Hüquqi şəxslər tərəfindən göndərilən BPG
Hüquqi şəxslər tərəfindən sayından asılı olmayaraq sifarişli məktublar, poçt kartları, banderollar, "M" kisələri, kiçik paketlər, qiyməti bəyan olunmuş məktublar, bağlamalar poçt müəssisələrinə 103A (əlave 38) formalı siyahı ilə təhvil verilir. 103A formalı siyahıda poçt
göndərişləri adbaad yazılmalıdır.
Fiziki şəxsdən eyni vaxtda 5 və daha çox sifarişli məktub, poçt kartı, banderol qəbul edildiyi zaman göndərici 2 nüsxədə 103A formalı siyahı tərtib etməlidir. Bu siyahıda ardıcıllıqla sıra nömrələri, təyinat ölkəsinin və şəhərin adları, ünvan sahibinin soyadı göstərilir və göndəricinin şəxsi imzası ilə təsdiqlənir. Poçt işçisi sifarişli göndərişləri siyahıdakı yazılarla adbaad üzləşdirir, bu göndərişlər üçün ümumi bir ödəniş qəbzi yazır, siyahıda onların ödəniş qəbzi üzrə nömrəsini qeyd edir, təqvim ştempeli vuraraq, onu imzası ilə təsdiqləyir. Ödəniş qəbzində qəbzin əvvəlki nömrəsindən sonra tire işarəsi qoyularaq, axırıncı göndəriş üzrə nömrə yazılır.
Fiziki şəxsdən qəbul edilmiş sifarişli poçt göndərişlərinin axtarışı zamanı göndəricinin ərizəsinə siyahının surəti və ödəniş qəbzi əlavə edilir.
Dostları ilə paylaş: |