Bir neçə söz I fəsil. DÜNya diLLƏRİNİn qohumluğu monogenez problemi


PROTODİLLƏRİN PARÇALANMASI DÖVRÜ. ŞUMER DİLİ



Yüklə 2,67 Mb.
səhifə9/76
tarix05.01.2022
ölçüsü2,67 Mb.
#111493
1   ...   5   6   7   8   9   10   11   12   ...   76
PROTODİLLƏRİN PARÇALANMASI DÖVRÜ. ŞUMER DİLİ
Dil ailələrinin yaranması
Təqribən miladdan əvvəl XII minillikdən dilin inkişafında ikinci böyük mərhələ - protodillərin parçalanması mərhələsi başlayır və XII-VI minilliklər arası dil ailələrinin təşəkkülü dövrü hesab olunur.

E. ə. VI minilliyə qədərki dövr haqqında yalnız arxeoloji materiallar əsasında mə’lumat almaq olur. Mezolitdə (XII-VIII minilliklər) insanın əmək fəaliyyətində, dünyagörüşündə, ətraf aləmə münasibətində əmələ gələn dəyişikliklər onun təfəkkür və nitq inkişafına səbəb olur. Həyatın 12 min il əvvəl başladığı Qobustan mağara düşərgəsi materialları bunun əyani sübutu sayılır. Neolit dövründə (VII-VI minilliklər) insanın oturaq həyata keçməsi, maldarlıq və əkinçiliklə əsaslı surətdə məşğul olmağa başlaması onun dərketmə qabiliyyətinin yüksəlməsi üçün güclü zəmin yaradır, ibtidai insan ilkin incəsənət vərdişləri əldə edir. İnsan sür’ətlə artır, dillər uzaq ərazilər və uzun minilliklər hesabına tədricən bir-birindən fərqli keyfiyyətlər qazanmağa başlayır: «Artıq ibtidai tarixin sonunda ən iri dil ailələri, başqa sözlə, qrammatik quruluşuna və əsas lüğət fonduna görə yaxın olan dil ailələri mövcud idi: Hind-Avropa (müasir slavyan, baltik, german, kelt, roman, İran, hind, erməni, yunan və b. dillər), sami-hami dilləri (qədim Misir, sami - akkad (babil, assur), Finikiya, qədim yevrey, ərəb, həbəş (amxar) və b. dillər), həm də şumer və xurrit, Altay (türk, monqol və b. dillər), Çin-Tibet (Çin xalqlarının dilləri, Tibet, Vyetnam, Birma), Ural (fin-uqor-samodiy dilləri) və s.»(1; 35-36)

Bu dövr hazırkı türk dilləri üçün pratürkün parçalanması dövrüdür. Pratürkün parçalanması da məhz Ön Asiya hüdudları ilə bağlı olmuşdur. Prof.Y.B.Yusifov yazır: «Çox güman ki, pratürk dil birliyinin parçalanması e.ə. VIII-VII minilliklərdə baş vermiş və bu dövrdə Hind-Avropa dili ilə ünsiyyətdə olmuşdur. Bu etnosların arasında qarşılıqlı leksik mənimsəmələr prototürklərin ilk vətəni Ön Asiyada (fərqləndirmə bizimdir - Q.K.) baş vermişdir». (2; 83) Müəllif Hind-Avropa dili ilə ünsiyyəti ona görə nəzərə çarpdırır ki, hələ tam yetkinləşməmiş bu dil ailələrinin praformalarında leksik müvaziliklər aydın seçilir. Lakin bunlar bu iki dilin Ön Asiyada kontaktı ilə deyil, eyni kökdən - vahid ulu dildən ayrılmaları ilə bağlı olmuşdur. Azərbaycan əraziləri pratürkün vətəni olmaqla, onun parçalanma sahəsi kimi mərkəzi mövqe tuturdu.

Pratürkün harada yaranması və parçalanması barədə başqa fikirlər də vardır. Burada məsələni Altay nəzəriyyəsi mürəkkəbləşdirir. Bu nəzəriyyəyə görə, tunquslar, mancurlar, monqollar və türklər Altay ərazisində yaşayan əhalidən təcrid olunmuşlar və geneoloji cəhətdən qohum dillərdir. Məşhur altayşünas N.N.Poppe «Altay dillərinin müqayisəli qrammatikası» əsərində yazmışdır: «Bu kitabın müəllifinin şübhəsi yoxdur ki, monqol, türk və mancur-tunqus dil ailələri arasında sövti və morfoloji uyğunluqlar nə təsadüfiliyə, nə də alınmalara əsaslanır, əksinə, qədim qohumluğa şəhadət edir». (4; 3)

Bir fərziyyəyə görə, Praaltay dili əvvəlcə ümumtunqus və ümummonqol-türk qollarına ayrılmış, sonralar monqol-türk qolundan monqol və türk dilləri təcrid olunmuşdur. Q.İ.Ramstedt və B.Y.Vladimirsev bu fikirdə olmuşlar. N.N.Poppenin fikrincə, Altay dil ailəsindən pratürk qrupu daha əvvəl ayrılmışdır, tunqus-monqol-mancur dilləri xeyli sonralar bir-birindən təcrid olunmuşlar. (4; 8) Pratürkün harada təcrid olunması barədə fikri istisna olmaqla, N.N.Poppenin mövqeyi daha əsaslıdır.

Türk, monqol və tunqus-mancur dillərinin təcrid olunma zamanı barədə də fikirlər mövcuddur. Bu cəhətdən V.L.Kotviçin aşağıdakı mülahizəsi müəllifin şübhələri ilə birlikdə daha maraqlıdır: «Bütün göstərilən hallarda ümumi Altay dili məsələsi ki, guya müxtəlif dil ailələrinə ayrılmışdır, şübhə altındadır. Hər halda bu ümumi dilin mövcudluğunu miladdan qabaq birinci minilliyin əvvəlindən gec olmayaraq çox uzaq keçmişə aid etmək lazım gələrdi. Hun dövründə (e.ə.III-II yüzilliklərdən başlayaraq) artıq xüsusiləşmiş türk, monqol və tunqus dilləri fərqli lüğət tərkibi və morfologiyası ilə mövcud idi, bir-biri ilə yalnız tipoloji cəhətdən, başqa sözlə, daha çox sintaktik baxımdan yaxın idi». (47; 351) Miqrasiyaların e.ə.VIII-V minilliklərdə sür’ətləndiyini nəzərə almaqla V.L.Kotviçin nəticələrinin doğruluğuna şübhə etməmək olar.

Məsələ burasındadır ki, Altay nəzəriyyəsini müəyyən şərtlə biz də düzgün hesab edirik: bir halda ki tunqus, mancur, monqol dilləri ilə türk dilləri arasında, məsələn, deyək ki, türk dilləri ilə Hind-Avropa dilləri arasında olan yaxınlıqdan daha çox genetik yaxınlıq vardır, onda, deməli, bu dillər bir protodildən təcrid olunmuşlar. Lakin bu, pratürkün ilkin vətəninin Ön Asiya olduğunu inkar edə bilmir. E.ə.12-ci minillikdə sami tayfalarından, hindavropalılardan və başqalarından təcridolunma prosesini əsasən başa çatdırmış olan prototürk əhali böyük kütlələr halında miqrasiyaya başlayarkən bir qismi öz ulu vətənində qalmış, qalanı güclü axınla münbit şərait və torpaqlar axtarışı ilə səyahətə çıxmış, qərbdə Balkana, şərqdə Çin və yapon sərhədlərinə qədər irəliləmiş, minilliklər ərzində antropoloji quruluşunu təkmilləşdirməklə yanaşı, dilini də dəyişmiş, artıb-çoxalmış, qohum budaqlara ayrılmışdır. Buna görə də türklərin qərb və şərq vətənləri arasında oxşar relyef və çay vadiləri, dağ ətəkləri, çoxlu toponimlər vardır: Türklərin, monqolların, tunqus-mancurların bir kökdən olmasına bu mə’nada şübhə yoxdur. Lakin Altay türklərin beşiyi, ilkin vətəni deyildir. Türklərin beşiyi Ön Asiyadır. Hər şey buradan başlamışdır. İlk miqrasiyaların çıxış nöqtəsi Ön Asiyadır. E.ə. VIII-VII əsrlərdə sakların, kimmerlərin, skiflərin Azərbaycana gəlişi qohum tayfaların çox sonrakı əks miqrasiyalarındandır.
N.Y.Marr da türklərin vətəninin Orta Asiya olması barədə fikirlərin qeyri-elmi olduğunu qeyd etmiş və yazmışdır: «Ancaq onların kütləvi şəkildə orada yaşadıqlarını və ilk yazılı şəhadətlərinin orada olduğunu bildiyimizə görə türklərin ilk vətəninin Asiya olduğu fikrinin elmiliyi ilə razılaşmaq mümkün deyildir». (24; 134-135)

Türklərin şərqə birbaşa ilkin hərəkəti, çox güman ki, mezolitə (XII-VIII minilliklər) aiddir, çünki ən mühüm miqrasiyalar dövrü mezolit hesab olunur. Mezolitdən keçən minilliklər ərzində (hun dövrünə qədər 8 min il) türklər Altayda artıb-çoxalmış, tədricən bu kökdən tipoloji cəhətdən eyni olan tunqum-mancur və monqol dilləri təcrid olunmuşdur. Görünür, iltisaqi türk protodili hələ miqrasiyanın başlandığı dövrdə aydın şivə xüsusiyyətləri ilə fərqlənirmiş. Ön Asiyada qalan türk qolundan iltisaqi türk-şumer, elam, hurri və urartu dilləri, şərqə üz tutan qolundan monqol, tunqus, mancur, yapon, koreya və bəlkə də çin dilləri təşəkkül tapmışdır. Qarışıq şivələr Mərkəzi Asiyanın hüdudsuz ərazilərində hələ Altayaqədərki dövrdə qohumluq əlaqələri çətin sezilən fərqli keyfiyyətlər qazanmışdır. Bunlardan belə nəticə çıxarmaq olur ki, qədim dünyanın bütün iltisaqi dilləri bir kökdən, bir ümumi protodildən yaranmışlar. Bu cəhət tipoloji cəhətdən fərqlənən digər dil ailələrinə də aiddir.

Biz bu mülahizələrdə türkləri ona görə əsas qol hesab edirik ki, Ön və Mərkəzi Asiyada daim böyük kəmiyyət üstünlükləri ilə fərqlənmişlər. Digər tərəfdən, çox aydın hiss olunur ki, şərqə, qərbə, şimala hərəkət edən türklər heç vaxt Ön Asiya ilə əlaqələrini kəsməmişlər. Tarixini bilmədiyimiz saysız əks miqrasiyalar olmuşdur ki, bunlardan bizə çatanı hələlik sakların, skiflərin, kimmerlərin geri miqrasiyasıdır. Ulu dildən təcrid olunmuş türk protodilini, o protodil ki ondan Ön Asiyada elam, hurri, urartu, Mərkəzi Asiyada monqol, mancur, tunqus, Koreya dilləri təcrid olunmuşdur, onu başqa bir şərti adla da adlandırmaq olardı. Lakin Ön Asiyada şumer-türk üstünlüyü, Mərkəzi Asiyada türkün çox geniş arealı həmin protodildə türk dialektinin aparıcı rolunu göstərməkdədir.

Müasir insan tipinin Ön Asiya hüdudlarında təşəkkül tapdığını və ulu dilin bu ərazilərdə protodillərə təcrid olunduğunu nəzərə almayan tədqiqatçılar türklərin qərb ölkələrinə və o cümlədən Azərbaycan ərazilərinə Orta Asiyadan gəldiyini güman edirlər. Lakin daha diqqətli tədqiqatçılar onların Ön Asiyadan Orta və Mərkəzi Asiyaya getdiyini, sonralar yeni qüvvə ilə geri qayıtdıqlarını qeyd etmişlər. (43; 10) Türklər güclü qol olduğundan onların Qərbə və Şərqə yayılma arealı da geniş olmuşdur. Altay sözünün özünü də türklər indiki Altaya Ön Asiyadan - e.ə. III minilliyin başlanğıcında son şüaları görünən və bəlkə də neçə yüzillik tarixi olan Aratta ərazi adından aparmışlar. Bu ad bir qədər sonra (Altaydan çox qabaq) elə Ön Asiyada da Alatey şəklində işlənmişdir.

VIII-VI minilliklərdə - pratürkün daha sür’ətlə dialekt və şivələrə ayrıldığı dövrdə qəbilə və tayfaların müxtəlif istiqamətlərdə hərəkəti də güclənmişdir. Türklər Qərbi Anadoluya, Balkana, Cənubi Qafqaza yayılmışdır. Orta Asiyaya miqrasiya güclənmiş və tədricən qərbi və şərqi türk qollarında fərqlər çoxalmağa başlamışdır.
Bu dövr hələ vahid ərazi və dövlət anlayışlarının olmaması ilə şərtləndiyi kimi, dilin də bu və ya başqa bir xalqa məxsus dil kimi təşəkkül tapmış olduğunu iddia etmək olmaz. Şübhəsiz, Ön Asiya və Qafqaz ərazilərində türk tayfaları ilə yanaşı, Hind-Avropa kökünə əsaslananlar, qafqazdillilər də mövcud idi, yanaşı və birgə yaşayırdılar.

Azərbaycan ərazisində eneolitə çox erkən (VI minillik - IV minilliyin ortaları) keçilmişdi. Eneolit sinifli cəmiyyətin meydana çıxmasını sür’ətləndirirdi. Zaqafqaziyada eneolit dövrünə aid 150-dən artıq yaşayış yeri müəyyən edilmişdir ki, bunların əksəriyyəti Azərbaycan ərazisinə aiddir. Kərpic evlər dairəvi və ya düzbucaqlı tikilirdi. Yaşayış məskənləri əksərən 0,5 ha, bə’zən daha böyük əraziləri əhatə edirdi. (5; 95) Tədricən qonşu ölkələrlə əlaqələr də yaranır və genişlənirdi. «Arxeoloji materiallar göstərir ki, Azərbaycan qəbilələri ilə Mesopotamiya qəbilələri arasında əlaqələr bütün neolit dövrü ərzində olmuşdur». (5; 100) Əhali daha sür’ətlə artmağa başlayır, metal alətlərdən istifadəyə keçilir, qoşa nikaha əsaslanan əhali icma torpaqlarında çalışır, insanlar ümumi pay hesabına dolanırlar. Qadın nəslinin (ana xaqanlıq) üstünlüyü dini və mifoloji təfəkkürün inkişafını sür’ətləndirir. Cəmiyyəti icma ağsaqqalları şurası idarə edir.

Qeyd edilən dövrdə Azərbaycan ərazisin
də iki antropoloji tipin - «Kafkasion» və «Aralıq dənizi» tiplərinin mövcud olduğu və həmin tiplərin sabitliyi qeyd edilir: »Tunc dövründə Azərbaycan vilayətlərində məskunlaşmış tayfaların və tayfa birliklərinin əksəriyyəti əvvəllər də burada mövcud olmuş həmin iki antropoloji elementdən törəmişdir.» (5; 127)

Eneolitin sonunda, yə’ni e.ə.IV minilliyin ortalarında dünyanın və Ön Asiyanın ən mədəni ərazisi Mesopotamiya, ən mədəni əhalisi bu ərazinin sakinləri şumerlər idi. Şumerlər həm türk olmaq e’tibarilə, həm də Azərbaycan tayfaları ilə yaxın qohumluğa, varislik əlaqələrinə görə daim bizi özünə çəkir. Yalnız şumerlərin sayəsində biz öz tariximizin dərinliklərinə enə bilirik.




Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin