Beynəlxalq sərnişin daşınması müqaviləsi ilə daxili sərnişin daşınması müqaviləsi arasında da fərqli cəhətlər vardır.
Birinci, bu müqavilələr subyekt tərkibinə görə bir-birindən fərqlənirlər. Belə ki, beynəlxalq sərnişin daşınması müqaviləsində iştirak edən subyektlərdən (daşıyıcı və sərnişindən) biri hökmən xarici dövlətə məxsus şəxs olmalıdır. Daxili sərnişin daşınması müqaviləsinin subyektləri rolunda isə həmişə eyni bir dövlətin şəxsləri çıxış edir. Bununla belə, istisna hal kimi, beynəlxalq sərnişin daşınması müqaviləsinin subyektləri qismində eyni bir dövlətin şəxsləri də müqavilədə iştirak edə bilərlər. Belə halda, beynəlxalq sərnişin daşınması müqaviləsi daxili sərnişin daşınması müqaviləsindən onunla fərqlənir ki, bu müqaviləyə görə sərnişin xaricə səfər edir, daşıma iki dövlət arasında həyata keçirilir.