakları xüsusi qeyd etməkdədir.İstər qədim fars,istərsə də yunan mənbələrindən türklər arasında şərabçılıq sənətinin geniş yayıldığı məlum olsa da, bu işlə məhz hansı türk boyunun məşğul olduğu məlum olmur. (55.321-323).

Bu məsələyə aydınlıq gətirməyə isə Egey dənizi sahillərindən tapılan və hind-Avropa mənşəli olduğu ehtimal edilən bir ideoqrafik əlifba yardımçı olur.Elm

aləmində şərti olaraq "Egey əlifbası" adlanan sözügedən əlifbada "şərab" sözünü bildirən ideoqram kimi oğuzların bayandur boyunun tamğası çıxış edir (6.29-36). Elə bu fakt da söhbətin məhz bayandurlardan getdiyini, eləcə də hind- Avropa xalqlarının şərabla bayandurlar vasitəsi ilə tanış olduğunu söyləməyə əsas verir.

Maraqlıdır ki, bir sıra hind -Avropa mənşəli xalqların dilində şərab anlamında işlənən kəlmələr, eləcə də ona yaxın bəzi sözlər "bayandur" etnoniminin kökündə duran "bayan" kəlməsi ilə yaxın səslənməkdədir.

----------------------------------------------------------------------------------------------------

B A Y A N

----------------------------------------------------------------------------------------------------

Dil Yazılışı Oxunuşu Mənası

----------------------------------------------------------------------------------------------------

1. Alman Wein Vayn Şərab

----------------------------------------------------------------------------------------------------

2 İngilis Wine Vayn Şərab
----------------------------------------------------------------------------------------------------

3. Fars Mey Mey Şərab

----------------------------------------------------------------------------------------------------

4. Rus Вино Vino Şərab

----------------------------------------------------------------------------------------------------

5. Rus пьян Pyan Sərxoş

----------------------------------------------------------------------------------------------------

6. Rus буян Buyan Sərxoş olub

şuluqluq edən

----------------------------------------------------------------------------------------------------

O da maraqlıdır ki, hind - Avropa xalqları öncə şərabla tanış olmuş, onların üzümlə tanışlığı isə bundan sonra baş vermişdir.Elə bu üzdən də bəzi hind-Avropa xalqlarının dilində üzümü bildirən ayrıca söz yoxdur. Mövcud olan sözlər isə şərab sözündən törəmədir.



----------------------------------------------------------------------------------------------------

Dil Yazılışı Oxunuşu Mənası Hərfi

Mənası

----------------------------------------------------------------------------------------------------

1. Alman Weinrebe Vaynrebe Üzüm Şərb

çuğunduru

----------------------------------------------------------------------------------------------------

2. Rus Виноград Vinoqrad Üzüm Şərab

qozası

----------------------------------------------------------------------------------------------------

Hind-Avopa dillərindən fərqli olaraq, türk dillərində üzümçülük və şərabçılıqla bağlı onlarla təmiz türk mənşəli kəlmə bulunmaqdadır.Əgər dilimizdə- ki heyvandarlıq ,əkinçilk,toxuculuq,dulusçuluqla bağlı bir çox terminlər Neolit və Eneolit dövrlərinin yadigarıdırsa, üzümçülük və şərabçılıqla bağlı bəzi terminlər də, şübhəsiz ki Tunc dövrünün məhsuludur.

Deməli, qədim fars və yunan müəlliflərinin "şərab bişirən saklar" adlandırdığı xalq bayandurlar imiş. Bayandurlaın isə bir oğuz soyu olduğu məlum-dur (112.95-96). Gördüyümüz kimi, qədim mənbələr "sak" adını oğuzlara, o cümlədən iç oğuzlara da şamil etmişlər. Fəqət gerçək saklar özlərini "şakı" adlandıran saklar idilər ki, sonrakı dövrlərdə Şərqi Avropdan Hindistana və Çin səddinə qədər yayılmışdılar. Çinlilər onlara "sək", hindlilər isə "şakya" deyirdilər (7.73).



Yüklə 212,83 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin