Qrammatik xüsusiyyətlər
-li-ti şəkilçisi - sifət düzəldən şəkilçi: Krapaşti - türkcə qara və baş sözlərindən,-ti (-li) şəkilçisindən ibarətdir; Şahsevən türk tayfa birləşməsinin bir qolu udu-lu (uti-li);
Kalankatuk-lu;
-an şəkilçisi alb/alp tipli sözlərə artırılaraq kəmiyyət və mənsubiyyət bildirmişdir; Şabaran yaşayış məntəqəsinin adında -an şəkilçisi; Hunan sözü - ‘hunlar‘ mə’nasında; Sisak-an - ‘si sakları’, kap-an, çop-an tayfa adlar və s.;
-çı - adlardan isim düzəldən şəkilçi: Kuyərçi etnoniminin quqar türk tayfa adı və -çi şəkilçisindən ibarət olması;
-aq - isim düzəldən şəkilçi; tayfa adlarının düzəlməsində məhsuldar olmuşdur: peçen-eq (bacan-aq), sir-ak, şam-ak, kay(ı)m-ak, kat-ak və s. Kon-aq Albaniyada süvari ordunun komandanının adı;
-uq - isimdüzəldən şəkilçi; Kalan-katuklu sözündə katu - ‘qatı’ sözü və -q şəkilçisi;
-ay şəkilçisi - türk dillərində ad düzəldən şəkilçi: As-ay və Es-ay şəxs adları;
-cik - kiçiltmə bildirən şəkilçi: Xncik (Xın-cik);
-aqan - fe’llərdən ad düzəldən şəkilçi: Vaç-aqan;
-ar - fe’llərdən ad düzəldən şəkilçi: Çap-ar (poçt yeri və məktub aparan);
Sintaktik yolla söz yaradıcılığı: kul-oba, kuy-ər, kara-bay (başqa sözlə, qara-bağ), kanq-ar (kəngər) sözünün ‘kanq’ tayfa adı və ər’igid’, ‘əsgər’, ‘kişi’ sözündən əmələ gəlməsi - bolqar, suvar, xəzər sözlərində olduğu kimi; kas - tayfa adı və ar ‘igid’, ‘döyüşçü’ sözü;
Əlavəli mürəkkəb adlar: Ərbak, Əmbak sözlərində bak - ‘bəy’ sözü; Pyorok şəxs adının (V əsr Alban ruhanisinin adı) börü ‘canavar’, ‘ qurd’ və uk ‘oğul’, ‘varis’ sözlərindən ibarət olması;
Dur (durmaq), qur (qurmaq) sözləri ikinci komponent olmaqla yaranan mürəkkəb sözlər: utidors sözünün uti-dur forması və dur hissəsi ilə bayandur, çavundur, hundur və s. etnonimlərin yaranması; Uti-qur sözü ilə türk tayfa adlarının (uyqur, sarıqur, kuturqur, yazqur, salqur və s.) yaranması.
Dostları ilə paylaş: |